13.4. KREDIT BAZARI ANLAYIŞI VƏ ONUN FUNKSIYALARI
Kredit bazarı pul bazarının bir növüdür.
Kredit bazarı dedikdə kreditlərin alqı-satqısı sazişi ( sövdələşməsi) başa düşülür. Kredit bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, burada ticarətin obyekti kimi pul qəbul edilir, yəni pul alınır-satılır.Hər bir digər bazarlarda pulun hər hansı digər əmtəəyə mübadiləsi baş verir.Kredit bazarında ssudaya verilmiş pul əvvəlcə krediyotdan borcalana keçir, müəyyən müddətdən sonra isə fazilə birlikdə borcalandan kreditora qayıdır.Kreditin təqdim edilməsinin müddəti nə qədər çoxdursa, bir qayda olaraq alınmış fazilər bir o qədər yüksək ola bilər.
Kredit bazarının əsas funksiyası iqtisadi istehsal prosesinin fasiləsizliyini təmin etmək üçün kifayətedici həcmdə pul vəsaiti ehtiyatı yaratmaqdan ibarətdir.
Artıq yuxarıda da deyildiyi kimi, kredit bazarına alqı-satqı obyekti kreditə (ssudaya) verilən pul vəsaitləridir.Borclanmanın müxtəlif üsulu və müvafiq olaraq müxtəlif növ kredit mövcuddur.Kreditin növlərinin həddi onların hər birinin likvidliyini müəyyən etmək üçün olduqca zəruridir.Likvidlik hər bir aktiv üçün əhəmiyyətli xüsusiyyətdir. Kreditin likvidliyi dedikdə yerləşdirilmiş pul vəsaitinin vaxtında qaytarılması imkan başa düşülür.Yüksək likvidliyə, məsələn, müddətsiz bank əmanətləri malikdir.Aşağı likvidlik isə uzunmüddətli kredit üçün xarakterikdir ki, bu da vəsaitin uzun müddətə verilməsi ilə əlaqədardır.
Dostları ilə paylaş: |