Yaponiyanın büdcə prosesi. Yaponiyada büdcə ili 1 apreldən 31 marta qədər davam edir və bütün büdcə növləri üçün vahiddir. Yaponiyada büdcə prosesinə 4 mərhələ daxildir. Birinci mərhələ büdcə layihəsinin hazırlanmasından ibarətdir. Yaponiya Konstitusiyasına görə büdcənin tərtib edilməsi və onu parlamentə baxılmağa çıxarılması Nazirlər Kabinetinin istisna hüququdur. Büdcə layihəsinin hazırlanması üzrə iş büdcə ilinə 7 ay qalmış başlanir.
Büdcə layihəsinin tərtib edilməsi bilavasitə Maliyyə Nazirliyi və onun departamentləri tərəfindən aparılır. Büdcə komissiyalarında büdcənin müzakirəsi üzrə iş yanvarın ortasından martın ortasına kimi aparılır. Büdcə layihəsi büdcə komissiyasında baxıldıqdan sonra, həmin gün plenar yığıncağa verilir. Parlament büdcəni qanun şəklində təsdiq edir.
Parlament büdcəni təsdiq etdikdən sonra onun icrası başlanır və icra Maliyyə Nazirliyinə həvalə edilir. Büdcənin kassa xidmətini Yaponiya Bankı və onun bölmələri yerinə yetirir. Büdcə vəsaitlərinin qəbulu, saxlanılması və verilməsi büdcədə yazılanlara tam uyğun aparılır, müvaviq uçot və hesabatın aparılması Yaponiya bankına həvalə edilmişdir.
Büdcənin icrası mərhələsində Yaponiya parlamentinə icra hakimiyyətinə nəzarət etmək üçün geniş səlahiyyətlər verilib. Üç ayda bir dəfədən az olmamaq şərti ilə hökumət büdcənin icrası haqqında parlamenti məlumarlandırmağa borcludur. Yaponiyada büdcənin icrasına nəzarət təftiş palatasına həvalə olunub- icra hakimiyyətindən asılı olmayan, dövlət maliyyə nəzarətinin ixtisaslaşdırılmış orqanıdır.
Dostları ilə paylaş: |