Mühazirə Mövzu: Sertifikasiyanın mahiyyəti və məzmunu. Plan əsas terminlər və anlayışlar



Yüklə 486,64 Kb.
səhifə16/33
tarix04.06.2022
ölçüsü486,64 Kb.
#116620
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   33
sertifikatlac

Sahələrarası sınaqlar,bir qayda olaraq,komissiyada bir neşə nazirliyin numayəndələri iştirak etdikdə,qəbul sınaqları zamanı aparılır.
Sahə sınaqları maraqlı nazirliyin nümayəndələrindən təşkil olunmuş komissiyanın apardığı sınaqlardır.

İSO/BEK 2 Rəhbəredici sənəddə “sınaq” termini aşağıdakı kimi təyin olunmuşdur: müəyyən olunmuş prosedura uyğun olaraq verilmiş məhsulun, prosesin, yaxud xidmətin bir, yaxud bir neçə xarakteristikalarının təyin olunmasından ibarət olan texniki əməliyyatlardır.


Sınaq prosesinin əsas təşkilediciləri aşağıdakılardır:
1.Sınaq obyekti – sınaqlara uğradılan məhsullardır. Sınaq obyektinin əsas nişanəsi odur ki, sınaqların nəticələrinə görə ancaq bu obyekt üzrə, yəni onun yararlığı, yaxud yararsızlığı, seriyalı istehsalın mümkünlüyü haqqında və s. qərar qəbul olunur. Sınaqlar zamanı obyektin xüsusiyyətlərinin xarakteristikalarını ölçmələr, analizlər, diaqnozlaşdırma, orqanoleptik metodların tətbiqi, yaxud sınaqlar zamanı müəyyən hadisələri (imtinaları, zədələri) və s. qeyd etmək olar.
Sınaqlar zamanı obyektin xüsusiyyətlərinin xarakteristikalarını ya qiymətləndirirlər, ya da onlara nəzarət edirlər. Birinci halda sınağın məqsədi obyektin xüsusiyyətlərinin kəmiyyət və keyfiyyət qiymətlərini almaq; ikinci halda isə - obyektin xarakteristikalarının verilmiş tələblərə uyğunluğunu müəyyən etməkdir.
2. Sınaq şəraiti – sınaqlar zamanı obyekt funksiyalarını yerinə yetirərkən təsir göstərən faktorların və (yaxud) rejimlərin toplusudur. Sınaq şəraiti real, yaxud modelləşdirilmiş ola bilər, obyektin xarakteristikalarının öz funksiyalarını yerinə yetirərkən və yerinə yetirmədiyi hallarda, təsirlərin mövcud olduğu, yaxud təsirlər götürüldükdən sonra təyin edilməsi nəzərdə tutula bilər.
3. Sınaq vasitələri – sınaqların aparılması üçün lazım olan texniki vasitələrdir. Bura ölçmə vasitələri, sınaq avadanlığı və köməkçi texniki quruluşlar daxildir.
4.Sınaqların icraçıları – sınaq prosesində iştirak edən heyətdir. Onun ixtisasına, təhsilinə, iş təcrübəsinə və digər kriteriyalara tələblər qoyulur.
Sınaq prosesinin normativ-metodiki əsasını aşağıdakılar təşkil edir:

  • sınaqların təşkilatı – metodiki və normativ – texniki əsasını nizamlayan standartlar kompleksi;

  • məhsulun işlənməsi və istehsalata qoyulması sisteminin standartlar kompleksi;

  • ölçmələrin vahidliyinin təmin edilməsinin dövlət sisteminin (DÖS) standartlar kompleksi;

  • məhsula və onun sınaq metodlarına tələbləri nizamlayan normativ-texniki və texniki sənədlər;

  • ölçmə vasitələrinə və onlardan istifadə qaydalarına tələbləri nizamlayan normativ-texniki sənədlər.

Sınaqların texnoloji prosesinin keyfiyyətini təyin edən əsas sənəd sınaqların metodikasıdır.
Sertifikatlaşdırma sınaqları prosesinin strukturu şək.1-də verilmişdir.
Məhsulun sertifikatlaşdırma sınaqlarını çox vaxt funksional göstəricilərin istismar şəraitinə uyğunluğunu, təsir edən xarici faktorlara münasibətini və etibarlılıq meyarlarını qiymətləndirmək üçün aparırlar. Təsir edən xarici faktorlar məhsulun tətbiqi zamanı onun təhlükəsizlik tələblərini təyin edir və buna görə də, ümumiyyətlə, məcburi sertifikatlaşdırma çərçivəsində qiymətləndirilir. Etibarlılıq məhsulun əsas istehlak xüsusiyyəti kimi onun bazarda rəqabətə davamlılığında mühüm rol oynayır. Etibarlılıq göstəriciləri, əsasən, könüllü sertifikatlaşdırma zamanı qiymətləndirilir.
Məmulata təsir xarakterindən asılı olaraq bütün təsir edən xarici faktorlar aşağıdakı siniflərə bölünürlər:


  • mexaniki,

  • iqlim və digər təbii,

  • bioloji,

  • radiasiyalı,

  • elektromaqnit sahəli,

  • termiki.




Yüklə 486,64 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin