Fransanın büdcə prosesi. Büdcə prosesi 4 mərhələdən ibarətdir və üç ildən çox davam edir. Fransada büdcə ilə təqvim ili ilə üst-üstə düşmür, 1 yanvarda başlayır və 31 dekabrda başa çatır. Fransada büdcə prosesi 1959-cu ildə qəbul olunmuş konstitusiya, çoxsaylı qanunlar və təlimatlarla tənzimlənir.
Birinci mərhələ-büdcə layihəsinin tərtibi-9 ay müddətində iqtisadiyyat vz Maliyyə Nazirliyinin nəzarəti altında yerinə yetirilir. Hər bir nazirlik öz smetasını tərtib edir, maliyyə nəzarətçisinin vizasından sonra dövlət büdcə layihəsinin hazırlanması üçün İMN-yə göndərilir.
İkinci mərhələ-büecənin baxılma və təsdiqi üç aya kimi davam edir. Fransa Konstitusiyasına görə büdcəyə baxmaq və təsdiq etmək hüququna parlament malikdir. Büdcə layihəsinə maliyyə komissiyalarında baxılır. Əvvəlcə büdcə layihəsi aşağı palatada müzakirə olunur və bəyənildikdən sonra o, baxılmaq üçün yuxarı palataya-senata göndərilir. Büdcə palataların birgə yığıncagında təsdiq edilir.
Büdcənin kassa icrası xəzinədarlıq sistemindən keçir. Xəzinədarlığın Fransa bankında cari hesabları vardır ki, hesablaşma-kassa büdcə əməliyyatlarını aparır.
Dördüncü mərhələ büdcənin icrası haqqında hesabatın İMN tərəfindən tərtibindən ibarətdir. Hesablama palatası tərəfindən yoxlanılan büdcə hesabatı təsdiq olunmaq üçün parlamentə təqdim edilir. Hesabatın təsdiqi ilə büdcə prosesi başa çatmış olur.
Dostları ilə paylaş: |