Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


yarımçıq qalmış obyektlərin layihə xərclərinin ödənilməsi



Yüklə 463,33 Kb.
səhifə57/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   125
Maliyyə 2018

yarımçıq qalmış obyektlərin layihə xərclərinin ödənilməsi;

  • aqrar sahədə sabitliyin təmin edilməsi məqsədilə onun dəctəklənməsi;

  • istehsal və sosial məişət infrastrukturunun təkmilləşdirilməsi üçün maliyyə yardımları və s.

    AR-nın dövlət büdcəsinin həcmindən asılı olaraq son illər sənaye və tikintinin maliyyələşdirilməsinə büdcə xərclərinin xüsusi çəklisi xeyli artmışdır. Belə ki. 2018-ci ilin dövlət büdcəsində bu sahəyə 4 mlrd 944,376 mln manat vəsait ayrılması nəzərdə tutulur. Bu da büdcə xərclərinin 23,6%-ni təşkil edir.

    Kənd təsərrüfatı maddi istehsalın mühüm sahələrindən biridir. Onun əsas təyinatı kənd təsərrüfatı bitkiləri becərmək, kənd təsərrüfatı heyvanları yetişdir-məkdən ibarətdir. Kənd təsərrüfatı istehsalının mövsümi xarakteri onun xarakterik xüsusiyyətlərin əks etdirir. 2018-ci ildə AR dövlət büdcəsindən bu sahənin inkişafına təqribən büdcənin 3 faizi həcmində vəsait yönəldilməsi nəzərdə tutulur. Bu məbləğ 656,260 mil. manat təşkil edir.

    Nəqliyyat, yol təsərrüfatı və rabitə maddi istehsalın bir sahəsi olub yük və insanların daşınması, habelə rabitə xidmətinin göstərilməsini nəzərdə tutur. Təyinatına görə nəqliyyat ümumi istifadədə olan və ümumi istigadədə olmayan nəqliyyata ayrılır. Ümumi istifadədə olan nəqliyyat iqtisadi əlaqələrin əsasını təşkil edir və iqtisadiyyatın qan-damar sistemidir. Bu sahənin inkişafı xeyli dərəcədə büdcə maliyyələşdirilməsindən asılıdır. 2018-ci ilin dövlət büdcəsinin xərclərində bu sahəyə 166,791 mln manat ayrılması nəzərdə tutulur. (0,7%)

    Mənzil-kommunal təsərrüfatı iqtisadiyyatın mühüm sahələrindən biridir. Mənzil təsərrüfatı özünə yaşayış binalarını, istehsal-təchizat və mənzil fonduna xidmət edən nəqliyyat təsərrüfatlarını daxil edir.

    Kommunal təsərrüfatı-şəhər, qəsəbə və kənd əhalisinə xilmət göstərən müəssisələrin məcmuudur.

    Mənzil –kommunal təsərrüfatı xidmətə görə əhalidən haqq şəklində alınan maliyyə məbləğindən əlavə, büdcədən də maliyyələşdirilir. 2018-ci ildə dövlət büdcəsindən 457,399 mln.manat xərclənməsi nəzərdə tutulur. (2,1%)




    Yüklə 463,33 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   53   54   55   56   57   58   59   60   ...   125




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin