Akmeologiya proqresiv inkişaf edən yetkin şəxsiyyətin fərdi, şəxsi və əməkdə nailiyyətlərinin qanunauyğunluqlarını öyrənir. Tarixi şəxsiyyətlərin həyat və fəaliyyəti, onların akmeoloji portretinin və akmeoqramımın formalaşması üçün mühüm tarixi mənbələr kimi çıxıış edir. Qədimi yunanca, “akmada olmaq” ən yüksək pillədə olmaq anlamına gəlir. Qədim yunan mütəfəkkirləri, filosofları tanınmış, parlaq şəxsiyyətlər haqqında yazıları bunların yüksək inkişafının təsvirinə rast gəlirik. Plutarxın tarixə aid əsərlərində 50 roma və yunan görkəmli tarixi şəxsiyyətlərin tərcümeyi halları təsvir olunmuşdur. Buna oxşar yazılara Tranvillin “12 sezarların həyatı” – da görkəmli tarixi şəxsiyyətlərin həyat fəaliyyətinin təsvirini vermişdir. Bndan başqa, N.M. Karamzinin “Rusiya dövlətinin tarixi” əsərində, tarixi rus şəxsiyyəttlərinin və dövlət xadimlərinin fərdi-psixoloji xarakteristikaları əks olunmuşdur. Akm - ya anlayışı ilk dəfə, 1928 ci ildə yaş psixologiyasının xüsusi şöbəsi olan yetkinliyin psixologiyası kimi, N.A. Rıbnikov tərəfindən təklif olunmuşdur ( işlədilmişdir ). Yetkinliyin şəxsiyyət aspekti davranışın əxlaqi normativ kontekstində aşağıdakı kimi baxılır:
Bunlar davranışın və münasibətlərin əsas tənzimləyiciləri kimi çıxış edirlər;
Bunlar insanın proqresiv inkişafına və təkcə şəxsi nəticələrin deyil, həmçinin sosial-pozitiv nəticələrin əldə olunmasına kökləyir.
Akm – nın metodoloji məsələlərinə həsr olunmuş qiymətli əsərlər AA. Bodalev tərəfindən yazılmışdır. Bodalyev A.A. insanın akmeoloji inkişafını səciyələndirərkən qeyd edir: “ . . . . əgər müəyən həyat yolu, yəni yetkinləşmə yolu keçdikdən sonra, peşəsinə yiyələnirsə və əməyinin nəticəsinə görə peşəkarlıqla məsuliyyətlə işləyir və əldə etdiyi nailiyyətlərlə kifayətlənməyərək öz sahəsinin ustası ( peşəkarı ) səviyyəsinə nail olmaq üçün müntəzəm çalışırsa və bu kimi keyfiyyətlərə nail olması, onu öz peşə fəaliyyətinin subyekti kimi səciyyələndirir.
Görkəmli rus psixoloqu Ananyev B.Q. akmeologiyanın gələcək inkişaf perspektivlərini görərək, qeyd edir ki, insanşünaslıq elmlərində, o cümlədən psixologiyada insan inkişafının erkən və daha gec mərhələsi əhatə olunarkən, insanın inkişafında daha maraqlı, həlledici və insanın yaradıcı, məhsuldar fəaliyyətlə məşğul olduğu dövrü lazımı diqqət yetirlmədiyini və öyrənilmədiyini qeyd etmişdir.