Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


BEYNƏLXALQ KREDITIN MAHIYYƏTI VƏ



Yüklə 463,33 Kb.
səhifə120/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   117   118   119   120   121   122   123   124   125
Maliyyə 2018

15.2.BEYNƏLXALQ KREDITIN MAHIYYƏTI VƏ

ƏSAS FORMALARI
Beynəlxalq kredit - qaytarılmaq, müddətlilik, təminatlılıq və faiz ödənil­məsi şərti ilə valyuta və əmtəə resurslarının verilməsi ilə əlaqədar beynəlxalq iqtisadi münasibətlır sferasında borc kapitalının hərəkətidir. Kreditor və borc alan kimi banklar, müəssisələr, dövlət, beynəlxalq maliyyə institutları çıxış edir. Beynəlxalq kreditin mənbələri kimi aşağıdakılar çıxış edir. Müəssisələrdə kapitalın dövriyyəsi prosesində pul formasında müvəqqəti sərbəstləşmiş kapital, dövlətin və xüsusi bölmənin banklara cəlb edilmiş pul yığımları və sair.

Beynəlxalq kredit bir sıra prinsiplər əsasında fəaliyyət göstərir. Bu prinsipləri aşağıdakı kimi müəyyən etmək olar:

1) Qaytarılma. Alınmış kreditlər, xüsusilə beynəlxalq kreditlər hökmən qaytarılmalıdır. Başqa sözlə, müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməlidir.

2) Ödənilmə. Bu dəyər qanununun fəaliyyətinin və kreditin şərtlərinin həyata keçirilməsi üsulunu əks etdirir. Bu zaman, ilk növbədə kreditə görə faizlərin ödənilməsi həyata keçirilir.

3) Maddi təminatlıq. Kreditlərin maddi təminatlığı dedikdə, onun ödənilməsinə zəmanət başa düşülür. Yəni kredit alınan maddi imkanları tam ödənilməli və bu imkanlar krediti ödəyə biləcək səviyyədə olduğu halda, kreditlər verilə bilər.

4) Məqsədli xarakter. Beynəlxalq kreditlər necə gəldi hər bir ehtiyacı olana verilmir. Belə kreditlər konkret məqsədlər və layihələr əsasında verilir və məqsədli xarakter daşıyır.

Beynəlxalq iqtisadi münasibətlər sistemində beynəlxalq kredit bir sıra vacib funksiyaları yerinə yetirir. Həmin funksiyalar aşağıdakılardan ibarətdir:

1. Borc kapitalının ölkələr arasında yenidən bölgüsü.

2. Beynəlxalq hesablaşmalar sahəsində dövriyyə xərclərinə qənaət edilməsi.

3. Kapitalın qovuşmasının və mərkəzləşdirilməsinin sürətləndirilməsi.



Beynəlxalq kreditin formaları.


Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin