Tənzimləyici tip. İqtisadiyyatın inkişafı XIX əsrdə maliyyə siyasətinin dəyişməsi zərurətini yaratmışdır. Bu dövrdə sənayecə inkişaf etmiş ölkələrdə tənzimlənən maliyyə siyasətinə keçid başlanır. Bu siyasətin əsasını ingilis iqtisadçısı C.M.Keyns (1883-1946) və onun davamçılarının iqtisadi nəzəriyyəsi təşkil edirdi. Bu nəzəriyyə tərəfdarları iqtisadiyyatın inkişafına nail olunmasına və onun tənzimlənməsinə dövlətin müdaxiləsinin və rolunun zəruriliyini qeyd edirdilər. İqtisadiyyat müdaxilənin əsas vasitəsi dövlət xərclərdir ki, onun hesabına əlavə tələb yaranır. Dövlət xərclərin sahibkarlıq fəaliyyətinin inkişafını, milli gəlirin inkişafını təmin edir və işsizliyin aradan qaldırılmasına kömək edir. Keynsiçik 1930-1960-cı illərdə əksər ökələrdə sabit iqtisadi inkişafı, yüksək məşğulluq səviyyəsini, sosial ehtiyacların maliyyələşdirilməsi sisteminin səmərəliliyini təmin etmişdir.
Plan-direktiv maliyyə siyasəti maliyyə siyasəti idarəetmənin inzibati amirlik sistemini istifadə edən ölkələrdə tətbiq edilirdi. Dövlət mülkiyyətinə əsaslanan planlı idarəetmə sistemi iqtisadiyyatın bütün sferasına və sosial həyata birbaşa rəhbərliyi həyata keçirməyə imkan verir. Bu şəraitdə maliyyə siyasətinin əsas məqsədi maliyyə resurslarının maksimum dövlətin əlində toplanmasını təmin etmək olmuşdur. Təbii ki, dövlət maliyyə planına müvafiq olaraq bu vəsaitin yenidən bölgüsü aparılr.
Belə maliyyə siyasəti demək olar kə, bütün sosialist ölkələrində tətbiq edilirdi. Bu da dövlətin fövqəladə xərclərinin maliyyələşdirilməsinin tələb edildiyi illərdə öz səmərəsini vermişdir.
Təsir obyektlərindən asılı olaraq dövlət və bələdiyyə, təsərrüfatçılıq sferasında maliyyə siyasəti fərqləndirilir. Müxtəlif meyarları nəzərə alaraq aşağıdakı qaydada təsnifləşdirmə aparmaq olar:
ərazi əlamətinə görə: dövlət, reginal və yerli maliyyə siyasəti;
məqsədli istiqamətləndirmə üzrə: stimullaşdırıcı və ləngidici;
maliyyə tənzimlənməsi obyektinin qarşılıqlı əlaqəsinə görə: iqtisadiyyatı tənzimlənən dövlət maliyyə siyasəti və sosial maliyyə siyasəti;
maliyyə bazarının strukturuna görə: pul-valyuta, kredit, sığorta və fond siyasəti;
maliyyə sistemi həlqələrinə görə: büdcə və büdcədənkənar maliyyə siyasəti, dövlət borclanması və dövlət maliyyə ehtiyatlarının idarə edilməsi siyasəti;
ölkənin gömrük sərhədləri vasitəsilə tənzimlənməsi xarakterinə görə: proteksionist və preferesional siyasət;
investisiya siyasəti.
Dövlət maliyyə siyasəti hər bir ölkənin iqtisadi və sosial inkişafında mühüm rola malikdir. Çünki o, həm makrosəviyyədə və həm də mikrosəviyyədə həyatə keçirilən bütün iqtisadi fəaliyyəti əhatə edir. Dəvlət maliyyə siyasəti regional və yerli maliyyə siyasətinin formalaşmasında baza rolunda çıxış edir.
Bu və ya digər tip maliyyə siyasətinin tətbiqi iqtisadiyyatın və sosial sferanın inkişafının mövcud mərhələsinin xüsusiyyətləri ilə, hakim partiyanın və sosial qrupların maraqları ilə müəyyən edilir.
Dostları ilə paylaş: |