Akmeologiyanın vəzifələri. Akm – nın obyektinin və predmetinin özünəməxsusluğu öz əksini onun bu gün aktual olan əsas vəzifələrində tapır. Bu vəzifələr aşağıdakılardır:
1 – qrupa AKME – nın, fenomenologiyasının elmi təsviri, akm – nın nəzəri-metodoloji əsaslarının müəyyən olunması, onun statusunun və elmlər sistemində yeri, onun keyfiyyət və kəmiyyət parametrlərinin müəyyən olunması və əsaslandırılmasından ibarətdir;
2 - qrupa, öz inkişafında yüksək nailiyyətlər əldə etmiş fəaliyyətin subyektlərinə xas olan AKME – nin ümumi və xüsusi qanunauyğunluqlarının öyrənilməsi;
3 - cü qrupa AKME – ya nail olmaqda kömək edən və ya mane olan amillərin müəyyən olunması. Burada subyektiv amillərin ailə tərbiyyəsinin təsiri, şəxsi və peşəkarlıq standartlarının, peşəkarlara və peşəkarlığa xas olan etalon münasibətlərin və davranış satandartlarının, modellərinin müəyyən olunması və onların sistemləşdirilməsi aiddir;
4 – cü qrup vəzifələrə, şəxsiyyətin inkişafının və tədqiqinin akmeoloji metodlarının işlənib hazırlanması ilə bağlıdır. Bütün müstəqil elmlərdə olduğu kimi, akm – nın əsl müstəqil elm statusuna yiyələnməsi üçün, onun müstəqil tədqiqat və metodiki aparatının olması ilə bağlıdır. Bu elmin yeni müstəqil elm kimi formalaşmasına onun ümum elmi və psixoloji metodlarının, tədqiqatlar ənənəsi çərçivəsində formalaşaraq, onun müstəqi elm kimi özünün ənənəsinin, metodlarının, predmetinin, metodoloji əsaslarının, anlayışlar sistemininin formalaşması ilə bağlı olmuşdur.
5 - ci qrup vəzifələr - müxtəlif peşə fəaliyyətləri üçün, peşəkarlığın və peşəkarın akmeoloji modelinin işlənib hazırlanması ilə bağlıdır.
6 - cı qrup vəzifələr, şəxsiyyətin proqresiv inkişafının və ilk növbədə onun peşəkarlığının formalaşmasının, inkişafının akmeoloji texnalogiyalarının hazırlanması ilə bağlıdır.
7 – ci qrup vəzifələrə, akm – nın tətbiqi məsələləri, tədqiqatları daxıldir.
Ak – nın insanşünaslıq elmləri sistemində tutduğu yeri öyrənmək üçün, fundamental və tətbiqi akmeoloji tədqiqatların nəzəri-metodoloji problemlərinin, tədqiqat obyektinin və predmetinin müəyyənləşməsi və öyrənilməsi, araşdırılması tələb olunur.