Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


dünya bazarında rəqabətə tab gətirən məhsul istehsal edə bilən sənaye sahələrinin inkişafı



Yüklə 463,33 Kb.
səhifə56/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   125
Maliyyə 2018

dünya bazarında rəqabətə tab gətirən məhsul istehsal edə bilən sənaye sahələrinin inkişafı;

  • büdcə vəsaiti hesabına həyata keçirilən və dövlət təminatı verilən yüksək səmərəli investisiya layihələrinin həyata keçirilməsi;

    İnvestisiya dedikdə müəssisələrin yaradılması, genişləndirilməsi, yenidən qurulması xərcləri, daha doğrusu gələcəkdə nəticə etibarilə istehsalı və xidmətləri bölmə, artıra biləcək gəlir və ya başqa fayda verə biləcək xərclər başa düşülür. Hər bir dövlət investisiya qoyuluşunu artırmağa və bunun da nəticəsində ümumi milli məhsulu və milli gəliri artırmağa çalışır. Lakin əsas problem kimi həmişə qarşıya belə bir məsələ çıxır ki, bu da investisiyaların maliyyələşdirilməsi mənbələridir. Investisiyalar adətən aşağıdakı mənbələr hesabına maliyyələşdirilir: Dövlət büdcəsi vəsaitləri, hüquqi və fiziki şəxslərin xüsusi vəsaitləri; bank kreditləri; xarici borclar.

    Bu mənbələrdənən mühümü dövlət büdcəsinin vəsaitləridir. Dövlət büdcəsinin xərcləri daxilində faydalı xərc məhz investisiya xərcləridir. Investisiya xərcləri inkişaf etmiş ölkələrin dövlət büdcələrində çox mühüm yer tutur və inkişaf etmiş ölkələr bu xərclərin həcmini daim artırmağa çalışırlar.

    Investisiya xərcləri iqtisadiyyatda kapital artımını təmin edən və məhsul bolluğu yaradan xərclərdir. Ona görə də, bu xərclər bir tərəfdən milli gəlir normasını yüksəldir, digər tərəfdən də iqtisadiyyatda məşğulluğun həcmini artırır. Investisiyaların milli gəlir normasının artırması, investisiyaların artım prinsipinin həyata keçirilməsi şəraitində baş verir.

    Investisiya xərcləri sadəcə olaraq iqtisadiyyatda istehsal normasını artırmaqla bitmir, eyni zamanda bu xərclər istehsal potensialını da artırır. Buna görə də investisiya xərclərinin təmin etdikləri faydalar ötəri deyil, sabit və davamlı xarakter daşıyır.


  • 1   ...   52   53   54   55   56   57   58   59   ...   125




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin