Maliyyə və qiymət. Maliyyə katiqoriyasının meydana gəlməsi yeni yaradılmış dəyərin ilkin bölgüsü və müxtəlif formada pul gəlirləri, yığımların yaranması prosesi zamanı baş veririr. Bu proses yalnız məhsulun satışından sonra, dəyərin əmtəə formasının pul formasına çevrilməsindən sonra başlaya bilər. Satışın əsasını məhsulun qiyməti təşkil edir:
qiymət iqtisadi alətdir, onun vasitəsi ilə yeni yaradılmış dəyər pul ifadəsini alır;
qiymət yeni yaradılmış dəyərin kəmiyyət ölçüsünü göstərir.
Qiymət gələcək bölgü prosesinin əsasını ifadə edir. Çünki o ictimai məhsulun dəyərinin müxtəlif elementlərini özündə cəmləşdirir.
Dəyərin bölgüsü prosesində qiymət ilə maliyənin qarşılıqlı əlaqəsi aşağıdakı kimi təzahür edir.
Qiymət dəyərin maliyyə vasitəsi ilə bölgüsü metodunun əsasıdır.
Maliyyə qiymətin təsiri altında yaranan bölgü münasibətlərinə əsaslanaraq onları reallaşdıran vasitədir.