Mühazirə 12. Mövzu: Sınaq laboratoriyalarının akkreditasiyası üzrə beynəlxalq konfrans və beynəlxalq akkreditasiya sistemləri. PLAN Sınaq laboratoriyalarının akkreditasiyası üzrə beynəlxalq konfrans
İLAK-ın əsas fəaliyyət istiqaməti və nəşrləri
EMSBS-in akkreditasiya sistemi
Avropada akkreditasiya üzrə regional təşkilat
Ədəbiyyat 1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007 2.КрыловаГ.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Keçən əsrin 70-ci illərinin ortalarından başlayaraq müxtəlif ölkələrdə sınaq laboratoriyalarının akkreditasiya sistemləri yaradılmağa başladı. 1977-ci ildə ilk dəfə sınaq laboratoriyalarının akkreditasiyası üzrə beynəlxalq konfrans ILAK (International Laboratory Accreditation (conference) çağırılmışdır. O təşkilat formasında olmamış və məqsədi prosedurun hüquqi və texniki aspektləri üzrə təcrübə mübadiləsi olmuşdur.
Mahiyyətcə ILAK təşkilat deyil, beynəlxalq forumdur.
Konfransın hər il keçirilməsi qərarının qəbul edilməsi üçün əsas motiv TTBM/BTT-nin ticarətdə texnikit maneələr üzrə müqavilə və sertifikasiyanın, sınaqların nəticələrinin və akkreditasiya sistemlərinin beynəlxalq miqyasda qarşılıqlı tanınmaların vacibliyi olmuşdur. İLAK-ın praktiki fəaliyyəti iki və çox tərəflilik əsasında sınaqların nəticələrinin və akkreditasiya sistemlərinin qarşılıqlı tanınmasının hüquqi və inzibati aspektlərinin öyrənilməsindən; sınaq laboratoriyalarının akkreditasiyasının milli sistemlərinin və sınaqların nəticələrinin tanınmasının milli qaydalarının beynəlxalq məlumat kitabının hazırlanmasından, sınaq laboratoriyalarının akkreditasiyasının milli sistemlərinin yaradılmasının effektivliyinin öyrənilməsindən başlanmışdır. Qarşılıqlı tanınma haqqında müqavilələrin bağlanmasına maneə olan hüquqi və inzibati fərqləri öyrənərək və son dərəcə dəqiq analitik iş apararaq, İLAK-ın ekspertləri praktikada dövlətlər arasında iki tip müqavilələrin mövcud olduğunu müəyyən etmişdir:
laboratoriyaların akkreditasiyası aparılmadan sınaq protokollarının və sertifikatların qarşılıqlı tanınması üzrə müqavilə;
sınaq laboratoriyalarının akkreditasiyasının milli sistemləri və sertifikatların qarşılıqlı tanınması üzrə müqavilə;
İLAK-ın və BMT-nin AIK-nin sonrakı birgə işi qarşılıqlı tanınma üzrə mümkün beynəlxalq müqavilələri daha dəqiq sinifləşdirməyə və onları aşağıdakı dörd qrupa bölməyə imkan yaratdı:
milli akkreditasiya sistemlərinin qarşılıqlı tanınması (məsələn, Kanadanın standartlaşdırma üzrə assosiasiya ilə Yaponiyanın elektrotexniki sınaq laboratoriyaları arasındakı ikitərəfli müqavilə);
sınaqların nəticələrinin, bir qayda olaraq, hökumətlərarası səviyyədə tanınması (məsələn, təsdiq olunmuş yüksək təzyiqli boru nümunələrinin qarşılıqlı tanınması haqqında AB-nin üzv ölkələri arasında müqavilə);
qeyri-hökumət təşkilatlarının yaratdığı beynəlxalq (regional) sertifikasiya sistemlərində iştirak (EMSBS sistemi);
qarşılıqlı anlaşma haqqında memorandum. Bir sıra hallarda memorandum bir neçə il fəaliyyət göstərir və qarşılıqlı tanınma ilə bağlı bir sıra məsələlərin həlli üçün şərait yaradır (məsələn, keyfiyyətə nəzarətin nəticələrinin tanınması, partnyora qarşılıqlı razılaşdırılmış məsələlər üzrə informasiyanın verilməsi və s.)
İLAK-ın əsas fəaliyyət istiqaməti-sınaq laboratoriyalarının akkreditasiya sistemlərinin qarşılıqlı tanınması haqqında iki və çoxtərəfli müqavilələri bağlamaq yolu ilə akkreditasiya olunmuş laboratoriyaların apardığı sınaqların nəticələrinin tanınmasına kömək etməkdir.
İLAK həm laboratoriyaların akkreditasiyası məsələləri və qarşılıqlı tanınma haqqında müqavilələr üzrə və həmçinin özfəaliyyəti haqqında maraqlı tərəflərin informasiya təminində böyük rol oynayır. İLAK aşağıdakı materialları nəşr edir:
milli akkreditasiya sistemlərinin və sınaq laboratoriyalarının sorğu kitabçasını;
akkreditasiya üzrə ədəbiyyatın biblioqrafik sorğu kitabçasını;
akkreditasiyanın müxtəlif problemlərini öyrənən işçi və xüsusi qrupların hesabatlarını.
İLAK-ın fəaliyyəti haqqında materiallar ardıcıl olaraq Beynəlxalq ölçülər və çəkilər təşkilatının (BÖÇT) nəşr etdiyi, «Metrologiya» jurnalında çap olunur. Sorğu kitabçasından İLAK, sertifikasiya üzrə mütəxəssislər üçün «İllik» nəşr edir. «İllikdə» xüsusi informasiyadan başqa akkreditasiya üzrə orqanların rəsmi nümayəndələri haqqında məlumatlar verilir ki, onlara da məsləhətlər üçün müraciət etmək olar. İLAK-ın üzvü olan bütün ölkələrin fəaliyyəti haqqında ətraflı informasiya, dörd hissədən ibarət olan Sorğu kitabçasında nəşr olunur:
«qoyulmuş meyarları təmin edən laboratoriyaların akkreditasiyası üzrə orqanlar»;
«laboratoriyaların bəyənilməsinin digər sistemləri»;
«beynəlxalq sistemlər»;
«təklif olunan sistemlərin layihələri»;
Geniş informasiya işindən, İLAK qarşılıqlı tanınma haqqında müqavilələrin bağlanması üzrə məsləhətlər və milli akkreditasiya sistemlərinin qarşılıqlı tanınması haqqında tipik beynəlxalq müqaviləyə tələblərə məsləhətlər işləyir.
Sınaq laboratoriyalarının akkreditasiyası üzrə orqanlar səviyyəsində müqavilələrin bağlanmasında İLAK-ın fəaliyyəti böyük praktiki rol oynayır. İLAK-ın nəşrləri aşağıdakı növ müqavilələri müəyyən edir:
«maraqlı tərəfin» xarici laboratoriyanı tanıması;
üçüncü tərəfin xarici laboratoriyanı tanıması;
sınaqların nəticələrinin qarşılıqlı tanınması haqqında laboratoriyalar arasında müqavilə;
xarici laboratoriya tərəfindən sınaqlar haqqında informasiyanın sözsüz tanınması;
iki bölgənin akkreditasiya üzrə orqanları arasında qarşılıqlı tanınma haqqında müqavilə.
Sınaqların nəticələrinin qarşılıqlı tanınması üçün laboratoriyaların akkreditasiya meyarlarının və akkreditasiya prosedurunun harmonizasiyası lazımdır ki, bu da İLAK-ın daha bir mühüm məsələsidir. Bu istiqamətdə İLAK ISO, BEK, BMTAIK, Qanunverici metrologiyanın beynəlxalq təşkilatı (QMBT) ilə sıx işçi əlaqələri saxlayır. İLAK-ın fəaliyyətinin AB-nin EN 45000 Avropa standartlarının qəbul edilməsinə xeyli təsiri olmuşdur. EN standartları akkreditasiya olunan sınaq laboratoriyalarına, akkrkditasiya və sertifikasiya orqanlarına tələblər qoyur.
ISO/BEK ilə birlikdə, sınaq laboratoriyalarının qiymətləndirilməsinin və akkreditasiyasının müxtəlif aspektlərinə aid, ISO/BEK-in 25, 38, 54 və 55-ci rəhbəredici sənədlərinə yenidən baxılmış və əlavələr edilmişdir.
Aşağıdakı komitələr İLAK-ın işçi orqanları hesab edilir: konfransların keçirilməsi üzrə; akkreditasiya praktikası üzrə; laboratoriyaların praktiki işi üzrə; redaksiya komitəsi.
İLAK-ın təşəbbüs ilə ISO/BEK-in beş rəhbəredici sənədi işlənmişdir. Bu sənədlər sınaq laboratoriyalarının akkreditasiyası üçün razılaşdırılmış beynəlxalq meyarların işlənməsi üçün kompleks sorğu və metodik materialları əks etdirir.
İLAK beynəlxalq və regional akkreditasiya sistemlərini yaratmaq üçün aşağıdakı qaydada hərəkət etməyi məsləhət görür:
İlk növbədə sınaqların nəticələrinin akkreditasiyası üzrə orqanlar, laboratoriyalar, yaxud hökumətlər səviyyəsində tanınması üçün ikitərəfli müqavilələrin bağlanması; sonra milli sistemdə xarici laboratoriyanın akkreditasiyası və sonda akkreditasiya sistemlərinin ikitərəflilik və çoxtərəflilik əsasında qarşılıqlı tanınması. Son mərhələ-beynəlxalq akkreditasiya sistemlərinin yaradılmasıdır.
Ən nüfuzlu beynəlxalq akkreditasiya sistemləri aşağıdakılardır:
EMSBS-in akkreditasiya sistemi-elektron komponentlərin sınaqları ilə məşğul olan laboratoriyaların akkreditasiyasını aparır. Sınaqdan keçirilən komponentin tətbiq sahəsindən asılı olaraq elektrik, mexaniki, mexaniki və digər sınaq növlərini yerinə yetirir.
Sürtgü yağları, toxumlar və yağlar üzrə assosiasiyaların federasiyası (FOCFA INternational)-beynəlxalq ticarətin iştirakçıları olan təşkilatların sifarişlərinə görə verilmiş məhsulların analitik tədqiqatlarını yerinə yetirən laboratoriyaların attestasiyasını aparır. Laboratoriyalar kimyəvi, bioloji və digər sınaqlar aparır.
Toxuma yun (Interwoollbs) məmulatlar üzrə beynəlxalq təşkilat-yunu bütün dünya üçün infikasiyalaşdırılmış meyarlara uyğunluğuna yoxlayan laboratoriyaları akkreditasiya edir.
Gəminin Lloyd Registri-materialların sınaqları və dağıdılmayan nəzarəti aparan laboratoriyaları attestasiya edir. Sınaq obyektləri aşağıdakılardır: polad lövhələr, yayma məhsulları, tirlər, örtüklər, boru kəmərləri, polad tökmə məmulatları, alüminium və mis ərintilərindən hazırlanmış məmulatlar, lovbər zəncirləri, məftilli kanatlar və s. Yoxlamanın əsas növü radioqrafiya üsulu ilə aparılan dağıdılmadan aparılan nəzarətdir.
Avropada akkreditasiya üzrə iki regional təşkilat fəaliyyət göstərir:
məhsulların, keyfiyyət sistemlərinin və heyətin sertifikasiyası üzrə orqanların akkreditasiyasına görə Avropa əməkdaşlığı (MAAƏ) (EAS);
sınaq və kalibrləyici laboratoriyaların və həmçinin heyətin təlimatlandırılması üzrə orqanların və nəzarətedici təşkilatların akkreditasiyası üzrə Avropa əməkdaşlığı (LAAƏ). Bu təşkilatların ümumi məqsədi-akkreditasiya etdiyi sertifikasiya orqanları tərəfindən verilən sertifikatlara bazarın etibar etməsinə kömək etməkdir. LAAƏ və MAAƏ-in fəaliyyəti EN 45000 Avropa standartlarının qaydalarına və prosedurlarına əsaslanır ki, bu da sınaqların nəticələrinin və sertifikasiyanın qarşılıqlı tanınması üçün şəraitin yaradılmasına kömək edir.