Borcalınmış mənbələr
Büdcə vəsaiti
İstiqrazların buraxılışından daxilolmalar
Bankın qısamüddətli krediti
Xarici
Sair mənbələr
Büdcə vəsaiti
Yenidənbölgü nəticəsində daxil olmuş vəsait
Əlavə emissiya və yerləşdirilmiş qiymətli kağızlar
Nizamnamə kapitalının əlavə üzv haqqı
Sair mənbələr
Amortizasiya ayırmaları
Təşkilatın sərəncamında qalan mənfəət
Nizamnamə kapitalı formalaşdıqda təsisçilərdən daxilolmalar
Daxili
Xüsusi mənbələr
Müəssisə və təşkilatların mənfəəti
Göstəricilər:
|
2005
|
2010
|
2015
|
2016
|
Sənaye
|
1183,4
|
17655,2
|
14508,9
|
17707,1
|
Kənd təsərrüfatı
|
0,7
|
32,4
|
23,0
|
41,9
|
Nəqliyyat
|
401,2
|
191,1
|
186,8
|
583,9
|
Rabitə
|
120,1
|
308,8
|
364,3
|
350,6
|
Tikinti(podrat təşkilatlar)
|
127,9
|
229,3
|
786,7
|
897,2
|
Ticarət
|
140,9
|
248,5
|
202,9
|
779,0
|
Sair
|
92,6
|
446,8
|
641,2
|
756,9
|
Cəmi
|
2133,1
|
19112,1
|
16713,8
|
21116,6
|
Xüsusi maliyyə resursları tərkibində ikinci yer amortizasiya ayırmalarına məxsusdur. Amortizasiya ayırmaları əsas istehsal fondlarının və qeyri-material aktivlərinin köhnəlməsinin pul ilə ifadəsidir.
Müəssisələrin cəlb edilmiş vəsaitlərini aşağıdakı kmii təsnifləşdirmək olar:
fond bazarında səhmlərin buraxılması;
istiqrazların buraxılması;
Maliyə bazarında toplanmış vəsaitlərə xüsusi səhm və istiqrazların, digər qiymətli kağızların satışından əldə edilən vəsaitlər aid edilir.
Yenidənbölgü qaydasında daxil olan vəsaitlərə sığorta ödənişləri, assosasiyalardan, baş şirkətlərdən daxil olan maliyyə resursları, dividentlər və faizlər, büdcə subsidiyaları aiddir.
Büdcə təxsisatı-həm qaytarılmaq və həm də qaytarılmamaq şərti ilə verilə bilər. O, dövlət sifarişlərinin, ayrı-ayrı investisiya proqramlarının maliyyələşdirilməsinə yönəldilir.
11.3.KOMMERSIYA TƏŞKILATLARININ GƏLIRLƏRI, XƏRCLƏRI VƏ MƏNFƏƏTI
Kommersiya təşkilatlarının gəlirləri məhsul satışından, digər əmlakların satışından daxilolmalardan, satışdankənar gəlirlərdən və icarə haqqından ibarətsir. Məhsul satəşından gəlirlər əsas gəlir mənbəyi hesab edilir. Onun həcmi məhsul satışının həcmi və qiyməti ilə müəyyən edilir. Məhsul satışının həcmi isə bazarda tələb və təklifdən asılıdır.
Lakin bütün pul vəsaitləri gəlir hesab edilmir:
ƏDV, aksizlərin, satışdan verginin, ixrac rüsumu və digərməcburi ödənişlər;
Beh və girov məbləğləri;
Kreditin ödənilməsi və borc alana verilmiş borc məbləği.
Gəlirlər xarakterindən, əldə edilmə şərtlərindən və təşkilatın fəaliyyət istiqamətlərindən asılı olaraq 2 yerə ayrılır: adi fəliyyət növündən əldə edilən gəlirlər; sair daxilolmalar. Adi fəaliyyə növündən gəlirlərə aiddir: məhsul və əmtəə satışından, işin yerinə yetirilməsi və xidmət göstərilməsindən gəlirlər; icarə müqaviləsi üzrə öz aktivlərini müvəqqəti istifadəyə verməyə görə daxilolmalar; ixtiralara, intellektual mülkiyyətin digər növlərindən irəli gələn hüquqlqrın verilməsinə görə gəlirlər; başqa təşkilatların nizamnamə kapitalında iştirakı ilə əlaqədar daxilolmalar; birgə fəaliyyət nəticəsində təşkilatın əldə etdiyi mənfəət və s.
Fövqəladə gəlirlər təsərrüfat fəaliyyətinin fövqəladə şəraitinin (təbii fəlakət, yanğın, qəza və s.) nəticəsi kimi əmələ gələn daxilolmalar, sığorta ödəmələri, heab edilir.
Müəssisələrdə məhsul istеhsаlı və sаtışı хərcləri mülkiyyətin müхtəlif fоrmаlаrındа və iqtisаdiyyаtın аyrı-аyrı sаhələrində istеhsаlın şərtlərindən və хаrаktеrindən аsılı оlаrаq təsnifləşdirilir. Müəssisələrin хərcləri hаzırdа qüvvədə оlаn qаnunvеriciliyə əsаsən müəyyən еdilir. Xərclərin xarakterindən, həyata keçirilməsi şəraiti, fəaliyyət istiqamətindən asılı olaraq 2 yerə ayrılir:
adi fəaliyyət növləri üzrə xərclər;
sair xərclər.
Adi xərclər аşаğıdаkı kimi təsnifləşdirilir:
- mаddi məsrəflər;
- əməyin ödənilməsinə məsrəflər;
- sоsiаl еhtiyаtlаrа аyırmаlаr;
- əsаs fоndlаrın аmоrtizаsiyаsı;
- sаir məsrəflər.
Sair xərclərə əməliyyat, satışdan kənar və fövqəladə xərclər daxildir. Əməliyyat xərclərinə aiddir: müəssisənin haqqı ödənilməklə müvəqqəti istifadəyə verilməsi ilə əlaqədar xərclər, sənaye nümunələri və digər intelektual mülkiyyət növlərindən irəli gələn hüququn haqqı ödənilməklə əlaqədar xərclər, başqa müəssisələrin nizamnamə kapitalında iştirak ilə əlaqədar xərclər, əsas fondların və digər aktivlərin satışı, köhnəlməsi ilə əlaqədar xərclər, müəssisələrin onlara verilmiş kreditlərə görə ödədikləri kreditlər və s. əməliyyat xərcləri.
Satışdankənar xərclərə aiddir: müqavilə şərtlərinin pozulması ilə əlaqədar tətbiq edilən cərimlər və penyalar, müəssisəyə dəymiş ziyanın ödənilməsi, iddia müddəti bitmiş borcların məbləği, aktivlərin ucuzlaşması məbləği və s. reallaşdırmamış xərclər.
Fövqəladə xərclər təbii fəlakət, yanğın, qəza və digər fövqəladə hallarda yanan xərclərə aiddir.
İqtisadi cəhətdən mənfəət məhsul satışından gəlirlərin həmən məhsulun istehsalı və satış xərclərindən artıq hissəsini ifadə edir. Yəni müəssisənin gəlir və xərcləri arasındakı fərq onun mənfəətini təşkil edir. Məhsul satışından mənfəət ümumi mənfəətə və xalis mənfəətə bölünür. Kommersiya təşkuilatlarında mənfəət mövcud qiymətlərlə məhsul satışından daxil olan gəlirlərlə onun istehsalı və satışına çəkilən xərclərin məbləği arasındakı fərq kimi hesablanır.
Balans mənfəəti satışdan əldə olunan mənfəət ilə satışdan kənar mənfəət ümumi həcmini göstərir.
Mb=Mms+Məs+Gsk
burada: Mb –balans mənfəəti
Mms – məhsulun satışından mənfəət
Məs - əsas vəsaitlərin və digər əmlakın satışından mənfəət
Gsk – satışdankənar gəlirlər (saldo)
Balans mənfəəti-müəyyən dövürdə istehsalın səmərəliliyinin artımını aşkar etmək üçün istifadə olunur.
Xalis mənfəət-vergi və rüsmlar ödənildikdən sonra müəssisənin sərəncamda qalan mənfəətidir. Bu vəsait istehsalın inkişafına, pul vəsaiti fondlarının yaradılmasına və sosial ehtiyatlara istifadə olunur.
Azərbaycan Respublikasında kommersiya təşkilatlarında balans mənfəətinin bölgüsü aşağıdakı kimi həyata keçirilir.
Balans mənfəəti
Büdcə vergilər
çıxılsın
Yuxarı təşkilatların
mərkəzləşdirilmiş
fondarı və ehtiyatları
çıxılsın
Xalis mənfəət
Müəssiənin fondları və ehtiyatları
Mənfəətin bölüşdürülməsi zаmаnı аşаğıdаkı prinsiplər nəzərə аlınır:
1.büdcə qаrşısındа mаliyyə öhdəliklərinin yеrinə yеtirilməsi;
2.təsərrüfаt subyеktlərinin sərəncаmındа qаlmış mənfəətin iqtisаdi cəhətdən əsаslаndırılmış nisbətlərə uyğun qаydаdа yığımа və istеhlаkа bölünməsi. Bunlаr аrаsındа nisbət müəyyənləşdirillərkən istеhsаl fоndlаrının vəziyyəti və burахılаn məhsulun rəqаbət qаbiliyyətliliyi çıхış еtməlidir.
Dostları ilə paylaş: |