Vergi ödənişlərinin daxil olduğu büdcə səviyəsinə görə vergilər aşağldakı kimi təsnifləşdirilir: dövlət, muxtar respublika və bələdiyyə.
İsifadə olunması qaydasından asılı olaraq vergilər ümumi və xüsusi olmaqla iki yerə bölünür: Ümumi vergilər təyinatsızdır və bir qayda olaraq ümumdövlət tədbirlərinə sərf edilir.
Xüsusi vergilər ciddi müəyyən edilmiş məqsədlər üçün istifadə edilir. Məsələn, hüquqi və fiziki şəxslərin dövlət sosial sığortası üzrə ödənişlər şəklində alınmış vəsaitlər (sosial vergi) işsizlərə və əmək qabiliyyəti olmayan şəxslərə pensiya və müavinətlərin verilməsi üçün istifadə olunur.