Konstruksiyaların və ölçülərin standartları müəyyən qrup məmulatlar üçün onların unifikasiyası və konkret ölçülərin, modellərin və s. işlənməsi zamanı qarşılıqlı əvəzolunmanı təmin etmək məqsədilə konstruktiv işləmələri və əsas ölçüləri təyin edir.
Qəbul qaydalarının standartlarımüəyyən qrupu, yaxud məhsul növünü bu məhsulu keyfiyyətə və kəmiyyətə görə qəbul edərkən tələblərin vahidliyini təmin etmək məqsədilə qaydaları nizamlayır.
Sınaq metodlarının standartları sınaqlar üçün nümunənin (əyarın), keyfiyyət göstəricilərinin qiymətləndirilməsi vahidliyini təmin etmək məqsədilə müəyyən qrup məhsulun istismar xarakteristikalarının sınaq metodlarının (nəzarət, analiz, ölçmə) seçilməsi qaydalarını müəyyən edir.
Sınaq metodlarını, məhsulun növündən asılı olaraq, onun lazımi keyfiyyətini təmin etmək məqsədilə seçirlər. Standartlarda aşağıda göstərilən müxtəlif növ sınaqlar nəzərdə tutulmuşdur: buraxılan məhsulun keyfiyyətinə nəzarət üçün gündəlik; yeni məmulatların istifadəsi zamanı təchizatçı-müəssisə tərəfindən aparılan tipik; buraxılan məhsulun ona qoyulan tələblərə uyğunluğunu yoxlamaq üçün aparılan dövri.
Markalama, qablaşdırma, daşıma və saxlama qaydalarının standartları,məhsulun əsas xarakteristikaları və texniki estetikanı nəzərə almaqla, qablaşdırmaya tələblərlə istehlakçını məlumatlandırmaq məqsədilə məhsulun mrkalanmasına tələbləri normallaşdırır.
Ölçülərin və ölçü cihazlarının və vasitələrinin standartlarıyoxlamaların tələb olunan dəqiqliyini təmin edən texniki vasitələri göstərməklə, ölçülərin və cihazların yoxlamalarının aparılmasının daha effektiv metodunu əks etdirir.
İstismar və təmir qaydalarının standartları verilmiş şəraitdə məhsulun iş qabiliyyətini təmin edən və onun istismarına təminat verən ümumi qaydaları müəyyən edir.
Təyinlərinə görə standartları iki yerə bölmək qəbul olunmuşdur: funksional (“Performance Standard”) və konstruktiv (“Design Standard”). Müxtəlif növ standartlardan akkreditasiya və sertifikatlaşdırma prosesində istifadə olunma şək.1.-də göstərilmişdir.
Məhsulun (xidmətlərin) istehsalı mərhələsində və realizəsində müəssisə dövlət standartları, texniki şərtlər, yaxud texniki tələblər kimi tanınmış standartların (normaların) uyğun tələblərini yerinə yetirməyə borcludur. Əgər məhsullar (xidmətlər) məcburi sertifikatlaşdırılmırsa, onda onların standartları məsləhət xarakteri daşıyırlar.
Buraxılan məhsulun yüksək keyfiyyətliliyini, həmçinin müəssisənin, ya da istehsalatın keyfiyyət sisteminin sertifikatlaşdırılması yolu ilə də təsdiq etmək mümkündür. Belə sertifikatlaşdırma İSO 9000 seriyalı standartlara uyğunluğa aparılır. Son illərdə dünyanın aparıcı avtomobil kompaniyaları onların təchizatçıları olan müəssisələrin keyfiyyət sistemlərinə tələblər etmişdir və bunları əks etdirən İSO 9000 standartı işlənmişdir. Bu standartın uyğunluğuna həmçinin sertifikatlaşdırma aparılır. Hal-hazırda müəssisələrin ekoloji göstəricilərinə İSO14000 seriyalı standartların tələblərinin işlənməsi geniş vüsət tapmışdır. Müəssisələrin fikrincə bu normalar üzrə sertifikatlaşdırma kütləvi xarakter daşıyacaqdır.
Sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının fəaliyyət göstərmələri üçün məcburi şərt onların fəaliyyətlərini nizamlayan normalara uyğun olmasıdır. Sertifikatlaşdırma orqanlarına tələblər EN 45 011-45012 standartlarının tələbləri ilə harmonikləşdirilmiş dövlət standartlarında verilmişdir. Sınaq laboratoriyaları EN 45001 standartının, ya da onunla harmonikləşdirilmiş dövlət standartının tələblərinə cavab verməlidir.
Akkreditasiya, onun yerinə yetirilməsi prosesinə qoyulan normalarla və akkreditasiya orqanına qoyulan tələblərlə nizamlanır. Sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının akkreditasiya prosesi EN45002 standartı ilə harmonikləndirilmiş dövlət standartları ilə müəyyən edilmişdir.Akkreditasiya orqanlarının fəaliyyəti EN 45003 və onunla harmonikləşdirilmiş dövlət standartları ilə nizamlanır.
Beləliklə, sertifikatlaşdırma və akkreditasiya bir tərəfdən onun iştirakçılarının fəaliyyətini nizamlayan, digər tərəfdən isə onların qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi metodlarını təyin edən müxtəlif növ normaların tətbiq edilməsi ilə müşayiət olunur.
Sınaq laboratoriyaları, sertifikatlaşdırma və akkreditasiya üzrə orqanlar normalaşdırmaya maraqlıdırlar və ona görə də normaların işlənməsi prosesində iştirak etməlidirlər. Uyğunluğun qiymətləndirilməsi metodları üçün əsas olan normalara aşağıdakı tələblər qoyulur.
Onlar dəqiq və birmənalı tərtib olunmalıdırlar. Onlarda sınaqlar üzrə ilkin normalara istinadlar verilir, konkret sertifikatlaşdırma obyektinin uyğunluğunu qiymətləndirmək üçün lazımi sayda tələblər və metodlar
Şəkil 1. Sertifikatlaşdırma və akkreditasiya zamanı fəaliyyət göstərən standartlar (normalar) göstərilir. Lazım gəldikdə məhsulun sınaqlarına normalar nümunələrin seçilməsi üçün göstərişləri əks etdirə bilər. Normalarda tələblər elə tərtib olunmalıdır ki, texniki tərəqqiyə mane törətməsinlər, yəni daha çox funksional kriteriyalara xidmət etməlidir və konstruksiyanın və istehsal texnologiyasının şərh edilməsi ilə məhdudlaşmamalıdır. Sınaq metodları normaların məqsədlərinə uyğun tərtib edilir.
Onlar obyektiv olmalı, dəqiq, təkrarlanan və tutuşdurulan nəticələri verməli və məqbul müddətlərdə əlverişli məsrəflərlə yerinə yetirilən olmalıdırlar. Lazımi avadanlıqlar olmadıqda, tələb olunan texniki təchizat haqqında hərtərəfli göstərişlər verməlidir ki, bütün maraqlı orqanlar üçün belə sınaqların aparılmasının mümkünlüyü təmin edilsin. Məmulatlara normaları işləyərkən daima nəzərə almaq lazımdır ki, xüsusi bölmədə uyğunluğu qiymətləndirmək üçün tələb olunan sınaq metodları və növləri dəqiq şərh olunurlar.