Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari



Yüklə 463,33 Kb.
səhifə99/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   95   96   97   98   99   100   101   102   ...   125
Maliyyə 2018

Borc kapitalı bazarı öz növbəsində borc kapital bazarına və pay qiymətli kağızlar bazarına bölünür.Belə bölgü bu bazarda satılan əmtəələrin ( maliyyə alətləri) alıcıları və maliyyə alətlərinin emitentləri arasında münasibətlərin xarakteriki ifadə edir.Əgər maliyyə aləti kimi pay qiymətli kağızları çıxış edirsə, onda bu münasibətlər mülkiyyət münasibətləri xarakteri daşıyır və qalan hallarda isə bu, kredit münasibətləri olur.

Kapital bazarı borc kapitalının dövriyyəsinin təmin edilməsi prosesində yaranan münasibətləri, yaxud da dövriyyənin təşkili formasını ifadə edir.Məlumdur ki, borc kapital qaytarılmaq, dəyəri ödənilməklə müəyyən müddətə verilən pul vəsaitlərinin məcmusudur.Borc kapitalı bazarında müddətlilik, qaytarılmaq və haqqı ödənilmək şərti ilə təqdim edilən uzunmüddətli bank ssudalarını, habelə borc qiymətli kağızlarını daxil edir.Borc kapitalının yaranma mənbələri ilk növbədə müəssisə və təşkilatların və vətəndaşların sərbəst maliyyə ehtiyatı və yığımlarıdır.Borc kapitalları bazarının subyektləri aşağıdakılardır:

- müəssisələrin sərbəst pul vəsaitlərini toplayan və onların borc kapitalı kimi yerləşdirən kredit idarələri;

- sərbəst pul vəsaitlərinə (maliyyə ehtiyatların) malik investorlar;

- müəyyən məqsədlər üçün borc alan müəssisə və təşkilatlar,vətəndaşlar və həmçinin dövlət orqanları.

Bu deyilənləri nəzərə almaqla qeyd etmək olar ki, borc kapitalı bazarının müasir strukturu müddətlilik və institusional əlamətləri ilə xarakterizə olunur.

Müddətlilik əlamətlərinə görə qısamüddətli (1 ilə qədər) kreditlər verilən pul bazarını, orta ( 1 ildən 5 ilədək) və uzunmüddətli ( 5 ildən yuxarı) kreditlər verilən kapital bazarını ayırmaq olur.

Borc kapitalı bazarının funksiyaları onun ictimai təsərrüfat sistemindəki rolu və mahiyyəti ilə müəyyənləşir:

Borc kapitalı bazarının 5 əsas funksiyası mövcuddur:

Birinci funksiya-əmtəə dövriyyəsinə kredit vasitəsi ilə xidmət funksiyasıdır;
İkinci funksiyası-hüquqi, fiziki şəxslərin, dövlətin, həmçinin xarici vətəndaşların pul vəsaitlərinin cəmləşməsi funksiyasıdır.

Üçüncü funksiya-pul fondlarının birbaşa borc kapital kimi formalaşması və onun istehsal proseslərinə xidmət məqsədilə kapital qoyuluşu kimi istifadəsidir;

Dördüncü funksiya- dövlət və əhalinin xərclərinin ödənilməsi məqsədilə lapital mənbəyi kimi xidmət funksiyası;

Beşinci funksiyaı- nüfuzlu sənaye maliyyə qruplarının yaradılması üçün kapitalın mərkəzləşdirilməsinin tezləşdirilməsi funksiyası.

Milli borc kapitalı bazarlarının inkişaf səviyyəsi bir sıra amillərlə müəyyən edilir ki, onlara aşağıdakılar aiddir:

- ölkənin iqtisadi artımı;

- ölkədə kredit və qiymətli kağız bazarının fəaliyyət ənənələri;

- ölkədə istehsal yığımının səviyyəsi;

- əhalinin yığım qabiliyyətinin səviyəsi

Bu amillərin ən başlıcası iqtisadi artım amilidir. Bu amilləri hazırda ABŞ, Qərbi Avropa və Yaponiya kimi dövlətlərə şamil etmək olar.

Bu dövlətlərdə iri həcmli və inkişaf etmiş borc kapitalı bazarları formalaşmışdır.Ən yüksək səviyyəli bazar isə ABŞ-ın payına düşür.Bu bazar əsasən özünün güclü kredit və qiymətli kağız və kapital yığımının yüksək səviyyəsi ilə səciyələnir.


Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin