Müasir akmeoloiyanın mühüm metodoloji problemlərinə və vəzifələrinə aşağıdakılar aiddir:
Ak – nın predmetinin ona yaxın - ortaq elmlərin predmetlərindən fərqləndirilməsi;
Ak – nın spesifik anlayılarının və onların mahiyyətinin, məzmunun müəyyən olunması və təhlili;
Ak – ji tədqiqatlarda fərdi yanaşmanın tipizasiya, tipologizasiyası, faktorizasiyası
Ak – nın ümumi və xüsusi sahələrinin daxili inteqrasiyalaşdırılması və əlaqələndirilməsi;
Müasir akm – ji vəzifələrin həlli kontekstində fundamental – aktual akmeoloji problemlərin müəyyən olunması .
2 - Mövzu. Müasir insanşünaslıq elmləri sistemində, akmeologiyanın yeri və onun bu elmlərlə qarşılıqlı əlaqəsi
Suallar:
- İnsan fəlsəfə, biologiya, psixologiya; etika, antropologiya, akmeologiya və s. insanşünaslıq elmlərinin tədqiqat obyekti kimi;
Insan probleminin tədqiqində akmeologiya elminin yeri və istifadə olunan tədqiiqat metodları və problemə yanaşma tərzi;
Insan probleminin kompleks tədqiqində tətbiq olunan elmi yanaşmalar və metodoloji prinsiplər;
Insan probleminin öyrənilməsində akmeologiyanın problemə yanaşma tərzi;
Akm – nın elminin əsas tədqiat obyekti və predmeti;
Akm – nn psixologiya elmi ilə qarşılıqlı əlaqəsi
Akmeologiya müasir tələblərə cavab verən yeni insanın peşəkarlığının inkişaf qanunlarını öyrənən elm sahəsidir; - Şəxsiyyətin peşəkarlığının formalaşması prosesinin idarə olunmasının akmeoloji - psixoloji əsasları
Insanın inkişafının akmeoloji - psixoloji əsasları.
Akmeologiyanın elmi istiqamətləri və başqa elmlərlə qarşılıqlı əlaqəsi.
Müasir insanşünaslıq elmləri sistemində spesifik yer tutan akmeologiyanın inkişafı elmi-nəzəri və obyektiv- praktiki zərurətdən irəli gəlmişdir. Akmeologiya insana və onun hərtərəfli, o cümlədən də onun peşəkar kimi inkişafı, onun əldə etdiyi elmi-yaradıcı-innovativ potensialının və peşəkarlığının formalamasının daha optimal modelinin yaradılmasına imkan verir. Akm – ya müasir tələblərə cavab verən yeni tip insanın və onun inkişaf perspektivlərinin, müasir tələblərə cavab verən subyekt kimi: yəni özünü daima təkmilləşdirən, elmi-nəzəri və praktiki potensialı sayəsində özünü daha dolğun şəkildə ifadə edən və reallaşdıran fəal subyekt kimi öyrənməyə imkan verir.
Müasir cəmiyyətin mövcud vəziyyətindən irəli gələn və daima dəyişən, və risklər, qeyri müəyyənlik şəraitində, özünü reallaşdıra bilən daha optimal və çevik davranış strategiyası seçməyi bacaran, yaranmış mövcud şəraitdə daha optimal qərar qəbul edən və müvafiq davranış strategiyası-modeli seçən yeni tip insanının formalaşması müasir idarəetmə və təhsil sistemi qarşısında praktiki yönümlü problemlər qoyur. Müasir cəmiyyətdə yaranmış yeni keyfiyyət dəyişikləri, ak – ji bilikələrə ehtiyacın yaranmasına və artmasına səbəb olmuşdur.
Müasir akm – ji paradiqma, tanınmış rus psixoloqlarının, ( Abulxanova K. . . .və s. ) fikirlərinə görə şəxsiyyətin təkcə reallıqdan irəli gələn paradiqması olmaqla yanaşı, həm də onun gələcək perspektivlərinin və həyat və peşə ideallarının təsiri ilə formalaşması baş verir. ( s. 20 )
Beləliklə akm – nın cəmiyyətdə baş verən reallığa və perspektivlərə uyğun formalaşması, bu elmin insanşünaslıq elmləri sistemində spesifik yerini, mövqeyini və əhəmiyyətini müəyyən etməyə imkan verir.
Akm – nın elmi orientasiyası və inkişafı, müasir insan haqqında formalaşmış konsepsiyalara və ideyalara, müasir insanın daxili-mənəvi dünyasına, yaradıcı potensialının inkişafı və özünü təkmilləşdirmə qabiliyyətnə əsaslanır. ( Bodalev, Derqaç, Kuzmina ).
Şəxsiyyətin həyat yolu, dahi və tanınmış şəxsiyyətlərin həyat yolları, şəxsi, yaradıcı və peşəkarlıq nailiyyətləri, nəzəri - tətbiqi akmeloji tədqiqatların məqsədini və predmetini təşkil edir. Bu qeyd olunanlar, yeni elm sahəsi olan akmeologiya elminin özünəməxsusluğunu və statusunu müəyyən edir.
Akmeologiyanın öyrənilməsi və təsviri əsasən aşağıdakı dörd aspektlərdə - ontoloji; qnoseoloji, aksioloji və metodoloji aspektlərdə təzahür olunur. Bunlardan əlavə kulturoloji, etnik, estetik, sinergetik və s. aspektləri də qeyd etmək olar.
Dostları ilə paylaş: |