Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


EHTIYAT VƏ MƏQSƏDLI BÜDCƏ FONDLARI



Yüklə 463,33 Kb.
səhifə74/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   70   71   72   73   74   75   76   77   ...   125
Maliyyə 2018

9. 5.EHTIYAT VƏ MƏQSƏDLI BÜDCƏ FONDLARI
Ümümiyyətlə, fondlar-eyni mənbə əlamətinə, təyinatına və ya istifadəsinə görə cəmlənən vəsaitlərin məcmusudur.Müasir dövrdə Azərbaycan dövlət maliyyə ehtiyyatları (ehtiyyat fondları) aşağıdakı elementləri özünə daxil edir.

  1. Ehtiyat fondu

  2. Azərbaycan Respublikasının Mərkəzi bankının qızıl valyuta ehtiyatları və ya Azərbaycan Respublikasının beynəlxalq (qızıl valyuta) ehtiyatları

Ehtiyat fondları- “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət büdcəsinin tərkibi kimi müəyyən edilir ki, onun da ayrıca uçotu aparılır və idarə edilir. Qanunun 6-cı maddəsində göstərilir ki, dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsinin, Azərbaycan Respublikası Prezidentinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və yerli büdcələrin məbləği müəyyən edilən ehtiyat fondları yaradıla bilər. Ehtiyat fondlarının kifayət qədər hüquqi cəhətdən tam müəyyən edilməsinə baxmayaraq, dövlət büdcəsinin vəsaitinin bir hissəsi kimi onun iqtisadi xarakteristikası xeyli mübahisəlidir.

Dövlət büdcəsinin Ehtiyat Fondunun həcmi qanunla normalaşdırılır. Növbəti maliyyə ilinə və plan dövrünə Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanunda onun mütləq məbləği müəyyən edilir. Belə ki, dövlət büdcəsinin Ehtiyat fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5 faizindən artıq olmamaqla , əvvəlki ildə bu fondun xərcinin faktiki icrası nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanununda dövlət büdcəsinin Ehtiyat Fondu 343,0 mln manat həcmində planlaşdırılmışdır(dövlət büdcəsinin gəlirlərinə nisbətdə).

Ehtiyat Fondunun vəsaitlərinin idarə edilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının hökumətinin müəyyən etdiyi qaydada həyata keçirilir. Bu vəsaitin idarə edilməsi üzrə bəzi səlahiyyətləri Maliyyə Nazirliyi ilə bağladığı müqaviləyə uyğun olaraq Azərbaycan respublikasının Mərkəzi Bankı həyata keçirə bilər.

2005-ci ilin aprelin 5-də ölkə Parlamenti Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanununda dıyişikliklər və əlavələr haqqında qanun qəbul etmişdir. Bu qanuna əsasən dövlət büdcəsinin tərkibində Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondu yaradılmışdır.



  • xalq təsərrüfatının bazar iqtisadiyyatına keçdiyi şəraitdə respublikanın sosial-iqtisadi inkişafına;

  • Azərbaycan Respublikasında elmin, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafına, sosial və humanitar obyektlərin tikilməsinə, rekonstruksiya edilməsinə , onların bərpa işlərinin görülməsinə;

  • Respublika əhalisinin, yoxsulların, sağlamlıq imkanları məhdud uşaqların, yetimlərin və başqa kateqoriyaların sosial müdafiəsinə;

  • Başqa dövlətlərlə mehriban qonşuluq münasibətlərinin inkişafına ;

  • Azərbaycan Respublikasının müstəqilliyinin qorunması tədbirlərinə ;

  • Azərbaycan Respublikasının, onun xalqının tarixi sahəsində tədqiqatlar aparılmasına.

Prezident Ehtiyat Fondu Azərbaycan Respublikası Prezidnetinin mükafatını təsis edə bilər. Mükafatlar istər Azərbaycan Respublikasının vətəndaşlarına, istərsə də başqa dövlətlərin vətəndaşlarına verilə bilər. Prezidentin Ehtiyat Fondu hüquqi şəxsdir, özünün hesablaşma, cari, habelə valyuta hesabları və s.vardır.

Prezident Ehtiyat Fondunun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır:



  • Hüquqi şəxslərin könüllülük şəraitində verdikləri ianələr.

  • Vətəndaşların könüllü surətdə verdikləri ianələr.

  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməmiş digər mənbələr.


Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin