Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


Mövzu 11. MÜƏSSİSƏLƏRİN MALİYYƏSİ



Yüklə 463,33 Kb.
səhifə84/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   80   81   82   83   84   85   86   87   ...   125
Maliyyə 2018

Mövzu 11. MÜƏSSİSƏLƏRİN MALİYYƏSİ
P L A N
11.1.MÜƏSSISƏLƏRIN MALIYYƏSININ MAHIYYƏTI, FUNKSIYALARI VƏ TƏŞKILI PRINSIPLƏRI

11.2.KOMMERSIYA TƏŞKILATLARININ MALIYYƏ RESURSLARININ YARANMA MƏNBƏLƏRI

11.3.KOMMERSIYA TƏŞKILATLARININ GƏLIRLƏRI, XƏRCLƏRI VƏ MƏNFƏƏTI

11.4.QEYRI-KOMMERSIYA TƏŞKILATLARINDA MALIYYƏ MÜNASIBƏTLƏRI

11.5.EV TƏSƏRRÜFАTLARININ VƏ FƏRDI SAHIBKARLARIN MALIYYƏSI


11.1.MÜƏSSISƏLƏRIN MALIYYƏSININ MAHIYYƏTI,

FUNKSIYALARI VƏ TƏŞKILI PRINSIPLƏRI
Müəssisə və təşkilatlarının maliyyəsi ölkənin maliyyə sisteminin əsas hissəsini təşkil etməklə, həmin sahələrdə ümumi daxili məhsulun yaranması, bölgüsü və istifadəsi proseslərinin dəyər formasındakı ifadəsini əks etdirir. Ictimai istehsalın bu mühüm sahələrində maddi nemətlərinin başlıca hissəsinin yaranması və bölgüsü baş verdiyindən, ölkənin maliyyə ehtiyatlarının əsas hissəsi də burada formlaşır.

Müəssisə və kommersiya təşkilatlarının maliyyəsi onların istehsal fondlarının əmələ gəlməsi, məhsulun istehsalı və reallaşdırılması, maliyyə ehtiyatlarının əmələ gəlməsi, kənar maliyyələşdirmə mənbələrinin cəlb olunması, bölüşdürülməsi və istifadəsi prosesində meydana gələn iqtisadi münasibətlərdən ibarətdir.

Bu iqtisadi münasibətləri çox vaxt pul, yaxud maliyyə münasibətləri adlandırırlar. Maliyyə münasibətləri isə pul münasibətlərinin bir hissəsi olub, yalniz pul vəsaitlərinin hərəkəti zamanı meydana çıxır, mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondlarının əmələ gəlməsi və istifadəsi ilə müşayət olunur.

Müəssisə və təşkilatların maliyyəsinə də ümumi dövlət maliyyəsi üçün xarakterik olan funksiyalar xasdır. Bu funksiyaların hər üçü bir-biri ilə ayrılmaz surətdə əlaqədardır.

Bölgü funksiyası vasitəsilə təsisçilərin qoyduqları paylar hesabına əmələ gələn ilkin kapital formalaşır, gəlirlərin və maliyyə ehtiyatlarının bölüşdürülməsindəki əsas proporsiyalar yaranır, ayrı-ayrı əmtəə istehsalçıları, təsərrüfat subyektləri və dövlət mənafei bir-biri ilə optimal surətdə əlaqələndirilir.

Nəzarət funksiyasının obyektiv əsası-əmtəələrin istehsalına və reallaşmasına (işlərin görülməsinə və xidmətlər göstərilməsinə) çəkilən xərclərin uçotundan, gəlirlərin və pul fondlarının formalaşması və bölgüsü zamanı zəruri qaydalarla əməl edilməsinə nəzarət edilməsindən ibarətdir. Bu funksiya təklikdə yox, bölgü funksiyası ilə birlikdə həyata keçirilir. Bölgü funksiyası kimi maliyyə nəzarəti funksiyası da təkrar istehsal prosesinin maliyyələşdirilməsini müxtəlif mənbələr hesabına tə’min edir, bununla da təkrar istehsalın bütün fazalarının (istehsal, bölgü, mübadilə və istehlakı) bir vəhdət şəklində birləşməsinə şərait yaradır. Lakin istehsal prosesində yaranmış və məhsulun reallaşdırılması nəticəsində əldə edilmiş gəlirdən artıq bölüşdürmək, yaxud istifadə etmək olmaz. Ona görə də təsərrüfatçı subyektin öz təsərrüfatını inkişaf etdirmək imkanları məhz bu gəlirin kəmmiyəti ilə müəyyən olunur. Yeni yaradılmış dəyərin bölüşdürülməsinə hərtərəfli iqtisadi maraq olduğundan, təsərrüfat subyektinin fəaliyyətinə maliyyə nəzarəti aşağıdakı istiqamətlərdə həyata keçirilir:

- bilavasitə təsərrüfat subyektinin maliyyə göstəricilərini təhlil edərkən, əmtəə-material dəyərlərinin sahibkarları, məhsul istehlakçıları, dövlət, bank və başqa kontragentlər qarşısındakı təəhhüdlərin yerinə yetirilməsinə operativ nəzarət; vergi orqanları tərəfindən vergilərin və başqa tə’diyələrin tam və vaxtında ödənilməsinə nəzarət; Respublika Maliyyə Nazirliyinin Nəzarət-təftiş idarəsi tərəfindən büdcə vəsaitlərinin istifadə edən müəssisələrin və təşkilatlarının fəaliyyətinin yoxlanılması; kommersiya bankları kredit verərkən və ödəyərkən, digər bank xidmətləri göstərilərkən; müstəqil auditor şirkətləri tərəfindən auditor yoxlamaları həyata keçirilərkən.

Müəssisə və təşkilatların təsərrüfat fəaliyyətinin mənfəətlə və ya zərərlə nəticələnməsi onların işinin təşkilində nə dərəcədə müsbət meyllər və çatışmamazlıqlar olduğunu göstərir. Onlarda maliyyə münasibətləri bir sira prinsiplər əsasında qurulur: təsərröfat müstəqilliyi, özünümaliyyələşdirmə, maddi maraq, maddi məsuliyyət və maliyyə ehtiyatları ilə təmin olunmaq zərurəti.

1.Təsərrüfat müstəqilliyi prinsipi başqa sahələrdə olduğu kimi malliyə sahəsində də müəyyən təsərrüfat subyektinin hansı mülkiyyət formasında olmasına baxmayaraq, bütün hallarda öz məsrəflərini, maliyyələşdirmə mənbələrini, pul vəsaitlərinin sərfəli qoyuluşu istiqamətlərini öz məsrəfini öz təşəbbüsü ilə müəyyənləşdirməsi deməkdir. Bazar münasibətlərinə kеçid müəssisə və təşkilatların maliyyə müstəqilliyini daha da genişləndirir.

Indi respublikamizda müəssisə və təşkilatlar əlavə mənfəət əldə etmək məqsədilə qısa və uzun müddətli investisiya həyata keçirə bilmək üçün digər təsərrüfat subyektinin qiymətli kağızlarını almaq, onların nizamnamə kapitalının formalaşmasında iştirak etmək, pul vəsaitlərini kommersiya banklarının depozit hesabına saxlamaq və s. kimi tədbirlərə əl atmaq imkanı əldə etmişlər.

Lakin müəssisə və təşkilatların müstəqilliyindən danışarkən, bu anlayışı mütləqləşdirmək, onların fəaliyyətinin müəyyən nəzarətin həyata keçirilməsinin zəruriliyini unutmaq səhv olardı. Məsələn, müxtəlif mülkiyyət formalarında olan müəssisə və təşkilatlar mövcud qanunlarа əsasən müəyyən vergi verməli, büdcədənkənar fondların yaradılmasında iştirak etməlidirlər.

2.Özünümaliyyələşdirmə prinsipinin reallaşdırılması sahibkarlıq fəaliyyətininin əsas şərtlərindən biri olmaqla, təsərrüfat subyektinin rəqabət qabiliyyətli olmasını təmin edir. Bu prinsip müəssisə və təşkilatların istehsal etdikləri və reallaşdırdıqları məhsul və xidmətlərin bütün xərclərinin öz vəsaiti hesabına ödənilməsini, investisiya üçün xüsusi pul vəsaitlərindən, lazım gəldikdə isə bank və kommersiya kreditlərindən istifadə edilməsini nəzərdə tutur.

Təsərrüfat fəaliyyəti nəticəsində mənfəət əldə edə bilməyən, lakin istehlakçılar üçün lazımi məhsul buraxan və xidmət göstərən bir sıra xalq təsərrüfatı sahələrindəki müəssisələr (məs. şəhər sərnişin nəqliyyatı, mənzil-kommunal təsərrüfati, bəzi müəssisələr) müəyyən şərtlər əsasında büdcədən maliyyələşdirilir.

3.Maddi maraq prinsipi – sahibkarlıq fəaliyyətinin əsası olub təsərrüfat subyektinin müəyyən mənfəətlə işləməsini nəzərdə tutur. Bu şərt ödənilmədikdə, işgüzarlıq fəaliyyəti öz mə’nasını itirmiş olur. Həmin prinsip istər müəssisə və təşkilatlar üçün bütövlükdə, istərsə də onların ayrı-ayrı işçiləri üçün vacib şərtdir. Onun reallaşması layiqli əmək haqqı alınması, dövlətin optimal vergi siyasəti yürütməsini, xalis gəlirin iqtisadi cəhətdən əsaslandırılmış nisbətdə istehlak ilə yığım arasında bölüşdürülməsini tələb edir.

4.Maddi məsuliyyət prinsipi – özünü maliyyə - təsərrüfat fəaliyyətinin müsbət nəticələnməsi üçün bütün işçilərin müəyyən məsuliyyət sisteminə tabe olması zərurəti şəklində təzahür edir. Bu prinsipin xüsusiyyəti ondan ibarətdir ki, onun reallaşmasının maliyyə metodları müxtəlif təsərrüfat subyektləri (müəssisə rəhbərləri və ayrı-ayrı işçilər) üçün bir-birindən fərqlənir. Məs: təsərrüfat subyektləri tərəfindən müqavilə şərtlərinin (vaxta, məhsulun keyfiyyətinə görə və s.) pozulması, qisamüddətli və uzunmüddətli ssuda borclarının vaxtında qaytarılmaması, veksellərin mövcud şərtlərə uyğun qaydada ödənilməməsi, vergi qanunvericiliyinin pozulması və s. görə peniyalar, cərimə ödəməyə məcbur edilməsi, səmərəsiz fəaliyyət göstərən təsərrüfat subyektlərinə qarşı müflisləşmə qaydasının tətbiqi və s. şəklində tənbeh tətbiqinə səbəb olur. Müəssisələrin və təşkilatların rəhbərləri üçün maddi mə`suliyyət prinsipinin pozulması cərimələr sisteminin tətbiq edilməsinə, ayrı-ayrı işçilərin həmin mə`suliyyəti pozması isə onların yol verdikləri pozuntulara müvafiq şəkildə cərimə olunmasına, mükafatdan məhrum edilməsinə, yaxud zay məhsul istehsal etdikdə işdən azad olunmasına səbəb ola bilər.

5.Maliyyə ehtiyatları ilə təmin olunmaq prinsipisahibkarlıq fəaliyyətini bazar iqtisadiyyatı şəraitində çox zaman müşaiət edən risklə əlaqədar olaraq müəyyən maliyyə ehtiyatlarının və başqa oxşar fondların yaradılması zərurətini göstərir. Daim rəqabət, uduzmaq təhlükəsi şəraitindən ibarət olan bazar münasibətləri sahibkarın öz işlərini öz təşəbbüs qabiliyyəti və riski əsasında görməsini nəzərdə tutur. Məs: iqtisadi mübarizə şəraitində təsərrüfat subyektinin müəyyən maliyyə ehtiyatının olub-olmaması onun iqtisadi taleyi üçün həlledici rol oynaya bilər.





Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin