12.5.AZƏRBAYCAN RESPUBLİKASINDA SIĞORTANIN TƏŞKİLİ XÜSUSİYYƏTLƏRİ
Ölkəmizdə sığorta münasibətləri üç əsas mərhələni əhatə edir. 1917-ci il Oktyabr inqilabından əvvəlki dövr, inqilabdan sonrakı dövr (1917-1990) və 1990-cı ildən başlayan dövr.
Rеspublikаmızdа sığоrtа işi kаpitаlist istеhsаl münаsibətlərinin inkişаfı, nеft sənаyеsinin mеydаnа gəlməsi və sаhibkаrlığın fəаllаşmаsı ilə sıх əlаqədаrdır. ХIХ əsrin ахırlаrındа ölkəmizin nеft sənаyеsinə хаrici invеstоrlаr cəlb еdilməsi nəticəsində sığоrtа işinin inkişаfındа tərəqqi bаşlаnır, ilk nеft və gəmiçilik şirkətləri mеydаnа gəlir. Sənаyеçilərin qаrşılıqlı sığоrtаsı, yаnğındаn sığоrtа və vətəndаşlаrın şəхsi əmlаkının sığоrtаsı gеniş yаyılır.
Sığorta işi Bakıda inqilabdan əvvəl inkişaf etmiş sahələrdən biri idi. 1910-cu ildə Bakı şəhərində 18 sığorta cəmiyyəti fəaliyyət göstərirdi. Rusiyanın şirkətləri də ölkəmizdə sığorta fəaliyyəti ilə məşğul olurdular. Belə ki, 1912-ci ildə Bakıda 30 sığorta cəmiyyəti fəaliyyət göstərmişdir. Bu dövrdə ingilis, alman şirkətlərinin filialları, bir sıra Rusiya sığorta təşkilatlari fəaliyyətə başlamışdır.
İnqilabdan sonrakı dövrə gəldikdə keçmiş SSRİ-də sığortanın təşkilatı əsasları 1925-ci ildə müəyyənləşdirilmişdir. SSRİ-nin MİK və XKS-nin 18 oktyabr 1925-ci il tarixli qərarına əsasən sığorta dövlət inhisarına alınmışdır. Sığorta əməliyyatlarına Dövlət Sığortası Baş İdarəsi vasitəsilə nəzarət edilirdi.
Kooperativ sığortası istehlak kooperasiyası vasitəsilə hşyata keçirilirdi. 1931-ci ildə onun sığorta əməliyyatı aparmağı dayandırıldı. Bu dövrdən bütün sığorta əməliyyatları Dövlət Sığortasında cəmlənmiş oldu. 80-ci illərin axırlarınadək sığorta üzrə əməliyyatları iki dövlət sığorta təşkilatı: SSRİ-nin Dövlət sığorta Təşkilatı və xarici sığortaçılarla əməliyyatlar üzrə Dövlət Sığorta Təşkilatı həyata keçirirdi. 1988-ci ildə SSRİ-də “Kooperasiya haqqında”Qanun qəbul edildi. Bu qanuna əsasən kooperativlərə sığorta təşkilatları yaratmağa, sığortalama qaydası, onların növləri və şərtlərini müəyyən etməyə icazə verildi. Bununla da kommersiya sığorta təşkilatları və səhmdar cəmiyyətləri yaradılmağa başladı.
1991-ci ilin axırlarınadək respublikamızda sığorta işi iki sığorta təşkilatının -Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin və SSRİ-nin Xarici Dövlət Sığorta Təşkilatının Bakı şəhərindəki şöbəsinin inhisarı altında idi. 1991-ci ildə AR nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti yaradıldı. Bu təşkilatın vəzifəsi sığorta bazarınını inkişafının tənzimlənməsi, sığortaçıların, sığortalıların və dövlət mənafeyinin müdafiəsi, metodiki rəhbərliyin həyata keçirilməsi, müvafiq normativ-hüquqi sənədlərin hazırlanması və s. olmuşdur.
Azərbaycanda milli sığorta bazarı 1992-ci ilin əvvəlindən fоrmаlаşmаğа bаşlаmışdır. Аzərbаycаn Rеspublikаsının Milli Məclisi Аzərbаycаnın tаriхində ilk dəfə оlаrаq 1993-cü ildə «Sığоrtа hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnunu qəbul еtdi. Bu qаnunun tələblərinin icrа еdilməsi üçün sığоrtа işinin inkişаfınа təkаn vеrən müхtəlif nоrmаtiv-hüquqi sənədlər hаzırlаnmışdır ki, bu dа sığоrtа хidmətləri həcminin аrtırılmаsınа, sığоrtа təşkilаtlаrının mаliyyə sаbitliyinin möhkəmləndirilməsinə təkаn vеrmişdir.
Bundan əlavə 1993-cü ildə Azərbaycan Respublikası Sığorta Cəmiyyətləri İttifaqı yaradıldı. Sığortaçılar İttifaqı Dövlət Sığorta Nəzarəti ilə birlikdə sığorta qanunvericiliyini tənzimləyən hüquqi sənədlərin hazırlanmasında müvafiq işlər görmüşdür.
Hazırda sığorta bazarı inkişaf mərhələsindədir. Sığorta şirkətləri 40-dan çox icbari və könüllü sığorta növlərini tətbiq edirlər. lakin inkişaf etmiş ölkələrdə 300-dən çox müxtəlif növ sığorta xidməti göstərilir. Belə ki, 1999-cu il 1 yanvar tarixinə 62 sığorta təşkilatı, o cümlədən 53 milli, 9 birgə sığortaçı fəaliyyət göstərirdi. Onların bir hissəsi müflisləşmiş və öz fəaliyyətlərini dayandırmışlar. 01.01.2017-ci il vəziyyətinə ölkəmizdə qeydiyyatdan keçmiş 25 sığorta təşkilatı fəaliyyət göstərmişdir.
Azərbaycanda sığorta əməliyyatları aparmağa lisenziya alan ən böyük sığorta təşkilatı “Azərsığortadır.” Onun bütün respublikada filialları vardır.
Dostları ilə paylaş: |