Mühazirə Mövzu: Sertifikasiyanın mahiyyəti və məzmunu. Plan əsas terminlər və anlayışlar



Yüklə 486,64 Kb.
səhifə1/33
tarix04.06.2022
ölçüsü486,64 Kb.
#116620
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   33
sertifikatlac


AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ


MÜHƏNDİSLİK FAKÜLTƏSİ


MAŞIN MÜHƏNDİSLİYİ VƏ STANDARTLAŞDIRMA


KAFEDRASI
Fənn: Sertifikatlaşdırmanın əsasları


FƏLSƏFƏ ELMLƏRİ DOKTORU, HACIYEV FİKRƏT HƏSƏN OĞLU

GƏNCƏ-2012
Mühazirə 1.
Mövzu: Sertifikasiyanın mahiyyəti və məzmunu.
PLAN



  1. Əsas terminlər və anlayışlar.

  2. Məcburi və könüllü sertifikasiyanın mahiyyəti.

  3. Sertifikasiya sistemlərində iştirak etmə formaları və tanınma üzrə razılaşmalar.

  4. Sertifikasiya və ticarətdə mövcud olan texniki maneələr.



Ədəbiyyat
1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007
2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Sertifikasiya latın dilindən tərcümədə «düzgün hazırlanıb» deməkdir.
Məhsulun hazırlanmasının düzgünlüyünə əmin olmaq üçün onun hansı tələblərə uyğun olması və bu uyğunluğun təmin edilməsi yolları məlum olmalıdır. Belə dəlillərin əldə edilməsini bütün tərəflərin qəbul etməsi üsulu uyğunluq sertifikasiyası adlanır.
«Uyğunluq» termini ISO/BEK tərəfindən təklif edilmişdir (Assurapce of corfrormity). Bununla əlaqədar olaraq göstərilən bu üsul nəticəsində məhsulun (prosesin, xidmətin) verilmiş tələblərə uyğunluğuna əminlik yaradan məlumat təqdim olunmalıdır. Bu məlumat aşağıdakı kimi ola bilər:
Uyğunluq haqqında tədarükçünün məlumatı(Surrtliers declaration). Yəni məhsulun verilmiş tələblərə uyğunluğunu təsdiq edən yazılı təminat kataloqlarda, istismara aid sənədlərdə, nəşr olunmuş sənədlərdə, yaxud yarlık, etiket və s. şəkildə verilə bilər.
Sertifikasiya (certifikation) – məhsulun, prosesin xidmətin verilmiş tələblərə uyğunluğuna yazılı təminat verən üçüncü tərəfin fəaliyyətidir.
«Istehsalçının uyğunluq haqqında məlumatı» anlayışı onun istehsal etdiyi məhsulun konkret normativ sənəd tələblərinə cavab verldiyini və bunun üçün onun məsuliyyət daşıdığını göstərir. ISO/BEK-in rəhbəredici sənədinə əsasən bu, istehsalçının öz məsuliyyətini dərk etməsini və onun düşünülmüş və müəyyən olunmuş hərəkətlər etməyə hazır olduğunu sübut edir.

İstehsalçının məlumatı həmçinin məlumat-deklarasiya adlandırılmaqla, aşağıdakı məlumatları əks etdirir:

  • məlumat-deklarasiyanı təqdim edən istehsalçının ünvanı, məmulatın işarəsi və onun haqqında məlumat.

  • istehsalçının istinad etdiyi standartın adı, nömrəsi və nəşr edildiyi tarix.

  • məlumatın məzmununa görə istehsalçının şəxsi məsuliyyətinin göstərilməsi və s.

Təqdim olunan məlumat sınaqların nəticələrinə əsaslanmış olmalıdır.
Standarta istinad, standartı qəbul edən təşkilat tərəfindən məlumatın təsdiq edilməsi demək deyildir. İstehsalçı uyğunluq nişanlarından istifadə etmək hüququna malik deyildir.
Sertifikasiya vasitəsilə uyğunluğun təsdiqi mütləq üçüncü tərəfin iştirakını nəzərdə tutur. Uyğunluğun belə təsdiqi asılı olmayan, verilmiş tələblərə müvafiq, uyğunluğuna təminat verən, müəyyən prosedur qaydalar əsasında yerinə yetirilir.
Sertifikasiya məhsulun (prosesin, xidmətin) verilmiş tələblərə uyğunluğunun sübutunun əsas doğru üsulu sayılır.
Sertifikasiya prosesinin (fəaliyyətinin) tərkib hissələri kimi baxıla bilən prosedurlar, qaydalar, sınaqlar və digər hərəkətlər bir sıra faktorlardan asılı olaraq müxtəlif ola bilər. Bunlardan aşağıdakıları qəbul etmək olar:

  • standartlaşdırmaya, keyfiyyətə və bilavasitə sertifikasiyaya aid qanunvericilik;

  • sertifikasiya obyektinin xüsusiyyətləri, bu isə öz növbəsində sınaqların aparılması metodunun seçilməsini təyin edir.

Başqa sözlə uyğunluğun sübutu bu və ya digər sertifikasiya sistemi üzrə aparılır. ISO/BEK-in göstərilən sənədinə uyğun olaraq bu, həm prosedura və həm də idarəetməyə aid sertifikasiyanın özünün xüsusi qaydaları ilə yerinə yetirilən sistemdir.
Sertifikasiya sisteminin əsasını (ümumi halda) aşağıdakılar təşkil edir:

  • sistemi idarə edən, onun fəaliyyətinə nəzarət edən və sertifikasiyanın aparılması hüququnu digər orqanlara verə bilən mərkəzi orqan;

  • sertifikasiyanın aparılması qaydaları və yolları;

  • uyğunluğun aidliyini müəyyən etmək üçün sertifikasiyanın aparıldığı normativ sənədlər;

  • sertifikasiya prosedurları (sxemləri);

  • inspeksion nəzarətin qaydası.

Sertifikasiya sistemləri milli regional və beynəlxalq səviyyələrdə fəaliyyət göstərə bilər. Müəyyən növ məhsulun (prosesin, xidmətin) uyğunluğunun sübutu ilə məşğul olan sertifikatlaşdırma sistemi, həmcins məhsulun sertifikatlaşdırma sistemidir və o, öz təcrübəsində ancaq verilmiş məhsula aid olan standartlardan, qaydalardan və prosedurlardan istifadə edir. Bir neçə belə həmcins məhsulun sertifikasiya sistemləri öz orqanları və digər təşkilediciləri ilə birlikdə ümumi sertifikasiya sisteminə daxil ola bilər.
Verilmiş tələblərə uyğunluq səviyyəsinin sistematik yoxlanılması, uyğunluğun qiymətləndirilməsi kimi adlandırmaq qəbul olunmuşdur. Bəzən «uyğunluğun yoxlanılması» və «uyğunluğa nəzarət» terminlərindən də istifadə olunur. Uyğunluğun yoxlanılması – dəlilləri öyrənmək yolu ilə məhsulun (prosesin, xidmətin) qoyulmuş tələblərə uyğunluğunun təsdiq edilməsidir. Uyğunluğa nəzarət – məhsulun (prosesin, xidmətin) qoyulmuş tələblərə uyğunluğun davam etdiyinə əmin olmaq məqsədilə aparılan təkrar qiymətləndirmədir. Uyğunluğun qiymətləndirilməsinin daha tez-tez təkrarlanan anlayışı, nəzarət (inspection) sayılır. Nəzarət məhsulun konkret xarakteristikalarının ölçmə yolu ilə uyğunluğunun qiymətləndirilməsidir.
Uyğunluğun qiymətləndirilməsində «üçüncü tərəfin» apardığı sınaqların nəticələri daha etibarlı sayılır. Üçüncü tərəf tədarükçü (birinci) tərəf və istehlakıdan (ikinci tərəf) asılı olmayan şəxs, yaxud orqandır.
Sınaq dedikdə qəbul olunmuş qaydalar üzrə müəyyən olunmuş prosedura uyğun olaraq verilmiş məhsulun bir, yaxud bir neçə xarakteristikalarının təyin edilməsi ilə bağlı olan texniki əməliyyat başa düşülür. Sınaqlar sınaq laboratoriyalarında aparılır. Bu həm hüquqi və həm də texniki orqana aid ola bilər. Sertifikasiya məcburi və könüllü xarakterli ola bilər.
Məcburi sertifikasiya qanunlar və qanunverici aktlar əsasında yerinə yetirilir və məhsulun (prosesin, xidmətin) texniki reqlamentlərinin tələblərinə, standartların məcburi tələblərinə uyğunluğunun sübutunu təmin edir. Bu normativ sənədlərin məcburi tələbləri təhlükəsizliyə, insanların sağlamlığının, əmlakının, ətraf mühitin qorunmasına aid olduğundan məcburi sertifikasiyanın əsas aspekti təhlükəsizlik və ekolojilikdir. Xarici ölkələrdə məmulatların təhlükəsizliyi üzrə birbaşa qanunlar fəaliyyət göstərir (məsələn, AB-nin direktivləri). Ona görə də məcburi sertifikasiya standartlarda göstərilmiş tələblərə uyğunluğu müəyyən etmək üçün aparılır. Respublikamızda məcburi sertifikasiya «İstehlakçıların hüquqlarının müdafiəsi» qanununa görə həyata keçirilir. Məcburi sertifikasiyanı yerinə yetirmək üçün məcburi sertifikasiya sistemi yaradılır. Bu sistemin məqsədi məcburi sertifikatlaşdırılmalı məhsulun, qanunverici yerinə yetirilməsi vacib olan texniki reqlamentlərin standartların tələblərinə, yaxud standartların məcburi tələblərinə uyğunluğunu sübut etməkdir. Məcburi sertifikasiya olunmalı məhsulların nomenklaturası dövlət səviyyəsində həll edilir.
Məcburi sertifikasiya olunası məhsulların və xidmətlərin nomenklaturası «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanuna uyğun olaraq «Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Agentliyi»tərəfindən təyin edilir. Məcburi sertifikatlaşdırmanın yayılma sahələri aşağıda (şəkil 1.3) verilmişdir.
Könüllü sertifikatlaşdırma hüquqi və fiziki şəxslərin təşəbbüsü ilə sifarişçi ilə sertifikasiya orqanı arasında, könüllü sertifikatlaşdırma sistemində müqavilələr əsasında aparılır. Könüllü sertifikasiyanın məcburi sertifikasiya orqanları tərəfindən məcburi sertifikasiya sistemlərində aparılmasına icazə verilir. Könüllü sertifikasiyada uyğunluq sınaqlarının aparılıldığı sənədlər bir qayda olaraq sifarişçi tərəfindən seçilir. Təzhizatçı satıcı, məhsulun istehlakçısı sifarişçi ola bilər. Könüllü sertifikatlaşdırma sistemi ən çox məhsulu hazırlayanlarla istehlakçıları birləşdirir, çünki onlar uzun müddətli partnyor münasibətləri əsasında ticarəti inkişaf etdirilməsində maraqlıdır. Obyektləri və onların uyğunluğunu qanunvericiliklə bağlı olmasını təsdiqləyən, məcburi sertifikasiyadan fərqli olaraq könüllü sertifikasiya məcburi nomenklaturaya daxil olunmayan məhsul növlərini əhatə edir (prosesləri, xidmətləri) və sifarişçi tərəfindən təyin edilir. Könüllü sertifikasiya sisteminin qaydaları və prosedurları könüllü sertifikası orqanı tərəfindən təyin edilir. Lakin məcburi sertifikasiya sistemində olduğu kimi onlar bu sahədəki beynəlxalq və regional təşkilatların tövsiyələri əsasında qurulur.
Könüllü sertifikatlaşdırma haqqında qərar bir qayda olaraq, məhsulun rəqabətə davamlılıq, bazara gediş (xüsusilə xarici) alıcıların seçimində getdikcə daha çox sertifikatlaşdırılmış məhsullara üstünlük verməsi ilə bağlıdır. Bir qayda olaraq könüllü sertifikatlaşdırmanın inkişafı dövlət tərəfindən müdafiə olunur. Könüllü sertifikatlaşdırmaya təhlükəsizlik üzrə məcburi yerinə yetirilməli tələbləri olmayan məhsullar uğradılır (şəkil 1.4).

Sertifikasiya sistemlərində iştirak etmə üç formada ola bilər:

  • sertifikasiya sisteminə buraxılış;

  • sertifikasiya sistemində iştirak;

  • sertifikasiya sistemində üzvlülük.

Sertifikasiya sisteminə buraxılış sifarişçiyə sistemin qaydalarına uyğun olaraq sertifikasiyanı aparmaq üçün imkan yaradır.
Sertifikasiya sistemində iştirak etmə və üzvlülük sertifikasiya orqanının səviyyəsində müəyyən edilir. Sertifikasiya sisteminin iştirakçısı sertifikasiya üzrə orqan hesab edilir, öz fəaliyyətində bu sistemin qaydalarından istifadə edir, lakin sistemin idarə olunmasında iştirak edə bilmir. Beləliklə, iştirakın birinci forması istehsalçı müəssisələrə aiddir. Digər iki forma sertifikasiya orqanının milli, regional və beynəlxalq sertifikasiya sistemlərindəki fəaliyyətinə aiddir.
Sertifikasiyanın məqsədi beynəlxalq ticarətin inkişafına təkan verməkdən ibarətdir. Lakin sertifikasiya texniki baryer də ola bilər. Ticarətdə texniki maniələr aradan qaldırmaq üçün qarşılıqlı tanınma haqqında razılaşmalar olmalıdır.
Tanınma üzrə razılaşmalar milli, regional və benəlxalq səviyyələrdə bağlana bilər.
Razılaşmalar birtərəfli, ikitərəfli və çoxtərəfli olur.
Birtərəfli razılaşma bir tərəfin digər tərəfin işinin nəticələrini qəbul etməkdən ibarətdir.
Ikitərəfli razılaşma – qarşılıqlı tanınma haqqında razılaşma.
Çoxtərəfli razılaşma – ikidən artıq tərəflərin qarşılıqlı tanınma haqqında razılaşma.
Sertifikatlaşdırmanın yaranması istehlakçıya onun alacağı malların standartların tələblərinə uyğunluğu haqqında təminatın verilməsi ilə əlaqədardır. Sertifikatlaşdırmanın inkişafının dövlətlərarası ticarət əlaqələrinə müsbət təsiri məlumdur. Belə ki, sertifikatlaşdırılmış məhsula onun idxal olunması üçün icazənin alınması müddəti xeyli azalır. Əgər idxal edən ölkə tərəfindən tədarükçünün sertifikatı tanınırsa təkrar sınaqların aparılması lazım gəlmir. Lakin milli sertifikatlaşdırma sistemlərin sayı artdıqca onların fərqləri daha aydın görünməyə başladı. Bu fərqlər həm uyğunluğuna sertifikatlaşdırma sınaqlarının aparılmadığı standartlarla, həm sertifikatlaşdırmanın tətbiq olunduğu zaman əsaslandığı qanunlarla həm də sertifikatlaşdırma prosedurunun qaydaları il əvə s. bağlıdır. Bununla əlaqədar olaraq, sertifikatlaşdırmanın beynəlxalq ticarətdə texniki maniə kimi tamamilə başqa rolu müəyyən edildi.
Sertifikasiya maneələri təkcə göstərilən səbəblərdən yaranmır. Ticarətdə çətinliklərin yaranmasının tamamilə digər mexanizmi daxili bazarı (yaxud regional, Avropa Şurasında olduğu kimi) xaricdən gətirilən məhsullardan qorumaq üçün sertifikatlaşdırmanın proteksionizm üsuluna çevrilməsidir. Belə hallarda xaricdən gətirilən məhsulların sınaqlarının mürəkkəbləşdirilməsindən, keyfiyyətə nəzarətin sərtləşdirilməsindən istifadə edilir, sınaqların proseduruna aid standartlar (dövlət, yaxud regional-məsələn 45000 seriyalı Avropa standartları) tətbiq edilir ki, bunlar da xarici sertifikatların tanınması qaydalarında öz təsirini göstərirlər və bu bəzi ölkələr üçün tanınma ümumiyyətlə mümkünsüz olur. proteksionist tədbirlər çox vaxt transmilli korporasiyaların təsiri altında milli məcburi standartların, yaxud texniki reqlamentlərin qəbulu il bağlı olur. Bu korporasiyalar texniki komitələrin fəaliyyətinə nəzarət etmək imkanlarını əldə etmək (imkanlarını) üçün milli səviyyələrdə standartlaşdırmanın maliyyələşdirilməsində aktiv iştirak edirlər.
Beləliklə, standartın rəqabətdə mübarizə alətinə çevrilməsi ehtimalı artır. Belə ki, xarici təchizatçıya belə hallarda oxşar məhsulun çox yüksək tələblərə uyğunluğ sertifikatının alınması problemə çevrilir. Sertifikatlaşdırma sistemi təşkilatlarında sertifikatın alınması üçün elə şərtlərin yaranması hallarına təsadüf olunur ki, orta və əsasən də kiçik firmalar üçün bunları yerinə yetirmək mümkünsüz olur.
Sertifikatlaşdırma üzrə milli təşkilatı təmsil edən Amerikanın sınaq laboratoriyaları korporasiya əsasın böyük firmaların məhsullarının sertifikatlaşdırılmasına üstünlük verir. Buna görə də kiçik müəssisələr öz növbələrini uzun müddət gözləməli olurlar.
Tarifsiz maneələr və onların aradan qaldırılma yolları ilə bağlı problemlər 1993-cü ildə Uruqvayda qəbul olunmuş ticarətdə texniki maneələr üzrə müqavilədə (tariflər və ticarət üzrə baş müqabilə – TTBM (QATT) öz əksini tapmışdır. Bu görüşdə TTBM-nin Beynəlxalq Ticarət Təşkilatına (BTT) (BTO) çevrilməsi haqqında qərar qəbul edilmişdir ki, TTBM-də onun tərkib hissəsi olmuşdur. Sertifikatlaşdırma maneələri sahəsində müqavilə aşağıdakı məsələlərə toxunur:
- Uyğunluğun qiymətləndirilməsi və proseduru və uyğunluğun qiymətləndirilməsinin tanınması;
- Uyğunluğun qiymətləndirilməsinin beynəlxalq və regional tanınması, uyğunluğun qiymətləndirilməsinin texniki reqlamentləri, standartları və prosedurları haqqında informasiyalar. Müqavilənin ümumi prinsipi ondan ibarətdir ki, idxal edilən məhsul üçün və daxildə istehsal olunmuş məhsul üçün yaradılmış rejim kimi əlverişli rejim yaradılmalıdır.

Yüklə 486,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin