AR Dövlət Gömrük Komitəsi gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Onun vəzifə və funksiyaları: Gömrük işinin təşkili və onun təkmilləşdirilməsi; gömrük siyasətinin həyata keçirilməsi; respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qorumaq; gömrük ərazisinin vahidliyinin təmin edilməsi; gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil etmək; gömrük siyasətinin həyata keçirilməsi üçün hüquqi, iqtisadi, təşkilati mexanizmlər hazırlanması, onların həyata keçirilməsinin təmin edilməsi; gömrük nəzarətinin həyata keçirilməsi; gömrük sərhədindən keçirilən mallardan vergilərin, rüsumların, aksizlərin və digər gömrük ödənişlərinin alınmasının təşkili; malların gömrük dəyərinin düzgün müəyyən olunması sahəsində nəzarətin həyata keçirilməsi; gömrük, rüsum və vergilərin vaxtında, tam həcmdə dövlət büdcəsinə köçürülməsinin təmin edilməsi; malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinə dair qaydaların işlənib hazırlanmasının təşkili və onların icrasının təmin edilməsi; valyuta nəzarətinin təmin edilməsi; qaçaqmalçılıq və gömrük işi sahəsində cinayətlərə qarşı mübarizə aparılmasının təmin edilməsi; xarici ticarətin gömrük statistikasının aparılmasının təşkil edilməsi; xarici dövlətlərin gömrük və digər səlahiyyətli orqanları ilə əməkdaşlığın və qarşılıqlı fəaliyyətin həyata keçirilməsi; gömrük idarələri, gömrükxanalar, gömrük postları, gömrük laboratoriyaları, elmi-tədqiqat və tədris müəssisələri, hesablama mərkəzləri yaradılması və ləğv edilməsi və s.
“AR Mərkəzi Bankı Haqqında” AR-nın 10 dekabr 2004-cü il tarixli Qanununa əsasən MB xüsusi səlahiyyətli dövlət idarəçilik orqanı olmaqla pul-kredit və valyuta sahəsində dövlət siyasətini müəyyən edir, nagd pul dövriyyəsini təşkil edir, valyuta tənzimlənməsini həyata keçirir, bank fəaliyyətini lisenziyalaşdırır, bank fəaliyyətinə nəzarəti həyata keçirir və s.
Dostları ilə paylaş: |