Azərbaycan Respublikasının vergi sistemi. Hal-hazırda ölkəmizdə Vergi Məcəlləsinə müvafiq olaraq vergilər aşağıdakı kimi qruplaşdırılır:
dövlət vergiləri;
muxtar respublika vergiləri;
yerli vergilər (bələdiyyə vergiləri).
Dövlət vergiləridedikdə, Vergi Məcəlləsinə müvafiq olaraq müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur. Dövlət vergilərinə aşağıdakılar daxildir:
fiziki şəxslərdən gəlir vergisi;
hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa);
əlavə dəyər vergisi;
aksizlər;
hüquqi şəxslərin əmlak vergisi;
hüquqi şəxslərin torpaq vergisi;
yol vergisi;
mədən vergisi;
sadələşdirilmiş vergi.
Bütün dövlət vergilərinin dərəcəsinin ən yüksək hədləri Vergi Məcəlləsi ilə müəyyən edilir. Dövlət vergilərinin hər il üçün tətbiq olunan dərəcələri, Vergi Məcəlləsində müəyyən edilmiş dərəcələrdən yüksək ola bilməz.