Pedantik şəxsiyyətlər nəzarət funksiyasını yerinə yetirərkən yüksək səmərəlilik nümayiş etdirirlır;
Yüksək şizodliyə malik olanlar, novatorluğa meylli olurlar.
Akmeoloji inkişafın məqsədi, şəxiyyətin öz peşəsində öz yerini tapması və peşə vəzifələrini uğurla həyata keçirməsidir. Akm. -ji təqiqatlar göstərir ki, yaradıcı fəaliyyətində uğur qazanmış insanlar, fəaliyyət formalarından asılı olmayaraq, əsasən, bir qayda olaraq aksentuasiyalı şəxsiyyətlər olurlar. Adətən belə insanlar parlaq fərdiyyəti, qeyri adilikləri ilə fərqlənirlər və heç kimə bənzəmirlər. Akm - ji nöqteyi nəzərdən, istedadın olması yaradıcı fəaliyyətdə uğurr qazanmağın ancaq zəruri şərti, şəraiti kimi çıxış edir. Bu xüsusi keyfiyyət, şəxsiyyətin nəzarət altında olan aksentuasiyası ilə izah olunur. Akmeoloji yanaşmanın psixoloji yanaşmadan başqa bir fərqi şəxsiyyətin inkişafı problemində də özünü göstərir. Psixologiyada uzun müddət hesab olunurdu ki, şəxsiyyətin inkişafı və formalaşması sosial keyfiyyət kimi fərdin sosiallaşması və tərbiyəsinin nəticəsində baş verir. Bu inkişafın daxili hərəkət qüvvəsi kimi, şəxsiyyətin daima artan təlabatı ilə onların təmin olunması imkanları arasında yaranan ziddiyətlərdir. Şəxsiyyətin inkişafının belə izahı, insanın yeni sosial mühitə daxil olması və onunla inteqrasiyası kimi izah olunur. Bu prosesin üç əsas fazası ( məqhələsi ) qeyd olunur: Adaptasiya fazası – burada mövcud dəyərlərin və normaların və fəaliyyətin vasitələrinin və üsullarının mənimsənilməsi;Fərdiləşmə fazası – hamı kimi olmaq və yaranmış şəraitdə seçilmək istəyi arasında ziddiyətlərin yaranması; Inteqrasiya fazası – özünün xüsusiyyətləri və fərqli cəhətləri ilə təqdim olunmaq və insanların fərdi qəbul etməsi təlabatı. Inkişafa akm. yanaşma hümanist psixologiyanın bazis prinsiplərinə uyğun gəlir. Hümanistik psixologiyanın əsas nümayəndəlrindən olan A. Maslounun fikrinə görə “ ....insan inkişafının mahiyyəti, həyat - fəaliyyəti prosesində onun anadan gəlmə potensialını reallaşdırmağa cəhd etməsidir “. Hümanistik psixologiyanın digər nümayəndələri – K.Rocers, Q.Olport şəxsiyyətin inkişafında əsas amil kimi, şəxsiyyətin özünü aktuallaşdırmasıdırmasını qeyd edirlər. Akmeoloji yanaşmada, insan inkişafının əsas məzmunu şəxsiyyətin mütərəqqi və hümanistik özünü aktuallaşdırmasında və özünü reallaşdırmasında ifadə edir. A.Maslou öz tədqiqatlarında özünü aktuallaşdıran insanlara xas olan aşağıdakı şəxsi keyfiyyətləri qeyd etmişdir: reallığın daha dolğun və adekvat qavranması; sadəlik və təbiilik; müstəqillik və təkliyə meyylli olmaq; ətraf mühitdən asılı olunmaması; ictimai maraq; dərin şəxsiyyətlər-arası münasibətləri; demokratik xarakteri; fəlsəfi və kreativ təfəkkür; yumor hissi; Özünü aktuallaşdırmağa meyllilik, insanın müstəqilliyinin yüksəlməsinə və onun şəraitin təsirinə az məruz qalması belə insanları daha çox rəqabətə davamlı və qabiliyyətli edir. Son illərdə aparılan tədqiqatlarda qeyd olunan keyfiyyətlərin xüsusilə bazar münasibətləri şəraitində daha aktuallıq kəsb etməsi qeyd olunur. Bununla belə, psixoloqların qeyd etdikləri kimi, şəxsiyyətin həddən artıq rəqabətə meylli olması, onun psixi sağlamlığına və inkişafına mənfi təsir edə bilər. Şəxsiyyətin hümmanistik meylli olması isə, onu qeyd olunan psixoloji fəsadlardan, meyllərdən qoruya bilər. B.Q. Ananyev qeyd edir ki, şəxsiyyətin inkişafının əsasında bütün hallarda intellektual inkişaf durur. Belə ki, şəxsiyyətin inkişafı o vaxt baş verir ki, onun yeni biliklər, geniş baxışlar, yaradıcı və intellektual qabiliyyətlər inkişaf edir və təhsildə şəxsiyyətin mövcud potensialının yeniləşməsi baş versin. İntellektual inkişaf, əksər halarda şəxsiyyətin münasibətlərinin hümanistləşməsini şərtləndirir və nəticədə şəxsiyyətin özünü aktuallaşdırması kimi mənəvi təlabatlarının onun özünü reallaşdırmaqda rolunun artması baş verir. İnsan inkişafında akmeoloji problemlərin həlli üçün şəxsiyyətin psixoloji strukturunun təhlilində baxış bucağında korrektivlər tələb olunur. Akmeoloji yanaşmada şəxsiyyətin xarakteri və qabiliyyətləri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, şəxsiyyətin proqresiv (pozitiv) inkişafı üçün mürəkkəb və xüsusi, spesifik qabiliyyətlərin və bunların xüsusi istedad səviyyəsində inkişafı xüsusi əhəmiyyət kəsb edir. Xarakter şəxsiyyətin həyat strategiyasının və standartlarının formalaşması, müəyyənləşməsi və bunların reallaşmasına güclü təsir edir. Eyni zamanda, şəxsiyyətin özünü reallaşdırması və qarşıya çıxan çətinliklərin aradan qaldırılmasında mühüm rol oynayan iradə kimi mühüm keyfiyyət, xarakterdən başqa şəxsiyyətin qeyd olunan digər struktur elementləri üçün mühüm əhəmiyyət kəsb etmir, Söhbət şəxsiyyətin peşəkarlığının inkişafından gedirsə, şəxsiyyətin struktur elementlərinə şəxsiyyətin peşə keyfiyətləri və peşəkarlığı daxil olunmalıdır. Bu məsələ, peşəkarın akmeoloji konsepsiyası bölməsində xüsusi olaraq baxılacaqdır. Nəzərə alsaq ki, şəxsiyyətin inkişafında hərəkət verici qüvvə kimi, qəbul olunmuş fəaliyyət, davranış etalonu və standartları çıxış edir, şəxsiyyətin xarakteri və yönəlişi ( həyat meyli ) onun strukturunda əsas rol oynayır.
Qeyd olunanlar, şəxsiyyətin inkişafının akmeoloji və psixoloji xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Beləliklə aparılan təhlillərdə, yetkin şəxsiyyətin inkişafının psixoloji və akmeoloji yanaşmalarda ümumi və xüsusi meyllər müəyyən olunur.
Bütün inkişaf etməkdə olan elmlərdə olduğu kimi, akmeologiya elmində onun müxtəlif istiqamətləri və differensiallaşması prosesi müşahidə olunur. Bunun nəticəsində ak-nın müxtəlif müstəqil sahələri və istiqamətləri təşəkkül tapmağa başlamışdır. O cümlədən, pedaqoji, idarəetmə, hərbi və s. Müasir dövrdə tətbiqi akmeologiyanın sahələri formalaşmağa və inkişaf etməyə başlamışdır. Bunlarla yanaşı, tibbi, hüquqi, sosial işin, iqtisadiyyatıın, idmanın akmeologiiyası inkişaf etməkdədir. Akmeologiya müasir anlamda, təbiət, ictimai və hümanitar elmlərinin kəsişdiyi nöqtədə yaranaraq, insan fenomeninin yetkinlik dövründə inkişaf qanunauyğunluqlarını öyrənən elm kimi çıxış edir. Bir daha vurğulamaq lazımdır ki, ak - ya xüsusilə yetkin şəxsiyyətin inkişafını öyrənir. Psixologiyada, yetkinlik və yetkinlik yaşı dedikdə adətən, insanın yaş dövrü, parametrləri, yəni gənclik, yaşlı, ahıl və s. xüsusiyyətləri deyil, insanın, şəxsiyyətinin həyat və fəaliyyətində əldə etdiyi, malik olduğu, ontogenetik inkişafında əldə etdiyi uzun müddətli mənəvi, intellektual və fiziki inkişaf səviyyəsi başa düşülür. Bu müddəa göstərir ki, psixologiyada akmeoloji yanaşmadan fərqli olaraq inkişaf, müxtəlif qabiliyyətlərin inkişafından bəhs edilir.
Akmeologiyada yetkinlik, şəxsiyyətin yaş xüsusiyyətlərini əks etdirmir, o burada daha geniş anlayış kimi çıxış edərək, şəxsiyyətin mənəvi-əxlaqi keyfiyyətlərinin, hümanist meylinin-hümanizminin, davaranışının və münasibətləinin normalara uyğun olub-olmaması kimi keyfiyyətlərin inkişafını nəzərdə tutur. Yetkin şəxsiyyət, təkcə yüksək peşəkarlığa malik olması, peşə vəzifəsinin yerinə yetirilməsində fərqlənməsi, nümunəvi olması və özünü səmərəli şəkildə realizə etməsi ilə yanaşı, yüksək məsuliyyət hissinin olması, başqa insanlara qarşı diqqət, qayğı göstərməsi, sosial fəallığı, hümanist meylli olması ilə səciyələnir. Yəni hər bir yaşlı, təcrübəli insanı əsasl mənada yetkin şəxsiyyət hesab etmək olmaz. Beləliklə akmeoloji yetkinlik, inkişaf etmiş, “akma” zirvəsinə çatmış olan insanın peşəkarlığının, şəxsi keyfiyyətlərinin və sosial nailiyyətlərinin inkişafının müəyyən dövrünü əhatə edir.
Müxtəlif insanlarda AKMA – nın təzahürü və meyli fərqli olur. Bu unsanın fərdi keyfiyyətləri, qabiliyyətləri, temperament və s. fərdi keyfiyyətləri ilə bağlı olur. Bu müxtəlifliyin içərisində insanın öyrənilməsində tətbiq olunan aşağıdakı minimum dörd metodoloji magistral inkişaf yolunu, prinsipini qeyd etmək olar: ( Ananyev, Myasişev, Bodalev ). :
1. İnsanın fərd kimi proqressiv inkişafında “pik” səviyyəyə nail olunması;
2. Şəxsiyyətin inkişafında ən yüksək nəticənin əldə olunması
3. Əmək fəaliyyətində ən yüksək nəticələrə nail olunması ( yəni insanın subyekt kimi inkişafı ilə əlaqədar olaraq )
4. İnsanın fərdiyyət kimi inkişafında ən yüksək zirvəyə nail olmaq.