Muxtar respublika vergiləri dedikdə, Vergi Məcəlləsinə müvafiq olaraq Naxçıvan MR-nın qanunları ilə müəyyən edilən və onun ərazisində ödənilən vergilər nəzərdə tutulur. Bütün dövlət vergiləri muxtar respublika vergilərinə aiddir.
Bələdiyyə vergiləri dedikdə,Vergi Məcəlləsi və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq olunan və bələdiyyələrin ərazisində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir.
Yerli vergilər aşağıdakılardan ibarətdir:
Bələdiyyələr öz ərazisində vergitutmanın aşağıdakı elementlərini müəyyən edirlər: vergilər üzrə güzəştləri və vergi qanunvericiliyi ilə müəyyən edilən hədlərdə vergi dərəcələrini. Vergitutmanın digər məsələləri Vergi Məcəlləsi ilə tənzimlənir.
Muxtar Respublika və yerli vergilər vergitutmanın dövlətin vergi sisteminin əsasları haqqındakı qanunun müəyyən etdiyi ümumi prinsiplərə uyğun olaraq yerli qanunverici icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
Dövlət, muxtar respublika və yerli vergilər bu vergilərin ödəyiciləri tərəfindən ödənilir. Bu vergilər müvafiq olaraq dövlət, muxtar respublika və bələdiyyə büdcəsinə (büdcədənkənar fondlara) köçürülür və onların əsas gəlir mənbəyini təşkil edir.
Dostları ilə paylaş: |