Mühazirə mətnləri Mövzular


Məhsuldar “mən” – konsepsiyasının formalaşması



Yüklə 128,19 Kb.
səhifə25/29
tarix14.01.2023
ölçüsü128,19 Kb.
#122231
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   29
akm-müh 2020-21

Məhsuldar “mən” – konsepsiyasının formalaşması;

  • Onun yaradıcı potensialının idarəetmə qərarlarının qəbulunda nəzərə alınması və reallaşması;

  • Səmərəli idarəetmə fəaliyyətinə, o cümlədədən də ekstremal-kritik vəziyyətlərdə, psixoloji cəhətdən hazır olması;

  • İdarəetmə komandasının formalaşmasında akmeoloji səriştəliliyin inkişafına nail olunması;

  • Idarəetmə fəaliyyətində peşə nailiyyətlərinin motivasiyası;

  • Ekstremal vəziyyətlərdə idarəetmənin yaradıcı və üslub elementlərinin formalaşması və ekstremal vəziyyətlərdə idarəetmədə funksional qabiliyyətlərin formalşması.

    İdarəetmə kadrlarının şəxsi-işgüzar və peşə qabiliyyətlərin formalaşmasına, xüsusilə də, şəxsiyyətin gücü, səmərəliliyi və məsuliyyət hissinin formalaşmasını göstərmək olar. Müasir dövrdə idarəetmə subyektlərinin peşəkarlığının inkişafının akmeoloji konsepsiyası əsaslandırılmışdır.
    İdarəetmə akmeologiyası sahəsində son illərdə dövlət qulluqçularının peşəkarlığının kompleks problemlərinə həsr olunmuş konstruktiv elmi tədqiqatlar, tətbiqi akmeologiya sahəsində mühüm istiqamətlər kimi çıxış edirlər. Bu tədqiqatların səciyyəvi xüsusiyyətləri, idarəetmə akmeologiyasının dövlət quluqçularının peşə fəaliyyətlərinin xüsusiyyətləri ilə sıx əlaqədə öyrənilməsidir. İdarəetmə akmeologiyasının bu istiqaməti, yeni elmi-praktiki sahəsi olub, nəzəri-elmi yönümlü tədqiqatlarla yanaşı, həm də burada mühüm praktik yönümlü tədqiqatlar aparılır. Bu istiqamətlərdən aşağıdakıları qeyd etmək olar: idarəetmə akmeologiyası çərçivəsində yaradılmış anlayışlar sistemi, aşağıdakılara nail olmağa imkan verir:

    • Peşəkarlığın sosial sisteminin təşkilinin və optimallaşdırılmasının əlaqələndirilməsi;

    • Fəaliyyətin optimallaşdırılmasına imkan verən psixoloji-dəyərlər sisteminin, orientirlərin müəyyən olunması, şəxsiyyətin ustalığıının və peşəkarlığının vəhdətinə nail olunması;

    • Məhsuldar fəaliyətin aksioloji, psixoloji, sosial, peşə-kadr problemlərinin, fəaliyyətin məhsuldarlığı, səmərəliliyi və onun alqoritmlərinin arasında əlaqənin müəyyən olunmasına nail olunması.

    Dövlət qulluqçularının şəxsiyyətinin mühüm peşə keyfiyyətlərinin diaqnostikası, formalaşmasıı və bu keyfiyyələrin korreksiyası üçün səmərəli metodlar və metodikalar işlənib hazırlanmışdır. Bu sahədə hazırlanmış orijinal metodlar vasitəsilə əldə olunmuş yeni elmi və empirik materialların ümumiləşdirilməsi nəticəsində aşağıdakılara nail olunmuşdur:

    • Dövlət qulluqçularının təhsilinin psixoloji və akmeoloji əsasları, normativləri və dövlət qulluqçularının öyrədilməsi-təhsili haqqında təsəvvürlərin genişlənməsinə inkan verir;

    • Dövlət qulluqçularının peşəkarlığının və şəxsiyyətinin inkişafının məqsədyönlülüyünə və perspektivlərinin müəyyən olunmasına imkan verir;

    • Mütəxəssislərin peşəkarlığına və şəxsi keyfiyyətlərinə görə, onların psixoloji-akmeoloji seçiminin həyata keçirilməsi;


    • Yüklə 128,19 Kb.

      Dostları ilə paylaş:
  • 1   ...   21   22   23   24   25   26   27   28   29




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin