13.3. VALYUTA BAZARI, ONUN FUNKSIYALARI VƏ XÜSUSIYYƏTLƏRI
Pul bazarı dedikdə alqı-satqı obyekti pulun özü olan bazarlar başa düşülür. Pul bazarının təsnifləşdirilməsi prinsipləri ibarətdir:
1. pul vəsaitinin qoyuluşu müddətinə görə fərqləndirilir: qısamüddətli qoyuluşlar bazarı;
uzunmüddətli qoyuluşlar bazarı;
2. pul vəsaitlərinin obyektlər üzrə qoyuluşuna görə; valyuta bazarı; qızıl bazarı; kredit bazarı; qiymətli kağızlar bazarı.
Valyuta bazarı dedikdə valyuta və valyuta dəyərlərinin alqı-satqısı cəmlənən rəsmi mərkəz nəzərdə tutulur. Bir valyutanın digər valyutaya mübadiləsi həyata keçirlən valyuta bazarının fəaliyyətinin mövcudluğunun zəruriliyi beynəlxalq hesablaşmalarda vahid ödəniş vəsaitinin olmaması üzündən irəli gəlir.
Dostları ilə paylaş: |