14.5. FOND BİRJALARI
Qiymətli kаğızlаr bаzаrının iştirаkçılаrının məcmusu оnun təşkilаti strukturunu təşkil еdir.
Qiymətli kаğızlаrın infrаstrukturu аşаğıdаkılаrdаn ibаrətdir: birjа ticаrət sistеmi (fоnd birjаsı); birjаdаnkənаr ticаrət sistеmi; qеydiyyаtçılаr; dеpоzitаrilər; hеsаb-ticаrət sistеmi; infоrmаsiyа аgеntliyi və şəbəkələr.
1.Fоnd birjаsı – mütəşəkkil, dаimi fəаliyyət göstərən bаzаrdır. Burаdа qiymətli kаğızlаrın аlqı-sаtqısı həyаtа kеçirilir. Birjаnın idаrə еdilməsinin аli оrqаnı səhmdаrlаrın (üzvlərin-pаyçılаrın) ümumi yığıncаğıdır.
Fond birjası – fəaliyyət predmeti qiymətli kağızların bazar qiymətlərinin müəyyən edilməsi, onlara olan tələb və təklif arasında tarazlığl əks etdirən, lazımi informasiyanın yayılmasını təmin edən müstəqil təşkilatdır. Fond Birjası Qapalı Səhmdar Cəmiyyəti formasında olur. Birja yalnız birja üzvləri arasında ticarəti təşkil edir.
Fond birjası üzvlərinin ticarət əməliyyatlarının ədalətli və şəffaf qaydada həyata keçirilməsinə nəzarət etməli, üzvlərinin fond birjası qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədikdə, üzvlərin maliyyə dayanıqlığını əks etdirən göstəricilərin müəyyən olunan səviyyədən aşağı düşməsini aşkar etdikdə bu barədə nəzarət orqanına məlumat verməlidir.
Fond birjalarının əsas funksiyası qiymətli kağızlar ilə ticarətin təşkil edilməsidir. Hazırda demək olar ki, bütün birjalarda ticarət qapalı elektron sistem əlaqəsi istifadə edilərək təşkil edilir. Adi fond birjasının infrastrukturu avtomatik rejimdə işləyən bir neçə mərkəzdən ibarətdir:
Ticarət sistemi – əməliyyatlar üzrə ərizələri toplayır və qiymət uyğunluğu zamanı onları qeydə alır;
Hesablama kamerası – ticarət iştirakçılarının pullarını qeydə alır, müqavilənin hər iki tərəfinin pul resurslarını təşkil edir və hesablayır;
Depozitar mərkəz – ticarət iştirakçılarının hesablarındakı qiymətli kağızların qeydiyyatını aparır, müqavilənin hər iki tərəfin hesabındakı vəsaitləri hesablayır və tədarük görür.
Fond birjalarının digər mühüm funksiyası likvidliyi – tez və ciddi xərclər olmadan qiymətli kağız alıb – satmaq imkanını təşkil edir. Bu bazarda mövcud olan çoxlu sayda qiymətli kağızlar sayəsində baş tutur.
Fond birjalarının fəaliyyəti dövlət səviyyəsində lisenziyalaşdırıldığından bəzi tənzimləyici funksiyalar istifadə edilir. Bu qiymət manipulyasiyası, bifjada fırıldaqşılığın qarşısının alınmasına yönəldilmişdir.
Fond Birjasının strukturu. Birjanın idarə edilməsinin ali orqanı səhmdarların ümumi yığıncagıdır. İclaslararası fasilədə birja şurası fəaliyyət göstərir. Birjanın icraedici orqanı müdiriyyətdir. Birjada bir-neçə komissiyalar fəaliyyət göstərir. Burada həm də informasiya nəzarət şöbəsi, texniki-təchizat şöbəsi və digər icraedici bölmələr fəaliyyət göstərir. Birjaların növləri aşağıdakılardr: Əmtəə birjası, Fond birjası, Valyuta birjası, Əmək birjası.
Sosial-iqtisadi inkişaf şəraitində Respublikamız son illərdə dünya miqyasında balanslaşdırılmış iqtisadiyyata nail olmuşdur. Bu müddət ərzində maliyyə sisteminin mühüm sahəsi olan qiymətli kağızlar bazarının inkişafı da daim diqqət mərkəzində olmuşdur. BFB da təsis edildiyi gündən kapital bazarları institutunun ölkəmizdə formalaşması üçün mühüm islahatlar aparılmasında böyük rol oynamışdır.
Bakı Fond Birjası 15 fevral 2000-ci ildə Qapalı Səhmdar Cəmiyyəti formasında yaradılmışdır. BFB-nın yaradılmasında əsas məqsəd fond bazarının formalaşması olmuşdur. BFB-nın yerli banklar, prokerlər və İstanbul Fond Birjası da daxil ilmaqla 20 səhmdarı mövcuddur. Birjanın fəaliyyəti AR Maliyyə Bazarlarına Nəzarət palatası tərəfindən tənzimlənir.
BFB yarandığı dövrdən aşağıdakı istiqamətlərdə iş aparılmışdır:
1).Səmərəli maliyyə vasitəçiliyi həyata keçirilməsi üçün ümüliyyat infrastrukturu yeniləşdirilmişdir;
2).ticarət sistemlərinə məsafədən qoşulma və poçt-ticarət sistemlərinin inteqrasiyası keçirilmişdir;
3)kompleks investisiya xidmətlərinin həyata keçirilməsini təmin edən qanunvericilik bazası yaradılmışdır;
4)dünyanın bir çox maliyyə mərkəzləri və fond birjaları ilə əməkdaşlıq əlaqələri qurulmuşdur;
5)enerji sektorunun qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşməsi intensivləşmiş, BVF-da valyuta, qızıl, gümüş və digər əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət başlanılması kimi mühüm nailiyyətlər əldə edilmişdir.
Dostları ilə paylaş: |