Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


MALIYYƏNIN IDARƏETMƏ ORQANLARI SISTEMI



Yüklə 463,33 Kb.
səhifə23/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   125
Maliyyə 2018

3.2.MALIYYƏNIN IDARƏETMƏ ORQANLARI SISTEMI

Maliyyənin idarəedilməsi prosesi qanunvericilik və icraedici dövlət hakimiyyət orqanları vasitəsilə həyata keçirilir. AR Konstitusiyasına müvafiq olaraq həmin orqanlar müxtəlif səlahiyyətlərə malikdir. Malik olduqları səlahiyyətlərdən asılı olaraq dövlət orqanları 2 qrupa: ümumi səlahiyyətli orqanlara və və xüsusl səlahiyyətli orqanlara ayrılır. Maliyyənin ümumi idarəedilməsi AR Milli Məclisə, Prezident Adminstrasiyasına və AR nazirlər Kabinetinə həvalə edilmişdir. Milli Məclis maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsum və digər ödənuşlər, bank işi, mühasibat məsələlərinə aid ümumi qaydaları müəyyən edir.

AR Prezidentinin maliyyənin idarə edilməsində iştirakı hər il dövlət büdcəsinin Milli Məclisə təqdim edilməsində maliyyə siyasətinin məqsəd və vəzifələrinin müəyyən edilməsi, maliyyə məsələləri üzrə qanunların hazırlanması, səərəncamların verilməsi və s. ibarətdir.

İcra hakimiyyəti orqanları ölkənin maliyyə siyasətinin hazırlanması və həyata keçirilməsinə, dövlət büdcəsinin tərtibi və icrasına məsuliyyət daşıyır, maliyyə qanunvericiliyinin reallaşdırılmasını təmin edın sərəncamlar verir.

Respublikamızda dövlət səviyyəsində maliyyənin idarə edilməsini həyata keçirən orqanlar AR Maliyyə Nazirliyi, AR Vergilər Nazirliyi, AR Dövlət Gömrük Komitəsi və onların yerli orqanlarıdır.

Azərbаycаn Rеspublikаsı Maliyyə Nazirliyinin vəzifələri və funk­si­ya­la­rı “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin tək­mil­ləş­di­ril­mə­si haqqında” AR Prezidentinin 9 fevral 2009-cu il 48 nömrəli Fərmanı ilə müəyyən edilmişdir.

AR Maliyyə Nazirliyinə Respublika Prezidentinin təyin etdiyi nazir başçılıq edir. Onun kollegiyası vardır. Kollegiya üzvləri Nazirlər kabinetinin qərarı ilə təyin olunur. Nаzirliyin funksiyа və vəzifələrinə аşаğıdаkılаr аiddir:vahid dövlət maliyyə siyasətinin strateji istiqamətlərinin işlənib hazırlanması və həyata keçirilməsi; dövlət büdcəsinin layihəsinin tərtibi və icrasının təmin edilməsi; maliyyə resurs­larının AR-nın sosial-iqtisadi inkişafı istiqamətlərində cəmləşdirilməsi; ölkənin iqtisadiyyatına xarici kreditlərin cəlb edilməsi üzrə təkliflərin hazırlanması; büdcə planlaşdırılması, maliyyələşdirilməsi və hesabatının tərtibi və işlənməsi metod­la­rının təkmilləşdirilməsi; büdcə vəsaitlərinin və dövlət büdcədənkənar fondların səmərəli və məqsədyönlü istifadəsinə maliyyə nəzarətinin həyata keçirilməsi; döv­lət maliyyəsinin sabitliyinin, maliyyə bazarının inkişafı üzrətədbirlərin həyata keçirilməsinə təsirinin təmin edilməsı; iqtisadi fəaliyyətin uzunmüddətli və qısa­müddətli proqnozlarının tərkibi üzrə işlərdə iştirak edir, mərkəzləşdirilmiş dövlət resurslarına olan tələbatı müəyyən edir, bu resursların dövlət büdcəsi ilə dövlət büdcədənkənar fondlar arasında bölüşdürülməsi haqqında təkliflər hazırlanır; d/b-si layihəsinin tərtibi üzrə işləri təşkil edir, respublika vergi və rüsumlarından ayırma normativləri layihəsinin, dotasiya, subvensiyaların həcmini müəyyən edir; dövlət büdcəsinin və büdcədənkənar fondların icrasını təmin edir; Vergilər Nazirliyinin iştirakı ilə vergi siyasəti və vergi sisteminin tək­mil­ləşdirilməsi üzrə təkliflər hazırlanır; qiymət siyasətinin müəyyən edilməsində iştirak edir; sığorta fəaliyyətinin tənzimlənməsində iştirak edir; dövlətdaxili istiqrazların buraxılışı və yerləşdirilməsi üzrə təkliflər hazırlanır; xarici borcların proqram layihəsi hazırlanır.




Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin