Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


ÜDM və Dövlət büdcəsinin gəlirlərinin dinamikası



Yüklə 463,33 Kb.
səhifə42/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   125
Maliyyə 2018

ÜDM və Dövlət büdcəsinin gəlirlərinin dinamikası

illər

göstəricilər



2005

2010

2015

2016

2017

2018 pr.

ÜDM

(mlyn.man)

12522,5

42465,0

54380,0

60393,6







Dövlət büdcəsinin gəlirləri(mlyn.man)

2055,2

11403,0

17498,0

17505,7

15955,0

20127,0

ÜDM-də xüsusi çəkisi(faizlə)

16,4

26,8

32,1

28,9








ÜDM və Dövlət büdcəsinin xərclərinin dinamikası

illər

göstəricilər



2005

2010

2015

2016

2017

2018 pr.

ÜDM

(mlyn.man)

12522,5

42465,0

54380,0

60393,6







Dövlət büdcəsinin xərcləri(mlyn.man)

2140,7

11765,9

17784,5

17751,3

16600,0

20905,0

ÜDM-də xüsusi çəkisi(faizlə)

17,0

27,7

32,7

29,3







Dövlət büdcəsinin gəlirləri (2005-2017)mlrd.manat




2005

2010

2015

2016

2017

2018

Gəlirlər cəmi

2055,2

11403,0

17498,0

17505,7




20127

Fiziki şəxslərin gəlir vergisi

317,4

590,2

982,5

1154,7







Hüquqi şəxslərin gəlir vergisi

355,4

1429,9

2211,1

1983,2







Torpaq vergisi

15,3

35,3

48,7

50,3







Əmlak vergisi

40,4

101,8

148,2

174,7







ƏDV

599,9

2082,5

3454,7

3623,5







Aksiz

141,0

514,9

647,8

625,1







Mədən vergisi

53,5

130,1

116,1

110,3







Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər

205,2

291,8

934,5

861,2







Digər vergilər

28,1

90,3

247,7

457,0







Sair daxilolmalar

299,0

6136,2

8706,7

8474,7








6.2.VERGİLƏRİN İQTİSADİ MAHİYYƏTİ VƏ FUNKSİYALARI

Vergilərin iqtisadi mahiyyəti. Dövlətin öz iqtisadi, sosial və siyasi sahələrdəki iqtisadi vəzifələrinin yerinə yetirilməsi üçün çoxlu maliyyə vəsaiti tələb olunur. Məhz buna görə dövlət pul vəsaitləri fondlarını yaratmaq məcburiyyətində qalır. Bu baxımdan dövlət büdcəsi onun möhkəm maliyyə dayağıdır. Aydın məsələdir ki, əksər problemlərin həlli toplanan pul vəsaitlərinin həcmindən asılıdır, çünki maddi imkan olmadan dövlət öz qarşısında qoyduğu ən adi məsələləri belə yerinə yetirə bilməz.

Vergilər – dövlət və bələdiyyələrin maliyyə təminatı məqsədilə fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və operativ idarəçiliyində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində tutulan məcburi, fərdi, əvəzsiz ödənişdir.

Vergitutma obyektindən asılı olmayaraq bütün vergi, rüsum, yığım və digər məcburi ödənişlərlər üçün ümumi ilkin mənbə ümumi daxili məhsuldur. Ümumi daxili məhsulun (ÜDM) bir hissəsinin dövlət tərəfindən məcburi ödəniş şəkilində cəmiyyətin xeyrinə tutulması verginin mahiyyətini təşkil edir.

Vergilər dövlət büdcə gəlirlərini təmin etməklə yanaşı, sosial-iqtisadi proseslərə təsir göstərməyin başlıca vasitəsi kimi kimi də çıxış edir.Vergilər iqtisadi fəallığı stimullaşdırmaq, ayrı-ayrı sənaye sahələrinin inkişafına və sahibkarlıq fəaliyyətinə təsir göstərmək, tələblə təklif arasındakı tarazlığı təmin etmək və gəlirləri yenidən bölüşdürmək imkanına malikdir.

Qeyd etdiyimiz kimi vergilər öz iqtisadi mahiyyətini funksiyaları vasitəsilə biruzə verir. Verginin yerinə yetirdiyi hər bir funksiya bu iqtisadi kateqoriyanın daxili xassə və əlamətlərini, onlar isə öz növbəsində cəmiyyətdə gəlirlərin bölüşdürülməsi və yenidən bölüşdürülməsi aləti kimi hər bir konkret verginin öz təyinatı üzrə necə realizə olunduğunu göstərir.



Vergilərin funksiyaları vergilərin mahiyyət xassələrinin aşkar edilməsi üsullarıdır. Funksiyalar vasitəsilə dövlət gəlirlərinin bölüşdürülməsi və yenidən bölüşdürülməsi aləti kimi iqtisadi kateqoriya olan vergilərin ictimai tətinatlarının necə realizə olunduğu göstərilir. Vergilər əsasən bu funksiyaları yerinə yetirir: fiskal, bölüşdürücü, tənzimləyici, stimullaşdırıcı və nəzarət. Bütün bu funksiyalar birlikdə büdcə-maliyyə münasibətləri və vergi siyasətinin effektivliyini göstərir.

Fiskal funksiya verginin əsas funksiyası olmaqla bütün dövlətlərin vergi sistemi üçün xarakterik olmuşdur. Onun köməkliyi ilə dövlətin maliyyə resursları formalaşır və vergilər bu funksiyanı yerinə yetirməklə, dövlətin fəaliyyət göstərməsi üçün lazım olan maliyyə resurslarını formalaşdırır. Bu funksiyanın əsas vəzifəsi bütün səviyyələrdən olan büdcələrin etibarlı gəlir bazası ilə təmin etməkdir.

Beləliklə, fiskal funksiyanın əsas mahiyyəti dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün vergi ödəyicilərinin gəlirlərinin müəyyən hissəsinin büdcəyə cəlb edilməsidir.

Cəmiyyətdəki bölüşdürücü münasibətlərin xüsusi və mərkəzləşdirilmiş fiskal aləti olan verginin iqtisadi mahiyyətini ifadə edən bölüşdürücü funksiyası onun fiskal funksiyası ilə daha çox bağlıdır. Bu funksiyanın mahiyyəti ondan ibarətdir ki, dövlət vergilərin köməkliyi ilə büdcə və büdcədənkənar fondlar vasitəsilə maliyyə resurslarını yenidən bölüşdürərək ümumdövlət əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsini həyata keçirir.

Verginin bölüşdürücü funksiyası təkrar istehsal prosesində böyük rol oynayır. Belə ki, vergilər bu funksiyanı yerinə yetirməklə ümumi təklifin həcm və quruluşuna, mərhələli inkişafın xarakterinə, əsas kapitalın təkrar istehsalı prosesinə, işçi qüvvəsinin qiymətinə, istehsal xərclərinin quruluşunun dəyişməsinə, sahibkarlıq fəaliyyətinin aktivliyinə, əhalinin müxtəlif təbəqələri arasındakı qarşılıqlı münasibətlərə bilavasitə təsir edir.




Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin