Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


DÖVLƏT GƏLİRLƏRİNİN İQTİSADİ TƏBİƏTİ VƏ TƏSNİFATI



Yüklə 463,33 Kb.
səhifə33/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   125
Maliyyə 2018

4.3.DÖVLƏT GƏLİRLƏRİNİN İQTİSADİ TƏBİƏTİ VƏ TƏSNİFATI
Dövlətin maliyyə fəaliyyəti zamanı bir-birilə qarşılıqlı əlaqədə olan 2 prosses baş verir: maliyyə resurslarının formalaşması və toplanmış vəsaitlərin dövlətin müxtəlif tələbatlarının ödənilməsi üçün istifida olunması. Burada birinci prosses dövlət gəlirləri, ikincisi isə dövlət xərcləri adlanır.

Dövlət gəlirləri dövlət hakimiyyət orqanlarının müxtəlif səviyyəli büdcələrinə və büdcədənkənar fondlara keçirilən pul vəsaitlərini ifadə edir. Dövlət gəlirləri- vergi və vergi olmayan gəlirlər və əvəzsiz olaraq daxilomalar vasitəsilə əmələ gəlir.

Dövlət maliyyə resurslarının formalaşması mənbəyi ÜDM, xarici iqtisadi fəaliyyətdən daxil olmalar, milli sərvətin bir hissəsidir.( məs: torpağın, qeyri-maddi aktivlərin, müsadirə edilmiş və yaxud sahibsiz əmlakın satışından daxilomalar) Dövlət gəlirləri milli gəlirin bölgüsü və yenidənbölgüsü prossesi nəticəsində dövlətə daxil olan pul və yaxud maddi resurslardır.Dövlət bu vəsaitlərdən özünün müxtəlif daxili və xarici funksiyalarını həyata keçirmək məqsədi üçün istifadə edir.

Dövlət gəlirlərinin formalaşması sistemi həmişə dövlətin diqqət mərkəzində olmuşdur. Çünki dövlət gəlirləri hər bir ölkənin sosial-iqtisadi inkişafın başlıca şərti olmaqla, onun maddi-maliyyə əsasını təşkil edir. Hər bir ölkədə dövlət gəlirlərinin formalaşması, onun səfərbər edilməsinin özünəməxsus xüsusiyyətləri vardır.

Dövlət gəlirləri mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş gəlirlərə bölünür. Mərkəzləşdirilmiş gəlirlərə büdcə gəlirləri, büdcədənkənar dövlət fondlarının gəlirləri, xarici iqtisadi əlaqələrdən daxilolmalar aiddir.

Bir qayda olaraq büdcə və büdcədən kənar fondların gəlirlərindən ümumidövlət ehtiyacları, müəssisə və təşkilatların gəlirlərindən isə onların öz daxili ehtiyacları üçün istifadə edilir.

Mərkəzləşdirilmiş dövlət gəlirlərində əsas yeri büdcə gəlirləri təşkil edir. Bu vəsaitlər hesabına cəmiyyətin inkişafının iqtisadi və sosial məsələləri həll edilir. Bilirik ki, hər bir ölkənin iqtisadi və siyasi gücü onun dövlət büdcəsi ilə müəyyən edilir. Büdcə dövlətin və bələdiyyələrin əsas maliyyə təminatə olmaqla mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaranmasə və istifadəsini həyata keçirir. Büdcə vəsaitlərinin köməyi iləiqtisadi və sosial proseslərin, elmi-texniki tərəqqinin inkişafı, investisiya potensialının formalaşdırırlması və tənzimlənməsi həyata keçirilir. Dövlət gəlirlərinin tərkibi dövlətin onun üçün zəruri olan pul vəsaitlərinin səfərbərliyə alınması metodlarından asılıdır. Respublikamızda dövlət gəlirlərinin səfərbərliyə alınmasının üç əsas metodundan: vergilər, borclar və emissiya metodundan istifadə edilir. Dövlət büdcəsi gəlirlərində əsas yeri vergilər təşkil edir.Vergilər vasitəsilə mühüm sosial problemlər həll edilir.

Büdcədənkənar fondların formalaşması dövlət hakimiyyət orqanlarının müxtəlif mühüm sosial-iqtisadi tədbirlərin həyata keçirilməsi üçün xeyli həcmdə maliyyə resurslarına tələbatın yaranması ilə əlaqədardır. Bu fondların vəsaiti hesabına sosial ödənişlər təmin edilir, müxtəlif təbiəti mühafizə tədbirləri maliyyələşdirilir. Bu fondların vəsaitləri dövlət gəlirlərinin formalaşmasında mühüm mənbə hesab edilir. Büdcədənkənar fondlar dövlət hakimiyyət orqanlarının və yerli özünüidarəetmə orqanlarının maliyyə resurslarınınformalaşması və istifadəsi formasə kimi çıxış edir. Onların yaradılmasında əsas məqsəd mümkün olan vəsaitləri toplamaq və onları ölkənin sosail-iqtisadi məsələlərinin həllinə yönəltməkdən ibarətdir. Respublikamızda həcminə və əhəmiyyətinə görə ən iri büdcədənkənar fondlardan Dövlət Sosial Müdafiş Fondu və Dövlət Neft Fondunu göstərmək olar.

Dövlət gəlirlərinin səfərbərliyə alınmasının digər metodu pulun emissiyasıdır. Emissiya kimi kağız pul şəklində, həm də kredit emissiyası formasında ola bilər.Dövlət daim artan dövlət xərcləri kifayət etmədikdə emissiyadan istifadə edir.

Beləliklə dövlət gəlirləri dövlət maliyyəsinin funksional sistemini təşkil edir.Bu da özündə aşağıdakıları əks etdirir:

-dövlət büdcəsinin gəlirləri;

-büdcədənkənar fondların gəlirləri;

- dövlət tərəfindən cəlb edilmiş kreditlər və yerləşdirilmiş borclar.


Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin