AR Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə edilməsi Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarizli 48 nömrəli Fərmanına əsasən fəaliyyət göstərir. Agentlik dövlət borclarının, dövlət zəmanətlərinin və xarici dövlətlərin ölkəmizə olan borclarının qeydiyyatını aparır, dövlət qiymərli kağızların emissiyasını həyata keçirir.
Agentlik aşağıdakı vəzifələri həyata keçirir:
1.Dövlət borcununu vaxtında qaytarılmasınını təmin edilməsi istiqamətində tədbirlər həyata keçirir;
2.Alınmış borcun təyanatı üzrə, məqsədəuyğun xərclənməsinə nəzarət edir;
3.Qiymətli kağızlar bazarının inkişafı üçün təkliflər hazırlayır;
Hər il üçün dövlət borcunun və dövlət zəmanətinin yuxarı həddi barədə təklif verir;
4.Dövlət borcu və dövlət zəmanətinin yuxarı həddi barədə təklif verir;
5.Dövlət borcu və dövlət zəmanətləri ilə bağlı normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir və s.
Dostları ilə paylaş: |