MÖVZU 7.DÖVLƏT BÜDCƏSININ ХƏRCLƏRI
P L А N
7.1. DÖVLƏT BÜDCƏSININ ХƏRCLƏRININ TƏŞKILI VƏ VƏ ƏSAS ISTIQAMƏTLƏRI
7.2. DÖVLƏT BÜDƏCSININ IQTISАDIYYАT SАHƏLƏRI ÜZRƏ ХƏRCLƏRI
7.3. DÖVLƏT BÜDCƏSININ SОSIАL YÖNÜMLÜ ХƏRCLƏR
7.4. MÜDАFIƏ VƏ IDАRƏЕTMƏ ХƏRCLƏRI
7.5.BÜDCƏ PROFISITI VƏ BÜDCƏ KƏSIRI
7.1.DÖVLƏT BÜDCƏSİ XƏRCLƏRİNİN TƏŞKİLİ VƏ ƏSAS İSTİQAMƏTLƏRİ
Dövlət büdcəsinin səmərəli təşkilində onun xərcləri mühüm yer tutur. Ümumiyyətlə, dövlət xərcləri iqtisadi fəaliyyətin mцhцm sahələrindən biridir. Həm keçmiş dövr (klassik maliyyəçilər), həm də müasir maliyyəçilər dövlət xərcləri məsələsinə çox ciddi yanaşmışlar. Onu da qeyd edək ki, bu məsələ üzrə fikirlər heç də həmişə üst-üstə düşməmişdir. Belə ki, klassik maliyyəçilər dövlət xərclərinə maliyyə problemi kimi baxmamışlar. Bu maliyyəçilərə görə dövlət xərcləri maliyyə məsələləri deyil, idarəetmə və siyasət məsələləridir. Yəni dövlət büdcəsində milli təhsil, səhiyyə, milli müdafiə, hüquq və idarəetmə xidmətlərinə ayrılan vəsaitlər və ya xərclər heç bir maliyyə problemi yaratmır, sadəcə olaraq dövlətin az və ya çox dərəcədə inkişaf etdirmək istədiyi sahələr arasında hər hansı bir siyasi məsələ kimi meydana çıxır. Bəzi klassik maliyyəçilər isə dövlət xərclərinə böyük əhəmiyət verərək, onu dövlətin maliyyə həyatının başlanğıc nöqtəsi hesab edirlər. Onlar daha sonra qeyd edirlər ki, dövlət hər şeydən əvvəl xərclərini müəyyənləşdirir və sonra bu xərclərin təminatını toplayır. Dövlətin əvvəlcə gəlir toplaması və bu gəlirlərə uyğun olaraq öz xərclərini müəyyən etməsi vacib deyildir. Çünki dövlət xərclərinin məcburi xüsusiyyətləri vardır. Belə ki, dövlət xərclərinin məqsədi dövlət xidmətlərinin tez, nizamlı və mükəmməl bir şəkildə həyata keçirilməsini təmin etməkdir və deməli, dövlətin varlığını qorumaqdır. Belə olan şəraitdə dövlət xərcləri dövlət maliyyəsində çox mühüm bir yer tutur.
Zaman keçdikcə dövlət xərclərinə maliyyəçilərin münasibətləri daha da mükəmməl bir şəkilə düşmüşdür. Belə ki, müasir dövr maliyyəçiləri dövlət xərclərinə heç də böyük əhəmiyyət vermirlər. Yəni bu maliyyəçilər əsas diqqəti ilk növbədə xərclərin miqdarına deyil, bu xərclərin tərkibinə yönəldirlər. Müasir maliyyəçilər qəti fikirdədirlər ki, dövlət əvvəlcə öz gəlirlərini müəyyən etməli və toplamalı, sonra isə buna uyğun olaraq öz xərclərini müəyyənləşdirib həyata keçirməlidir.
Müasir maliyyəçilər maliyyə anlayışında dövlət xərclərini, dövlətin maliyyə sahəsində istifadə etdiyi vasitələrdən biri kimi qəbul edirlər. Dövlət xərcləri bir maliyyə vasitəsi kimi istifadə edilərkən bütün başqa maliyyə vasitələri də nəzərə alınır və dövlət xərclərinin hansı miqdarda və hansı tərkibdə həyata keçiriləcəyi müəyyənləşdirilir. Indi maliyyəçilər ən çox dövlət xərclərinin tərkibinə diqqət yetirirlər. Dövlət xərclərinin tərkibi dedikdə ilk növbədə büdcədən daimi olaraq maliyyələşdirilən xərclərlə (yəni, gəlir gətirməyən xərclərlə), öz-özünü maliyyələşdirə biləcək investisiya layihələrinin maliyyələşdirilməsi xərclərinin yeri və miqdarı nəzərdə tutulur. Bu məsələ müasir maliyyəçilər tərəfindən daimi olaraq araşdırılır və müzakirə edilir. Ümumiyyətlə, bu məsələ müasir dövlət maliyyəsi nəzəriyyəsinin ən mühüm tərkib hissələrindəndir.
Konkret olaraq dövlət xərclərinə belə bir tərif vermək olar: dövlət xərcləri, dövlət orqanlarının sosial ehtiyacları təmin etmək və ya iqtisadi və sosial həyata müdaxilə etmək məqsədilə müəyyən üsullardan istifadə edərək həyata keçirdikləri pul xərcləridir.
Dövlət büdcəsi xərclərinin düzgün planlaşdırılması bu xərclərin səmərəli təsnifatı sistemi ilə sıx əlaqədardır. Dövlət xərclərinin təsnifləşdirilməsi eyni xüsusiyyətli dövlət xərclərinin məbləğindən asılı olmayaraq onların qruplara və ya siniflərə ayrılması deməkdir. Müasir iqtisadi inkişaf səviyyəsində dövlət xərclərinin tərkibi çox müxtəlif və genişdir.
Dövlət xərclərinin təsnifləşdirilməsi xərc proqramlarının daha mükəmməl şəkildə hazırlanmasına, xərc proqramları isə büdcə arasında uyğunluğun daha yaxşı təmin olunmasına imkan verir. Ona görə də dövlət xərclərinin təsnifləşdirilməsi dövlət xərclərinin dəqiq iqtisadi təhlilinin həyata keçirilməsi baxımından da gərəkli və əhəmiyyətlidir. Dövlət xərclərinin təsnifləşdirilməsinin iki geniş yayılmış forması vardır. Bunlar idarəetmə əlamətinə görə və iqtisadi mahiyyətə görə təsnifləşdirilməlidir.
Иdarəetmə əlamətlərinə görə təsnifləşdirilmə dövlətin icra orqanları, onların ifadə etdiyi funksiyalar və hüquqi tənzimləşmələrdən ibarət olan təsnifləşdirilmədir. Dövlətin büdcəsindən ayrılan ödənişlər, dövlət xidmətlərini həyata keçirən müxtəlif qurumlar arasında idarəetmə təsnifləşdirməsinə uyğun olaraq bölüşdürülür. Bu təsnifləşdirmə dövlətin xərclərini həyata keçirən orqanlar arasındakı təsnifləşdirmə olduğundan buna çox vaxt xərclərin idarəetmə orqanları arası təsnifləşdirmə də deyilir. Bu orqanlara bütün nazirliklər və ali dövlət orqanları daxildir. Onu da qeyd edək ki, bu təsnifləşdirmə hər bir ölkədə müxtəlif cür həyata keçirilə bilər. Bu zaman bir qayda olaraq ümumi idarəetmə, hüquq və daxili təhlükəsizlik xidmətləri, müdafiə, beynəlxalq əlaqələr üzrə xidmətlər, milli müdafiə xidmətləri, iqtisadi xidmətlər, sosial xidmətlər üzrə xərclər bu qruplar arasında bölüşdürülür.
Иqtisadi mahiyyətə görə təsnifləşdirilmə. Ümumiyyətlə, dövlət xərclərinin təsnifləşdirilməsində qarşıya qoyulan məqsəd məlumdur. Bu zaman bu təsnifləş-dirmələr həyata keçirilən xərclərin məbləğləri ilə bərabər tərkibi haqqında da lazımi məlumatları əks etdirməlidir. Çünki dövlət xərclərinin tərkibi bəzən bu xərclərin məbləğindən daha çox əhəmiyyət kəsb edir. Dövlət xərclərinin iqrtisadi təhlilinin həyata keçirilməsi zamanı tərkib məsələsi həcm məsələsinə nisbətən daha çox əhəmiyyətə malik olur. Iqtisadiyyatın müasir inkişaf səviyyəsində dövlət xərclərinin artması, digər tərəfdən isə müxtəlifləşməsi dövlət xərclərinin təsnifləşdirilməsini bir qədər mürəkkəbləşdirmişdir. Buna görə də, dövlət xərclərini, xüsusiyyətlərinə, keyfiyyətlərinə, iqtisadi və sosial həyat sahələrində meydana gətirdikləri təsirlərə uyğun olaraq iqtisadi baxımdan qruplar formasında toplamaq və təsnifləşdirmək mümkündür. Eyni zamanda dövlət xərcləri təsnifləşdirilərkən bu xərclərin iqtisadi və sosial həyat sahələrində meydana gətirə biləcəyi təsirlər tam aydın hiss olunacaq səviyyədə olmalıdır. Dövlət xərcləri təsnifləşdirilərkən vacib olan başqa bir xüsusiyyət isə bu təsnifləşdirilmənin, xərclərin həyata keçirildiyi anda iqtisadi və sosial həyatda meydana gətirdikləri təsirlər nəzərə alınmasından ibarətdir. Yəni real vəziyyətdən çıxış edərək sinifləndirmə həyata keçirilməlidir. Planların bütün il ərzində öz sabitliyini saxlaya bilməsi əsas amil sayılır.
Dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifatı özü də bir neçə qruplar üzrə həyata keçirilir. Bu qruplardan birincisi xərclənməsi metodlarına görə qruplaşmalıdır. Xərclənməsi metodlarına görə büdcə xərcləri adi zərclərə və fövqəladə xərclərə bölünür. Dövlətin normal fəaliyyəti ilə əlaqədar və əvvəldən planlaşdırılması mümkün olan xərclər adi xərclərdir. Amma onunla bərabər dövlət büdcə ili ərzində əvvəlcədən nəzərdə tutulmayan hadisələrlə qarşılaşır. Məsələn, müharibələr, müharibədən sonrakı bərpa fəaliyyətləri, təbii fəlakətlər, inflyasiya, bədbəxt hadisələr bu qəbildəndir. Bu hadisələrin qarşısının alınması üçün hökümət fövqəladə xərclər həyata keçirməlidir. Bu xərclər adətən büdcənin tərkibində ehtiyat fondları hesabına ödənilir. Azərbaycanda belə ehtiyat fondu 5% qədərindədir.
Iqtisadi təsnifləşmədə xərclərin digər qruplaşması onların hansı məqsədə yönəldilməsi ilə əlaqədardır. Bu əlamətə görə büdcə xərcləri cari xərclərə və investisiya xərclərinə bölünür. Cari xərclər hökümətin sosial və müdafiə funksiyalarının həyata keçirilməsi ilə əlaqədar olan məsrəflərdir. Bura sosial-mədəni tədbirlər, müdafiə, idarəetmə və digər istehlak xarakterli xərclər daxildir. Investisiya xərcləri isə bilavasitə kapital qoyuluşlarına yönəldilən xərclərdir. Bu xərclər Azərbaycan büdcəsində ayrıca planlaşdırılır və hər il də hökümətin təsdiq etdiyi titul siyahılarına görə həyata keçirilir.
Iqtisadi təsnifata görə büdcə xərcləri həmçinin beynəlxalq, milli və regional xərclərə ayrılır. Beynəlxalq xarakterli xərclərə ölkənin beynəlxalq təşkilatlar qarşısında ödənişlərinin ödənilməsi, beynəlxalq kreditləri və onların faizlərinin qaytarılması və s. xərclər daxildir. Milli xərclər ölkənin bütövlükdə inkişafı ilə əlaqədar xərclərdir. Regional xərclər regional maliyyənin əsasını təşkil edir və regional idarə xərclərindən, regional proqramların maliyyələşdirilməsi xərclərindən və s. ibarətdir.
Nəhayət, iqtisadi təsnifləşmədə ən mühüm və beynəlxalq praktikada geniş yayılmış qruplaşma büdcə xərclərinin real və transfer xərclərinə ayrılmasıdır.
Dostları ilə paylaş: |