Mühazirə mətnləri Mövzular


– cü mövzu. Yetkin şəxsiyyətin inkişafının akmeologiyası



Yüklə 128,19 Kb.
səhifə13/29
tarix14.01.2023
ölçüsü128,19 Kb.
#122231
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   29
akm-müh 2020-21

4 – cü mövzu. Yetkin şəxsiyyətin inkişafının akmeologiyası
Baxılan suallar:


- İnsanın davamlı inkişafının psixoloji-akmeoloji əsasları ( problemləri);

  • Şəxsiyyətin peşəkarlığının formalaşmasının səmərəli yolları; - Müasir təhsildə gənclərin şəxsiyyətinin formalaşmasının psixoloji-akmeoloji əsasları; - Şəxsiyyət, insan, fərd və fərdiyyət anlayışları akmeoloji yanaşma kontekstində; - Yetkin şəxsiyyətin inkişafının akmeoloji məsələləri; - Rəhbər kadrların, menecerlərin, dövlət qulluqçularının akmeoloji-psixoloji yetkinliyi; - Akm-ji metodlar və onların xüsusiyyətləri; - Şəxsiyyətin inkişafı timsalında akmeoloji və psixoloji yanaşmaların müqayisəli təhlili; - Şəxsiyyət haqqında psixoloji konsepsiyalar;

  • Şəxsiyyət yanaşması psixoloji tədqiqatların metodoloji prinsipi kimi; - Insanın inkişafına akm. yanaşma; - Aksentuasiya hadisəsinin akmeologiyada rolu və izahı;

  • Aksentuasiyalı şəxsiyyətlər və onların tipləri;

Psixoloji tədqiqatlarda əsasən şəxsiyyətin təsnifatı, konsepsiyası, xarakterinin, qabiliyyətlərinin, meyllərinin ( yönəlişinin) xüsusiyyətləri və s. məsələlər tədqiq olunur. Şəxsiyyətin inkişafı məsələsində psixologiya və akmeologiya daha yaxın münasibətdə olur və ümumi cəhətləri ilə səciyələnirlər. Məhz şəxsiyyət probleminə münasibətdə akmeologiyanın və psixologiyanın mahiyyətini, oxşar və fərqli cəhətlərini müəyyən etmək mümkün olur.
İlk növbədə, bu şəxsiyyətin inkişafının yaş xüsusiyyətləri ilə əlaqəsində özünü göstərir: belə ki, psixologiyada, həmçinin pedaqogikada tədqiqat obyekti kimi, şəxsiyyətin inkişafı daha çox uşaq və yeniyetmə dövrlərinin araşdırılması ilə əlaqədar olur.
Psixologiya elminin daha çox tədqiq olunan problemi kimi, şəxsiyyət problemi, onun formalaşması və inkişafına həsr olunmuş tədqiqatlar, şəxsiyyət psixologiyasının daha çox inkişaf etmiş sahəsinə çevrildiyi halda, bu nəzəriyyələrdə akmeoloji məsələlər tədqiq olunmamış qalmışdır.
Xüsusi qeyd etmək lazımdır ki, akmeoloji tədqiqatlar başqa elmlərdən fərqli olaraq, ancaq yetkin şəxsiyyətin proqresiv inkişafı ilə bağlı olan və bu inkişafın nəticəsində şəxsiyyətiin öz inkişafının zirvəsinə çatması ilə bağlı məsələləri öyrənir. Belə ki, baxmayaraq akmeologiyada, şəxsiyyətin inkişafını və onun ikişafının zirvəsinə çatması məsələsi psixoloji baxımdan mübahisə doğuran məsələdir. Belə ki, mütləq mənda şəxsiyyət öz inkişafının zirvəsinə çata bilməz, ancaq bu zirvəyə can ata bilər və buna bu və ya digər dərəcədə nail ola bilər.
Beləliklə şəxsiyyətin inkişafını və onun özünün mütləqləşdirilməsi qeyri elmi yanaşmadır və insan mahiyyətinə uyğun gəlmir. Beləliklə psixologiya elminin tərkibində və onun ənənələri, metodologiyası, metodları, prinsipləri əsasında formalaşmış akm-ya müstəqil elm kimi, ancaq ona xas olan atributların təsdiq olunması və əsaslandırılması müqayisəli təhlillər nəticəsində akmeoalogiyanın müstəqil elm kimi insanşünaslıq elmləri sitemində tutduğu özünəməxsus yerini sübut və təsdiq etmişdir.
Psixoloji tədqiqatlarda şəxiyyətə əsasən iki yanaşma istiqaməti formalaşmışdır: bir halda şəxsiyyətə təbii, bioloji varlıq kimi, yəni fərd kimi baxılır; digər alternativ yanaşmaya görə insan sosial varlıq kimi, onun inkişafı cəmiyyətin təhsil və tərbiyə sistemi, sosial institutlarının, sosial-mədəni mühitin, ailə tərbiyəsinin və s. təsiri ilə izah olunur.

Yüklə 128,19 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin