Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


EV TƏSƏRRÜFАTLARININ VƏ FƏRDI SAHIBKARLARIN MALIYYƏSI



Yüklə 463,33 Kb.
səhifə88/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   84   85   86   87   88   89   90   91   ...   125
Maliyyə 2018

11.5. EV TƏSƏRRÜFАTLARININ VƏ FƏRDI SAHIBKARLARIN MALIYYƏSI
Ev təsərrüfatı maliyyə münasibətlərinin tərkib hissələrindən biridir. Ev təsərrüfatı dedikdə bir və ya bir-neçə birgə yaşayan şəxslər qrupu tərəfindən aparılan və ümumi büdcəyə malik olan təsərrüfat başa düşülür.Ev təsərrüfatının maliyyəsi fərdi əmək fəaliyyətinin nəticəsində yaradılan pul vəsaitlərinin formalaşması və istifadəsi ilə əlaqədar yaranan münasibətlərinin məcmusudur.

Ev təsərrüfatının maliyyəsi iki əsas funksiyanı yerinə yetirir. Birinci insanların maddi və sosial-mədəni nemətlər və xidmətlərlə təmin edilməsi, ikinci bölgü funksiyasıdır. Bu funksiyada ÜDM-in dəyəri və yaradılmlış milli gəlir insanlar ilə dövlət, insanlar və müəssisələr arasında, ailə daxilində fərdlər arasında bölüşdürülür. Ölkəmizdə 4183 mln nəfər üzvi olan 855 min ev təsərrüfatı fəaliyyət göstərir. Ev təsərrüfatının kənd yerlərində rolu daha böyükdür. İstehsal və iqtisadi fəaliyyətin həyata keçirilməsi ilə bağlı ev təsərrüfatı 2 qrup funksiya yerinə yetirir.



  1. Ev təsərrüfatının istehsal funksiyası.

1) Şəxsi yardımçı təsərrüfatın aparılmasında bütün torpaq sahələri kənd təsərrüfatı məhsulları istehsal etmək üçün istehsal edilir. Bu məhsullar həm daxili istehlak üçün, həm də xarici satış üçün istifadə edilə bilər. Müasir şəraitdə şəxsi yardımçı təsərrüfatlar əhalinin gəlirlərinin və ərazilərin maliyyəsinin mühim bazasıdır. Şəxsi yardımçı təsərrüfatda becərilən kənd təsərrüfatı məhsulları nəinki yerli əhalini meyvə və tərəvəzlə təchiz edir, onları digər rayonlara ixrac edirlər. Bu proses maliyyə resursları aşağı olan kənd təsərrüfatı regionlarının xarici daxilolmalarının əhəmiyyətli maliyyə mənbəyinə çevrilmişdir.

2) Fərdi və sahibkar fəaliyyəti – ev şəraitində əhali üçün gündəlik tələbat mallarının istehsalını nəzərdə tutur. Fərdi əmək fəaliyyətində aşağıdakı işlər yerinə yetirilir: Paltar tikilməsi, ayaqqabı hazırlanması; Mənzillərin təmiri zamanı istifadə edilən alətlər və materialların hazırlanması, satışı; ərzaq məhsullarının tədarükü; yerli daimi və mövsimi istehsal; ailə müəssisələrinin təşkili və saxlanması(mağaza, kafe, emalatxana və s.)



  • Fərdi ailə ticarətinə aşağıdakı fəaliyyət növləri daxildir: əmtələrin əlverişli qiymətə satılması; toplanmış lazımsız xırda əmlakların satılması; xarici mallar ilə ticarət.

  1. İqtisadi qeyri-istehsal funksiyası.

Bunlara mənzil sahələrinin, bağların, torpağın, avtomobillərin, qaraj və anbarların icarəyə verilməsi, qiymətli kağızların alınması və istifadə edilməsi aiddir. Ev təsərrüfatının gəlirlərinə aşağıdakılar aiddir.

  1. Pul gəlirləri

  2. Daxil olmuş ərzaq məhsullarının dəyəri

  3. Dövlət və sahibkarların təqdim etdikləri dotasiya, güzəşlər və hədiyyələr. Pul gəlirlərina aiddir: sahibkarlıq fəaliyyətindən gəlirlər, əməyin ödənilməsi, sosial ödənişlər, mülkiyyətdən gəlirlər.


Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin