|
Vergitutma subyektinə görə
|
səhifə | 46/125 | tarix | 31.12.2021 | ölçüsü | 463,33 Kb. | | #113361 | növü | Mühazirə |
| Maliyyə 2018Vergitutma subyektinə görə vergillər üç qrupa bölünür:
yalnız hüquqi şəxslərdən tutulan vergilər;
yalnız fiziki şəxslərdən tutulan vergilər;
həm hüquqi, həm də fiziki şəxslərdən tutulan vergilər.
Vergitutma obyektinə görə vergilər aşağıdakı kimi təsnifləşdirilə bilər:
mənfəətdən ödənilən vergilər (mənfəət vergisi), dividentlərdən ödənilən vergilər, digər müəssisələrdə pay iştirakından əldə edilən gəlirlərdən ödənilən vergilər;
məhsulların sartışından əldə edilən pul vəsaitlərindən ödənilən vergilər (ƏDV, aksizlər);
təbii resurslardan istifadəyə görə ödənişlər (torpağa görə icarə haqqı, suya görə ödəniş);
əməyin ödəniş fondundan tutulan vergilər (sosial sığortaya ödəmələr və ya sosial vergi);
istehsal məsrəflərinə aid edilən vergilər (torpaq vergisi, reklam xərcləri, əmlak vergisi);
maliyyə əməliyyatlarına görə ödənilən vergilər (qiymətli kağızlarla əməliyyatlara görə ödənilən vergilər).
Dostları ilə paylaş: |
|
|