Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari



Yüklə 463,33 Kb.
səhifə66/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   ...   125
Maliyyə 2018

AFR-in büdcə prosesi. Büdcə prosesi dövlət quruluşunun federativ xarakterinə uyğun gəlir və dörd mərhələdən ibarətdir. Büdcə prosesi Almaniyanın konstitusiyası ilə müəyyənləşdirilir. Almaniyada büdcə ili təqvim ili ilə üst-üstə düşür. 1 yanvarda başlayır və 31 dekabrda başa çatır.

Federal büdcənin tərtibi planlaşdırılan xərclərin müəyyənləşdirilməsindən başlayır. Federal büdcənin layihəsi nazirlik və idarələr tərəfindən sifarişlərin verilməsi əsasında Maliyyə Nazirliyi tərəfindən hazırlanır. Büdcə layihəsinin tərtib olunmasına təxminən büdcə ilinə 9-10 ay qalmış başlanır. Bu müddətdə Maliyyə Nazirliyi digər nazirlik və idarələrdən növbəti maliyyə ilinə xərclər smetasını, daxili gəlirlər, gömrük rüsumları və dolayı vergilər idarəsindən idə gəlirlər smetasını tələb edir. Sifarişlər müəyyən edilmiş büdcə təsnifatə üzrə tərtib edilir və sonrs yoxlamaq və razılaşdırmaq üçün Maliyyə Nazirliyinə göndərilir.

Konstitusiyanın 82-ci maddəsinə uyğun olaraq parlamentin qəbul etdiyi Federal büdcə haqqında qanun Almaniyanın Federal kansleri və Maliyyə Naziri tərəfindən imzalanmalı və sonra imzalamaq üçün prezidentə göndərilməlidir.

Almaniyanın federal büdcəsinin icra prosesinin təşkili Federal Hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, habelə Federal bedcə vəsaitinin bir hissəsini alan torpaqların hökumətlərinə həvalə olunur. Büdcənin icrası haqqında hesabat Maliyyə Nazirliyi tərəfindən tərtib edilir və bundestaq ilə hesablama palatasına göndərilir.




Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin