Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


İCBARİ TİBBİ SIĞORTA FONDU



Yüklə 463,33 Kb.
səhifə73/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   125
Maliyyə 2018

9.4.İCBARİ TİBBİ SIĞORTA FONDU
İcbari tibbi sığorta həmrəylik prinsipinə əsaslanan sosial layihədir. Bu layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir.

Səhiyyə insanların sağlamlığı, xəstəliklərin qarşısının alınması və müalicəsi, habelə ömrün uzadılması üzrə dövlət və ictimai tədbirlər sistemidir. Tibbi sığorta müxtəlif səbəblərdən əhalinin sağlamlığının itirilməsi hallarında onların sosial müdafiəsinin bir formasıdır. Tibbi sığorta - sığorta hadisəsi baş verdikdə toplanmış vəsait hesabına əhalinin tibbi yardım almasına təminat verir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu 28 oktyabr 1999-cu ildə qəbul edilmişdir.

İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, əhalinin tibbi və dərman yardımı almasını təmin edir. İcbari tibbi sığorta əhalinin tibbi yardım almasına zəmanət verir, əhalinin tibbi sığortasının təşkilatı, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, tibbi sığortanın subyektləri arasında münasibətləri tənzimləyir.

Tibbi sığortanın subyektləri sığorta olunanlar, sığorta edənlər, tibbi sığorta təşkilatları, tibb müəssisələri və özəl tibbi xidmətlə məşğul olan şəxslərdir.

İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar hansı xidmətləri əldə edə bilər?


  • təcili tibbi yardım (o cümlədən ambulator xidməti); ilkin səhiyyə (ailə həkimi) xidməti; Ambulator şəraitdə müayinə və müalicə; Stasionar müalicə; Diaqnostik müayinələr; Fizioterapevtik xidmətlər; Laborotor müayinələr; cərrahi əməliyyatlar və s.

Azərbaycanda İTS 2007-ci ildə yaransa da onun strukturu 2016-cı ildə təsdiq edilmişdir. İTS-nın tətbiqi məqsədilə AR Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanı ilə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilmişdir.

İcbari tibbi sığorta müvafiq fonda müəyyən sığorta haqqı köçürməklə maliyyələşir. Konkret olaraq işləyən insanlar öz maaşlarından, şirkətlər işçilərin adına, müvafiq dövlət qurumları isə çalışmayan şəxslər – təqaüdçülər, uşaqlar və işsizlər üçün fonda ödəniş eiməlidirlər. İcbari tibbi sığorta üçün rüsumları dövlət müəyyən edir. Bu sığorta haqları yalnız bank köçürmələri vasitəsilə hayata keçirilməlidir. İcbari tibbi sığorta sistemi dövlət büdcəsinin vəsaiti, sığorta edənin ödəmələri, İTS haqlarının ödənilməsi qaydalarının pozulması hallarında tətbiq olunan cərimə, qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

İTs-nin tətbiqi aşağıdakı üstünlüklərə malikdir:


  • səhiyyənin maliyyələşdirilməsinin yeni mənbəyinin yaradılmasına və səhiyyə sistemi üçün yeni ehtiyatların səfərbər edilməsi;

  • səhiyyə siyasətinin daha düzgün planlaşdırlımasına, səhiyyə fondlarından daha səmərəli istifadə etmək üçün onların vahid təşkilatda cəmləşdirilməsi;

  • səhiyyə sisteminə tənzimləmə, xidmətlərin göstərilməsi və satın alınması funksiyalarının ayrılması;

  • sistemin şəffaflığının təmin edilməsi.

Tibbi sığorta ümumi sığortanın bir növü olduğuna görə tibbi sığorta müqaviləsi adi sığorta müqaviləsinə oxşar formada aparılır.

Tibbi sığorta müqaviləsi-qanunvericiliklə müəyyən olunmuş qaydada sığorta edilənlə tibbi sığorta təşkilatları arasında bağlanan və sığorta olunana tibbi sığorta proqramına uyğun olaraq göstərilən tibbi yardımın maliyyələşdirilməsini müəyyən edən, sığorta olunanın digər mənafelərini müdafiə edən yazılı sazişdir.

İTS ilə bərabər tibbi sığorta könüllü formada da həyata keçirilə bilər. KTS-da sığorta edənlər-fiziki şəxslər və onların mənafeyini ifadə edən hüquqi şəxslər iştirak edə bilərlərş Bu növ sığortada sığorta haqlarının məbləği könüllü tibbi sıöorta proqramına uyğun olaraq tərəflərin razılığı ilə müəyyən edilir.


Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin