11.2.KOMMERSIYA TƏŞKILATLARININ MALIYYƏ RESURSLARININ YARANMA MƏNBƏLƏRI
Müəssisələrin maliyyə resursları istehsal vasitələri əldə etmək, maliyyə ehtiyatları yaratmaq, işçi qüvvəsini işə cəlb etmək, büdcə və mal göndərənlərlə hesablaşmaq, bank borclarını ödəmək və s. məqsədlər üçün lazımdır. Maliyyə resursları yaratmaq və onlardan istifadə etmək – müəssisələrin istehsal-təsərrüfat və digər fəaliyyət növlərinin ayrılmaz tərkib hissəsidir.
Müəssisələrin maliyyə resursları əsasən aşağıdakı mənbələr hesabına formalaşır:
təsisçilərin vəsaitləri;
məhsulun satışından gəlirlər;
bank kreditləri;
qiymətli kağızların satışından gəlirlər;
banklarda saxlanan pul vəsaitləri üçün dividendlər;
hüquqi və fiziki şəxslərin ödədikləri xeyriyyə vəsaitləri.
Müəssisələrin maliyyə resursları maliyyə öhdəliklərinin yerinə yetirilməsi, cari məsrəflərin və istehsalın inkişafı ilə əlaqədar xərclərin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş nağd və nağdsız formada xüsusi gəlirlərin və kənardan daxilolmaların məcmusudur. Maliyyə resursları formalaşma mənbələrinə görə xüsusi (daxili) və cəlb edilmiş (xarici) resurslara bölünür.
Daxili maliyyə resurslarının əsas hissəsini təşkilatın sərəncamında qalan mənfəət təşkil edir. Mənfəət aşagıdakı qaydada istifadə ediə bilər:
tam həcmdə istehlaka yönəldilə bilər;
digər layihələrə investisiya kimi istifadə edilə bilər;
təkrar olaraq müəssisənin inkişafına yönəldilə bilər.
Mənfəətin hamısı təşkilatın səərəncamında qalmır. Onun bir hissəsi vergilər və digər məcburi ödənişlər formasında büdcə sisteminə daxil olur.
Təşkilatın sərəncamında qalan mənfəət yığım, istehlak və ehtiyatlara bölünür.
Təşkilatların (müəssisələrin) maliyyə resursları
Bankın uzunmüddətli krediti
Dostları ilə paylaş: |