Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


Sahibkarlığa Kömək Milli Fondu



Yüklə 463,33 Kb.
səhifə76/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   72   73   74   75   76   77   78   79   ...   125
Maliyyə 2018

Sahibkarlığa Kömək Milli Fondu. Sahibkarlığın inkişafına dövlət dəstəyini həyata keçirən maliyyə qurumlarından biri də Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondudur.Fondun vəsaitləri hesabına verilən güzəştli kreditlər Azərbaycan Respublikasının fərman və sərəncamlarında, dövlət proqramlarında müəyyən edilmiş, ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun olaraq qeyri-neft sektorunun və regionların tarazlı inkişafı, sahibkarlığın dəstəklənməsi, yoxsulluğun azadılması, məşğulluğun təmin edilməsi ilə bilavasitə əlaqəli olan sahələrdə dinamik iqtisadi inkişafın təmin edilməsinə yönəldilir.
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi və vəsaitinin daha da səmərəli yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 oktyabr 2009-cu il tarixli 162 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında” Əsasnamə və “Azərbaycan Respublikası Sahibkarlığa kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları” təsdiq edilmişdir.

Fond dövlət təsisatıdır, hüquqi şəxsdir.Sərəncamında dövlət əmlakı vardır, müstəqil balansa, bank təşkilatlarında hesablaşma və digər hesablara malikdir.


Fondun məqsədi Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması sahəsində tədbirlərdə iştirak etmək, onlara maliyyə dəstəyi verməkdən ibarətdir.

Fondun əsas vəzifələri aşağıdakılardır:

- Azərbaycan Respublikasında sahibkarlığın inkişafına maliyyə təminatı yaratmaq üçün tədbirlər görmək;

- sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına kömək məqsədilə maliyyə resusrlarının cəlb olunması və səmərəli isitifadəsi əsasında dövlətin iiqtisadi siyasətinin həyata keçirilməsinə kömək etmək;

- sahibkarlığın inkişafına yönəlmiş proqramları maliyyələşdirmək;

- iqtisadiyyatın öncül inkişaf istiqamətləri ilə bağlı investisiya layihələrinin və proqramlarının həyata keçirilməsinə maliyyə köməyi göstərmək;

- sahibkarlığın, sağlam rəqamətin və əmtəə bazarının inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların, investiyası layihələrin işlənib, hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

- qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.

Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır:

- Azərbaycan Respublikasının dövlət büdcəsinin təxsisatları;

- dövlət əmlakın özəlləşdirilməsindən daxil olan vəsait;

- fondun fəaliyyətindən əldə olunan daxilolmalar;

- fondun əldə etdiyi qiymətli kağızlardan daxil olan dividentlər;

- yerli və xarici hüquqi və fiziki şəxslər tərəfindən könüllü verilən ianələr;

- xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən verilən yardımlar, qrantlar və kreditlər;
- qanunvericiliklə qadağan olunmayan digər mənbələr;



Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin