Valyuta bazarının funksiyaları aşağıdakılardır:
- beynəlxalq hesablaşmaların öz vaxtında həyata keçirilməsinin təmin edilməsi;
- valyuta risklərinin siğortalanması;
- valyuta ehtiyatlarının diversifikasiyası;
- milli valyuta sabitliyinin qorunub saxlanılması;
- valyuta əməliyyatlarından mənfəət əldə edilməsi;
Valyuta risklərinin siğort6alanması dedikdə valyuta əməliyyatları həyata keçirilərkən valyuta riskinin aşağı salmağa yönəldilən tədbirlər başa düşülür. Valyuta riski valyuta kursunun enib-qalxmasından irəli gələn itkilər riskidir.
Valyuta ehtiyatlarının diversifikasiyası dedikdə onların bir valyutada saxlanması deyil, bir neçə valyutada saxlanması, habelə riskin azadılması məqsədilə valyuta dəstinin dəyişilməsi başa düşülür.
Milli valyutanın sabitliyinin qorunması məqsədilə Mərkəzi Bank valyuta intervensiyası ( valyutanın alqı-satqı əməliyyatı) həyata keçirir ki, onun vasitəsilə kəskin artıb-azalmanı yumşaldır və mübadilə məzənnəsinin hərəkətinə nəzarət edir. Valyuta bazarının təşkilati strukturu dedikdə onun iştirakçılarının məcmusu başa düşülür.
Valyuta bazarının infrastrukturu özünə daxil edir:
- birja ticarəti sistemi;
- birjadankənar ticarət sistemini ( öz növbəsində banklararası və müştəri bazarlarını özünə daxil edir) ;
- hesab-ticarət sistemini;
- informasiya agentliyi və şəbəkələri və s.
1. Birja ticarəti sistemi. Birja valyuta bazarında müvəkkil birjalar vasitəsilə aparılır.Bu halda birja xüsusi ixtisaslaşdırılmış ticarət meydançası kimi çıxış edir.Birja təşkilati qaydad rəsmiləşdirilən və müntəzəm olaraq fəaliyyət göstərən bazardır.Birja bazar iqitisadiyyatının klassik təsissatı olub, birja ticarətinin təşkili və tənzimlənməsi yolu ilə malların topdansatış bazarını formalaşdırır.Birja fəaliyyətinin əsas istiqaməti təyin edilmiş vaxtda müəyyən yerdə keçirilən açıq kütləvi alver zamanı ticarət əqdlərinin bağlanması üçün daha əlverişli şəraitin yaradılmasıdır.Birja hüquqi şəxs statuslu təşkilat olaraq alqı-satqı əqdlərdə tərəf kimi çıxış etmir.
Dostları ilə paylaş: |