Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


AZƏRBAYCAN RESPUBLIKASININ VALYUTA SISTEMI



Yüklə 463,33 Kb.
səhifə124/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   117   118   119   120   121   122   123   124   125
Maliyyə 2018

15.4.AZƏRBAYCAN RESPUBLIKASININ VALYUTA SISTEMI

Valyuta sisteminin üç forması fərqləndirilir:

- Milli valyuta sistemi;

- Dünya valyuta sistemi;

- Regional(beynəlxalq) valyuta sistemi.

Tarixi olaraq ilk dəfə valyuta-iqtisadi münasibətlərin məcmusu kimi milli valyuta sistemi meydana gəlmişdir. Milli valyuta sistemi ölkə sərhədlərindən kənara çıxmasına və müstəqil olmasına baxmayaraq ölkənin pul-kredit sisteminin tərkib hissəsidir. Bu sistemin özünəməxsusluğu ölkənin xarici iqtisadi əlaqələrinin və iqtisadiyyatın inkişaf səviyyəsi ilə müəyyən olunur. Milli valyuta sisteminin prinsipləri ölkənin qanunvericiliyi ilə müəyyənləşir. Milli valyuta sisteminin əsas elementlərini aşağıdakı kimi müəyyən etmək olar: milli valyuta; milli valyutanın dönərlilik səviyyəsi; milli valyutanın nisbəti; milli valyutanın kursu; beynəlxalq kredit vasitələri, onların istifadə qaydalarının müəyyən olunması; ölkənin beynəlxalq hesablaşmalarının müəyyən olunması; milli valyuta bazarı və qızıl bazarı rejimi; ölkənin valyuta münasibətlərini tənzimləyən milli orqanlar.

Milli valyuta sistemi dünya valyuta sistemi ilə qırılmaz surətdə bağlıdır. Dünya valyuta sistemi- dünya təsərrüfatının inkişafı əsasında meydana gələn və dövlətlərarası razılaşmalar, yaxud sazişlərlə möhkəmləndirilən beynəlxalq valyuta münasibətlərinin təşkili formasıdır.

Dünya valyuta sisteminin dünya təsərrüfatının qlobal məqsədlərini yerinə yetirməsinə və xüsusi fəaliyyət və tənzimləmə mexanizminə malik olmasına baxmayaraq, o milli valyuta sistemləri ilə sıx əlaqədardır. Bu əlaqə valyuta münasibətlərinə xidmət edən və tənzimləyən milli banklar vasitəsilə həyata keçirilir və dövlətlərarası valyuta tənzimlənməsi və dövlətlərin maliyyə-valyuta siyasətinin əlaqələndirilməsi kimi yаrаnыr.

Əgər milli valyuta sistemi milli valyuta–ölkənin milli pul vahidinə əsas­lanırsa, onda dünya valyuta sistemi bir, yaxud bir neçə ehtiyat valyutasına və ya beynəlxalq hesablaşma pul vahidinə əsaslanır.

Azərbaycan Respublikasının əsas valyuta sistemi Azərbaycan manatıdır. Müstəqillik əldə edildikdən sonra ilk dəfə olaraq manat 1992-ci ilin avqustunda tədavülə buraxılmış və 10 sovet rubluna bərabər tutulmuşdur. İlk dövrlərdə manatla birlikdə rus rublu da ödəniş vasitəsi kimi istifadə edilirdi. Ölkə Prezidentinin 11 dekabr 1993-cü il tarixli Səərəncamı ilə 1 yanvar 1994-cü ildən manat Respublikamızın ərazisində vahid ödəniş vasitəsi hesab edilir.

Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Milli Banka mənsubdur. Ölkə ərazisində manatdan başqa pul vahidinin ödəniş vasitəsi kimi istifadə edilməsi qadağandır. Manatın digər ölkələrin pul vahidlərinə görə məzənnəsi AR Milli Bankı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasında valyuta münasibətləri “Valyuta tənzimi haqqında” qanunla tənzimlənir. Qanun 21 oktyabr 1994-cü ildə qəbul edilmişdir. Bu qanun valyuta əməliyyatlarının həyata keçirilməsi prinsipləri, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqfiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir.

Ölkəmizdə valyuta nəzarəti orqanları AR Mərkəzi Bankı və AR Dövlət Gömrük Komitəsidir.

Valyuta münasibətlərinin xarakteri ölkələrin valyutalarının dönərliyindən asılıdır. Valyutalar isə sərbəst dönərli, qismən dönərli və qeyri-dönərli valyutalara bölünür. Sərbəst dönərli valyutalara: ABŞ dolları, kanada dolları, Yapon iyeni və s. aiddir.

Qismən dönərli o ölkələrin milli valyutaları sayılır ki, bir sıra valyuta əməliyyatlarına məhdudiyyətlər tətbiq edilir. Bu valyutalar bütün valyutalara deyil, bir sıra xarici valyutalara dəyişdirilir.

Qeyri-dönərli valyuta yalnız bir ölkə daxilində istifadə edilir və azad surətdə xarici valyutaya dəyişdirilmir.

Respublikamızda valyuta-maliyyə mexanizmində xarici valyutaya nisbətdə manatın 2 müxtəlif məzənnəsi fəaliyyət göstərir: rəsmi və bazar məzənnəsi. Mərkəzi Bank manatın rəsmi məzənnəsini müəyyən etmək üçün iqtisadi amillərlə bərabər valyuta birjasında milli valyutaya olan tələb və təklifi də nəzərə alır. 1995-ci ildə Bakı Banklararası Valyuta Birjası yaradılşmışdır. Bu birjanın təsisçiləri arasında Mərkəzi Bank da da vardır ki, bu da ona valyuta bazarında aktiv siyasət yeritməyə və manatın məzənnəsinə təsir göstərməyə imkan verir. Mərkəzi Bank tərəfindən valyuta məzənnəsinin müəyyən edilməsi valyutanın kotirovkası adlanır.

Valyutanın dönərliyi probleminin həll edilməsi və valyutanın məzənnəsinin müəyyən edilməsi üçün ölkə daxilində pul tədavülünün sabitləşdirilməsi, daxili bazarda əmtəə qıtlığını aradan qaldırmaq, inlyasiyanı minimum həddə endirmək, daxili qiymətləri dünya qiymətlərinə çatdırmaq lazımdır.

Milli pul vahidinin məzənnəsinin tərəddüd etməsi iki amillə əlaqədardır:


  • Xarici ölkələrin daxili bazarlarında valyutanın alıcılıq qabiliyyətinin real dəyər nisbəti ilə;

  • Kapitalın bir ölkədən digər ölkəyə axını ilə əlaqədar daimi dəyişikliyə məruz qalmış milli valyutanın beynəlxalq bazarda tələb və təklifi ilə.

Beynəlxalq hesablaşmalar iqtisadi məzmununa görə iki qrupa bölünür: ticarət və qeyri-ticarət.

Ticarət hesablaşmaları xarici ticaət əməliyyatları üzrə ödənişlər və daxilolmaları, beynəlxalq kredit üzrə ödənişlər və daxilolmaları, nəqliyyatın müxtəlif növləri üzrə ödənişlər və daxilolmaları əhatə edir.

Qeyri-ticarət hesablaşmalarına diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların saxlanması üzrə ödənişlər, müxtəli fmütəxəssislərin və başqa dövlətlərin vətəndaşlarının gəlirləri üzrə xərclər, ictimai təşkilatların və xüsusi şəxslərin tapşırıgı ilə xaricə pul vəsaitlərinin köçürülməsi daxildir.



Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin