Mühazirə mətnləri Mövzular


erudit; peşə üçün yaranmış mütəxəssis kimi



Yüklə 128,19 Kb.
səhifə22/29
tarix14.01.2023
ölçüsü128,19 Kb.
#122231
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   29
akm-müh 2020-21

erudit;

  • peşə üçün yaranmış mütəxəssis kimi:

  • ustad ( ustalıq, peşəəkarlıq );

  • diaqnost ( şəxsiyyəti, insanları qiymətləndirməyi bacaran );

  • hümanist;

  • özünü qiymətləndirən;

  • özünə tələbkar olması, innovasiyalardan pedaqoji proseslərdə istifadə etməsi;

  • novatorluğu;

  • Pedaqoji əməkdaşlığa meylliliyi;

  • Tədqiqatçı-pedaqoq kimi, akmeoloji texnologiyaları mükəmməl mənimsəməsi sayəsində, yaranmış pedaqoji situasiayaya uyğun olaraq, peşəkarlığın bir səviyyəsindən digər səviyyəsinə, strategiyasına-taktikasına keçməyi bacarması.

    Beləliklə pedaqoji akmeologiya, pedaqoqu səciyələndirən aşağıdakı cəhətlərə xüsusi diqqət ayırır:

    • Pedaqoqun peşəkarlığını ifadə edən, müxtəlif fərdi pedaqoji üsul və yolların seçməsi;

    • Pedaqoqun şəxsiyyətinin peşəkarlığının deformasiyasının aradan qaldırılması yolları, peşəkarlığın həddən çox artması ( hiper peşəkarlıq ) və ya peşəkarlıqda süstlüyünün və yorğunluğunun aradan qaldırılması və s.

    Müasir dövrdə pedaqoqların akmeoqrafik təsvirinin və akmeoqramının yaradılması pedaqoji praktikada geniş tətbiq olunur. Pedaqoji akmeologiyada akmeologiyanın və pedaqogikanın qarşılıqlı əlaqəsi problemində akmeologiya və pedaqogikanın nisbəti və qarşılıqlı əlaqəsinin düzgün müəyyənləşdirilməsi tələb olunur. Onların hər ikisi də insan haqqında elmlər olub, cəmiyyətin vətəndaşlarını, təkrarolunmaz fərdiyyət kimi araşdırır. Pedaqogikanın nöqteyi nəzərindən, şəxsiyyətin təhsildə formalaşması, təlim-tərbiyyə prosesslərinin nəcicəsi kimi çıxış edir.
    Pedaqogikanın didaktika bölməsində, tələbələrin bilik, bacarıq və vərdişlərinin, nəzəri və praktiki təfəkkürünün formalaşmasının səmərəli yolları, metodları, texnalogiyaları və amilləri müəyyən olunur.
    Müasir dövrdə, təhsildə şəxsiyyət yönlü təlim, təhsilə, problem-axtarış təlim metodlarına, o cümlədən informasiya texnalogiyalarına, distant təhsildən istifadəyə böyük önəm verilir.
    Tərbiyə bölməsində, şəxsiyyətdə cəmiyyətin sosial normalarının, davranış və düşüncə standartlarının, dəyərlər orientasiyasının və fəal həyat mövqelərinin formalaşması prosesləri təhlil olunur.
    Akmeologiya təlim-tərbiyə prosesində bütün inkişaf prosseslərini deyil, ancaq yetkinliyin zirvəsinə aparan prosesləri araşdırır. İnsanların sosial və peşəkar, normativ tələbləri mənimsəyərək, özünün optimal həyat və fəaliyyət strategiyasını, akmeoqramını, fəyat və təfəkkür üsulunu və üslubunu formalaşdırır, özü üçün əhəmiyyətli olan təlabatları, qabiliyyətləri və imkanları müəyyənləşdirir. Pedaqogikadan fərqli olaraq, akmeologiya insanın ümumi və şəxsiyyətinin peşəkar inkişafının, sosiallaşma mərhələlərinin qarşılıqlı əlaqəsində öyrənir.


    Yüklə 128,19 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   18   19   20   21   22   23   24   25   ...   29




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin