Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BORCLARI



Yüklə 463,33 Kb.
səhifə83/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   79   80   81   82   83   84   85   86   ...   125
Maliyyə 2018

10.5. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BORCLARI
“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının 07 avqust 2007-ci il tarixli Qanununa əsasən borc öhdəlikləri aşağıdakı formalarda həyata keçirilə bilər: AR-nın adından kredit təşkilatları, xarici dövlətlərlə və beynəlxalq maliyyə təşkilatları ilə həmin kreditorların xeyrinə bağlanmış kredit sazişləri və müqavilələri; ölkə adindan buraxılmış dövlət qiymətli kağızları; AR-nın dövlət zəmanəti verilməsi haqqında müqavilə, qəbul edilmiş qanuna əsasən üçüncü şəxsin borc öhdəliyinin AR-nın dövlət borcuna çevrilməsinin yenidən rəsmiləşdirilməsi; və s.

Borc öhdəliklərinin ödənilməsi aşağıdakı şərtlərdən ibarətdir: borc öhdəliyi vaxtənda ödənilir, bu öhdəlik borcun konkret şərtlərindən asılı olaraq müəyyən edilit və 30 ildən artıq ola bilməz.

AR-nın dövlət borcları daxili və xarici dövlət və bələdiyyə borclarına ayrılır.

Daxili dövlət borcu AR-nın rezidentləri ilə milli valyutada bağlanmış müqavilələrin öhdəlikləri üzrə borcudur. Daxili dövlət borclarının həcminə dövlər qiymətli kağızları üxrə borc məbləği, Azərbaycanın aldığı kreditlər üzrə borcun həcmi, digər büdcə səviyyələrindən alınmış büdcə ssudaları və kreditləri üzrə əsas borcların həcmi, dövlət zəmanəti üzrə öhdəliklərin həcmi, AR-nın rezidentləri ilə bağlanmış müqavilələr üzrə kreditlərin alınması və s. aiddir.

Daxili dövlət borcu əsasən dövriyyəyə müxtəlif növ qiymətli kağızlar buraxmaq və yerləşdirmək yolu ilə həyata keçirilir.

Xarici borclanmadan fərqli olaraq daxili borclanmanı nəinki AR-sı, həm də Naxçıvan MR və yerli özünüidarəetmə orqanları da həyata keçirir. Dövlət qiymətli kağızları dövlət borcunun bir forması olmaqla, borcalan qismində AR ilə kreditor qismində fiziki və ya hüquqi şəxslər arasında milli və digər valyutada qısamüddətli və ya uzunmüddətli borc müqaviləsindən ibarətdir.

Xarici borcun həcmi artdıqda ölkənin xarici dövlətlərdən asılılıgı güclənir. Xarici dövlət borcu müəyyən hədd daxilinə səmərəli olur. Borc vəsaitləri səmərəli sahələrin inkişafına yönəldilərsə, ümumi iqtisadi artıma nail olunar. Əks halda yəni bu vəsaitlər səmərəli istifadə olunmadıqda bir çox iqtisadi problemlər yaranır. Məs.milli valyutanın qiymətdən düşməsi.

Azərbaycanın xarici dövlət borclarının 70%-i uzunmüddətlidir. Yəni 7-10 il güzəştə və 35-40 il müddətinə alınmışdır.

01 yanvar 2018-ci il tarixə AR-nın xarici dövlət borcu 9.398.3 milyon ABŞ dolları (15978,1 milyon manat), xarici dövlət borcunun ÜDM-a olan nisbəti 22,8% (2017-ci iə nisbətən 70135,1 milyon manat ÜDM-a nisbətdə) təşkil etmişdir.

AR Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə edilməsi Agentliyi qanunvericiliyə uygin olaraq dövlət borcalmalarının həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

Bələdiyyə borcları – bələdiyyə qurumlarının borc öhdəliklərinin məcmuudur. Bələdiyyə qurumlarının əsas borc öhdəlikləri bunlardır: bələdiyyə qurumlarının bagladığı kredir sazişləri və müqavilələri, qiymətli kağızların buraxılması yolu ilə həyata keçirilən bələdiyyə qurumları istiqrazları, bələdiyyə qurumlarının zaminliyi müqaviləsi.Bələdiyyə borcunun yuxarı həddi bələdiyyə büdcə gəlirinin həcmindən çox olmamalıdır.


Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin