Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


BÜDCƏ PROFİSİTİ VƏ BÜDCƏ KƏSİRİ



Yüklə 463,33 Kb.
səhifə60/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   125
Maliyyə 2018

7.5.BÜDCƏ PROFİSİTİ VƏ BÜDCƏ KƏSİRİ
Büdcə prosesində dövlət və xərclərinini tarazlaşdırılması təmin ediməlidir. Bu tarazlığın pozolması büdcə defisiti (kəsiri) və büdcə profisiti (artıqlığı) yaradır.

    • Büdcə profisiti- büdcənin gəlirlərinin xərclərdən çox olmasıdır;

    • Büdcə defisiti – büdcə xərclərinin gəlirlərdən çoc olmasıdır.

Büdcə profisiti ilkin və sonrakı profisitdən ibarətdir. İlkin profisit dedikdə dövlət borclarına xidmət xərcləri nəzərə alınmadan gəlirlərin büdcə xərclərindən artıqlığı başa düşülür. Büdcənin ikinci profisiti dövlət borcuna xidmət xərclərin nəzərə alınmaqla büdcə gəlirlərinin xərclərdən artıqlığı başa düşülür. Büdcənin gəlir və xərcləri arasında tarazlığa nail olunmasında büdcə kəsiri və ya profisiti idarəetmə obyekti olur. Büdcə kəsirinin idarəedilməsi dedikdə onun mümkün həddinin və maliyyələşdirilməsinin optimal mənbəyinin müəyyən edilməsi başa düşülür.

Büdcənin isrası dedikdə xərclərin gəlirlər hesabına ödənilməsi nəzərdə tutulur.Qanunvericiliyə əsasən bütün səviyyəli büdcələrəvvəlcə profisitsiz tərtib və təsdiq edilməlidir. Əgər bu prosesdə gəlirlərin xərclərdən artıqlığı aşkar edilərsə, büdcə təsdiq olunanadək profisit aşağıdakı ardıcıllıqla ixtisar edilməlidir:



    • Dövlət və bələdiyyə mülkiyyətinin, dövlət ehtiyatlarının satışından gəlirlərin cəlb edilməsinin ixtisar edilməsi və ya azaldılması;

    • Büdcə vəsaitlərinin borc öhdəliklərinin əlavə ödənilməsi imkanlarına yenidən baxılması;

    • Büdcənin xərcləri, o cümlədən gəlirlərin bir hissəsinin digər səviyyəli büdcələrə verilməsi hesabına azaldılması.

Əgər bu tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilməzsə, vergə qanunvericiliyində müvafiq dəyəşiklik edilməklə vergi gəlirlərini azaltmaq lazımdır.

1995-2016-cı illər ərzində 1996, 2004, 2006 və 2011-ci illərdə büdcəədə profisit olmuşdur.

Büdcə kəsiri maliyyə hadisəsi olub, fövqəladə və istisna hal deyilir. Dünyada elə dövlət yoxdur ki, nə vaxtsa onun büdcəsində kəsir olmasın. Büdcənin gəlir və xərclərinin tarazlaşdırılması ən mühüm məsələlərdən biridir.

Büdcənin kəsiri planlaşdırılır. Onun planlaşdırılmış kəsiri növbəti büdcə ilinə dövlət büdcəsi ilə eyni zamanda təsdiq edilir. Büdcənin planlaşdırılmış kəsirinə müəəyən məhdudiyyətlər qoyulur, lakin büdcənin kassa icrası gedişində faktiki göstəricilər planlaşdırılmış göstəricilərdən kənarlaşa bilər.

Büdcə kəsiri-büdcə xərclərinin büdcə gəlirlərini üstələməsidir. Büdcə kəsirinin yol verilən həddi ümumi daxili məhsulun 2-3%-dən artıq olmamalıdır. Büdcə kəsirinin yaranma səbəblərinə baş verən fövqəladə və gözlənilməz hadisələr: təbii fəlakətlər, müharibə və s., iqtisadi böhran, ölkə iqtisadiyyatına iri həcmli dövlət investisiya qoyuluşları, əhalinin sürətli say artımı аiddir.

Büdcə kəsirinin azaldılması tədbirlərinə daha yüksək gəlir əldə etmək məqsədi ilə büdcə vəsaitlərinin investisiya istiqamətlərinin dəyişdirilməsini, maliyyə güzəştləri və sanksiyalardan daha çevik istifadə etməklə ictimai istehsalın stimullaşdırılmasını, dövlət büdcəsi hesabına maliyyələşdirilən sahələrin ixtisar edilməsini, hərbi xərclərin azaldılmasını, yalnız ən mühüm sosial proqramların maliyyələşdirilməsini, müəyyən hədd gözlənilməklə büdcə kəsirinin azaldılması məqsədilə xarici kapitalın cəlb edilməsini aid etmək olar.

Büdcə kəsiri daxili və xarici mənbələr hesabına maliyyələşdirilir. Daxili mənbələrə Milli Bankın vəsaitləri, dövlət qiymətli kağızları, dövlət büdcədənkənar fondlarından və digər səviyyəli büdcələrdən alınan büdcə ssudaları hesabına maliyyələşdirilmə və sair daxili mənbələr аiddir.

Xarici mənbələrə beynəlxalq maliyyə təşkilatlarının kreditləri, xarici ölkə hökümətlərinin kreditləri, xarici kommersiya bankları və firmalarının kreditləri, sair xarici maliyyələşdirmə аiddir.

Dünya təcrübəsində dövlət büdcəsinin kəsiri müxtəlif mənbələr hesabına maliyyələşdirilir. Daxili mənbələr aşağıdakılardır:

- kredit təşkilatlarından milli valyutada alınmış kreditlər;

- daxili bazarda milli valyutada yerləçdirilmiş dövlət istiqrazları;

- büdcələrin digər büdcə səviyyələrindən alınmış büdcə ssudaları;

- dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitlər.

Xarici mənbələrə aiddir:

- xarici dövlətlərin, bankların, firmaların, beynəlxalq iqtisadi təşkilatların xarici valyutada təqdim etdikləri kreditlər;

- xarici bazarda dövlət qiymətli kağızlarınınyerləşdirilməsi vasitəsilə həyata keçirilən xarici valyutada dövlət istiqrazları.

Dövlət eyni zamanda büdcə kəsirinin maliyyələşdirilməsinin digər üsullarına da, o cümlədən əlavə pul emissiyalarına və büdcə sferası qarşısında öhdəliklərinin yerinə yetirməyə səy göstərir.

Бцдъя кясиринин азалдылмасына йюнялдилян сийасят щяйата кечриляркян ашаьыдакы принсипляря ямял едилмялидир:

1.бцдъя кясриня йалняз мянфи щадися кими бахмаг дцзэцн дейилдир, она эюря ки, сосиал-игтисади инкишафын айры-айры мярщялясиндя о, юзцнц там доьрулда биляр;

2.Бцдъя кясиринин мцмкцн кямиййяти ЦДМ щяъминин 2-3%-ни тяшкил етмялидир;

3.Бцдъя кясиринин бцдъя хяръляри щесабына ихтисар едилмяси юлкянн сосиал-игтисади инкишафы цчцн даща мянфи нятиъяляря эятириб чыхара биляр;

4.бцдъя кясиринин малиййяляшдирилмяси цчцн истяр дахили вя истярся дя хариъи базарлардан боръланмадан истифадя едилмялидир;

5.емиссийайа бцдъя кясиринин малиййяляшдирилмясинин инфлйасийа мянбяйи кими бахылмалыдыр;

6.бцдъя кясиринин арадан галдырылмасы цчцн бцтювлцкдя игтисадиййаты саьламлашдырмаг лазымдыр.




Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin