Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari



Yüklə 463,33 Kb.
səhifə75/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   ...   125
Maliyyə 2018

Məqsədli büdcə fondları. Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında”

2 iyun 2002-ci i tarixli Qanun ilə məqsədli və ehtiyat büdcə fondları yaradılır.Burada göstərilir ki, belə fondlar dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və yerli büdcələrin tərkib hissəsi kimi yaradıla bilər.Bu fondlar müstəqil maliyyə mənbələrinə malik ola bilərlər.

Məqsədli büdcə fondları üzrə daxilolmalar və xərclər büdcələrin gəlir və xərc hissəsində ayrıca göstərməklə, burada olan müvafiq maliyyə əməliyyatları xəzinədarlıq vasitəsilə həyata keçirilir. Məqsədli büdcə fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Məqsədli büdcə fondlarına Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” aiddir.

Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlir və xərcləri 194.0 mln. manat, Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun gəlir və xərcləri isə 8.9 mln. manat müəyyən edilmişdir.



Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin