Mühazirə mətnləri Mövzular


Yüksək “şizoid”liyə malik olanlar, novatorluğa, innovasiyalara meylli olurlar



Yüklə 128,19 Kb.
səhifə16/29
tarix14.01.2023
ölçüsü128,19 Kb.
#122231
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   29
akm-müh 2020-21

Yüksək “şizoid”liyə malik olanlar, novatorluğa, innovasiyalara meylli olurlar.

Şizoid tip - bu tip psixo-patların başlıca cəhəti autistik təfəkkürə malik olmalarıdır. Təkliyi sevirlər, qeyri-adi məşğuliyyətlərə daha çox maraq göstərirlər.
Paranoid (paranoyal) tip - öz şəxsi keyfiyyətlərini, bilik və bacarıqlarını həmişə nümayiş etdirməyə səy göstərirlər. Başqalarının fikirlərini daima inkar edirlər. Onlar üçün yalnız özlərinin fikirləri mövcuddur.
Akmeoloji inkişafın məqsədi, şəxiyyətin öz peşəsində öz yerini tapması və peşə vəzifələrinin uğurla həyata keçirməsidir. Ak-ji təqiqatlar göstərir ki, yaradıcı fəaliyyətində uğur qazanmış şəxsiyyətlər fəaliyyət formalarından asılı olmayaraq, əsasən, bir qayda olaraq aksentuasiyalı şəxsiyyətlər olurlar. Adətən belə insanlar parlaq fərdiyyəti, qeyri adilikləri ilə fərqlənir və heç kimə bənzəmirlər. Akm - ji nöqteyi nəzərdən, istedadın olması yaradıcı fəaliyyətdə uğur qazanmağın ancaq zəruri şərti, şəraiti kimi çıxış edir. Bu xüsusi keyfiyyət, şəxsiyyətin nəzarət altında olan aksentuasiyası ilə izah olunur.
Akmeoloji yanaşmanın psixoloji yanaşmadan başqa bir fərqi şəxsiyyətin inkişafı problemində də özünü göstərir. Psixologiyada uzun müddət hesab olunurdu ki, şəxsiyyətin inkişafı və formalaşması sosial keyfiyyət kimi fərdin sosiallaşması və tərbiyəsinin nəticəsində baş verir. Bu inkişafın daxili hərəkətverici qüvvəsi kimi, şəxsiyyətin daima artan təlbatı ilə onların təmin olunması imkanları arasında yaranan ziddiyətlərdir. Şəxsiyyətin inkişafının belə izahı, insanın yeni sosial mühitə daxil olması və onunla inteqrasiyası kimi izah olunur. Bu prosesin üç əsas məqhələsi qeyd olunur :

  • Adaptasiya fazası – burada mövcud dəyərlərin və normaların və fəaliyyətin vasitələrinin və üsullarının mənimsənilməsi;

  • Fərdiləşmə fazası – hamı kimi olmaq və yaranmış şəraitdə seçilmək istəyi arasında ziddiyətlərin yaranması;

  • Inteqrasiya fazası – özünün xüsusiyyətləri və fərqli cəhətləri ilə təqdim olunmaq və insanların fərdi qəbul etməsi təlabatı. Inkişafa akmeoloji yanaşma hümanistik psixologiyanın bazis prinsiplərinə uyğun gəlir. Hümanistik psixologiyanın əsas nümayəndəlrindən olan A. Maslounun fikrinə görə, “....insan inkişafının mahiyyəti, - həyat və fəaliyyətində, onun anadan gəlmə potensialını reallaşdırmağa cəhd etməsidir “. Hümanistik psixologiyanın digər nümayəndələri – K.Rocers, Q. Olport şəxsiyyətin inkişafında əsas amil, şəxsiyyətin özünü aktuallaşdırmasıdır.

Akmeoloji yanaşmaya görə insan inkişafının əsas məzmunu, şəxsiyyətin mütərəqqi və hümanistik addım kimi, özünü aktuallaşdırması və özünü reallaşdırmasından ibarətdir. A. Maslou öz tədqiqatlarında özünü aktuallaşdıran insanlara xas olan aşağıdakı şəxsi keyfiyyətləri qeyd etmişdir : reallığın daha dolğun və adekvat qavranması; sadəlik və təbiilik; müstəqillik və təkliyə meyylli olması; ətraf mühitdən asılı olmaması; ictimai maraq; dərin şəxsiyyətlər-arası münasibətləri və onların demokratik xarakteri; fəlsəfi yumor hissi; kreativ təfəkkür.
Özünü aktuallaşdırmağa meyllilik, insanın müstəqilliyinin yüksəlməsinə və onun şəraitin təsirinə az məruz qalması belə insanları daha çox rəqabətə davamlı edir. Son illərdə aparılan tədqiqatlarda qeyd olunan keyfiyyətlərin xüsusilə bazar münasibətləri şəraitində daha aktuallıq kəsb edir. Bununla belə, psixoloqların qeyd etdikləri kimi, şəxsiyyətin həddən artıq rəqabətə meylli olması, onun psixi sağlamlığına və inkişafına mənfi təsir edə bilər. Şəxsiyyətin hümmanistik meylli olması isə, onu qeyd olunan psixoloji fəsadlardan, meyllərdən qoruya bilər.
B.Q. Ananyev qeyd edirdi ki, şəxsiyyətin inkişafının əsasında bütün hallarda intellektual inkişaf durur. Belə ki, şəxsiyyətin inkişafı o vaxt baş verir ki, onun yeni biliklər, geniş baxışlar, yaradıcı və intellektual qabiliyyətləri inkişaf edir və təhsildə şəxsiyyətin mövcud potensialının yeniləşməsi, zənginləşməsi baş versin. İntellektual inkişaf, əksər hallarda şəxsiyyətin münasibətlərinin hümanistləşməsini şərtləndirir və nəticədə şəxsiyyətin özünü aktuallaşdırması kimi mənəvi təlabatlarının, onun özünü reallaşdırmaqda rolunun artması baş verir.
İnsan inkişafında akmeoloji problemlərin həlli üçün şəxsiyyətin psixoloji strukturunun təhlilində baxış bucağında korrektivlər tələb olunur. Akmeoloji yanaşmada şəxsiyyətin xarakteri və qabiliyyətləri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, şəxsiyyətin proqresiv inkişafı üçün mürəkkəb və xüsusi, spesifik qabiliyyətlərin və bunların xüsusi istedad səviyyəsində inkişafı xüsusi əhəmiyyət kəsb edir. Xarakter şəxsiyyətin həyat strategiyasının və standartlarının formalaşması, müəyyənləşməsi və bunların reallaşmasına güclü təsir edir. Eyni zamnda, şəxsiyyətin özünü reallaşdırması və qarşıya çıxan çətinliklərin aradan qaldırılmasında mühüm rol oynayan iradə kimi mühüm keyfiyyət, xarakterdən başqa şəxsiyyətin qeyd olunan digər strukturları üçün mühüm əhəmiyyət kəsb etmir.
Söhbət şəxsiyyətin peşəkarlığının inkişafından gedirsə, şəxsiyyətin struktur elementlərinə şəxsiyyətin peşə keyfiyyətləri və peşəkarlığı daxil olunmalıdır. Bu məsələ, peşəkarın akmeoloji konsepsiyası bölməsində xüsusi olaraq baxılacaqdır. Nəzərə alsaq ki, şəxsiyyətin inkişafında hərəkət-verici qüvvə kimi, qəbul olunmuş fəaliyyət, davranış etalonu və standartları çıxış edir, şəxsiyyətin xarakteri və yönəlişi, həyat meyli, onun davranışının strukturunda əsas rol oynayır.
Qeyd olunanlar, şəxsiyyətin inkişafının akmeoloji və psixoloji yanaşmanın xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Beləliklə aparılan təhlillər, yetkin şəxsiyyətin inkişafının psixoloji və akmeoloji yanaşmalarda ümumi və xüsusi meylləri müəyyən etməyə imkan verir.
Müəyyən olunub ki, pozitiv sosial meylli zəif ifadə olunan aksentuasiya, əksər hallarda mühüm peşə keyfiyyəti kimi psixoloji mahiyyət daşımaqla, peşə fəaliyyətində əldə olunan uğurların əsas determinantları kimi çıxış edirlər. Belə ki :
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin