Mühazirə 20.
Ekoloji sertifikatlaşdırma
PLAN
Ekoloji sertifikatlaşdırmanın məqsədi
MDB ölkələrində ekoloji sertifikatlaşdırma
Fransada və e Almaniyada ekosertifikatlaşdırılması
AB-də ekosertifikatlaşdırma
ƏDƏBIYY AT
1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007
2.Яблонский О.П.Основы стандартизации, метрологии, сертификации М.2010
Ekoloji sertifikatlaşdırmanın məqsədi istehsalatçıları elə texnoloji proseslərin tətbiq edilməsinə və elə məhsulların işlənməsinə stimullaşdırmaqdır ki, onlar təbiəti minimum çirkləndirsin və istehlakçıya onun həyatı, sağlamlığı, əmlakı və yaşadığı mühit üçün məhsulun təhlükəsiz olduğuna təminat versin.
Bir çox növ məhsullar üçün ekoloji sertifikat, yaxud nişan onların rəqabətə davamlılığı üçün təyinedici faktordur.
MDB ölkələrində ekoloji sertifikatlaşdırma, bu sahədə xeyli iş görüldüyünə baxmayaraq, hələ ki, lazımi səviyyədə inkişaf etməmişdir. Belə ki, hələlik bu sahəyə aid obyektlər müəyyən edilmişdir. Onlar üç qrupa bölünürlər:
Dövlət standartlarının ekoloji tələblər qoyduğu məhsullar, proseslər, işlər və xidmətlər, yəni onlar mövcud qanunvericiliyə uyğun olaraq məcburi sertifikatlaşdırılmalıdır;
Ekoloji xüsusiyyətlərinə görə mövcud sistemlərin qaydalarına uyğun sertifikatlaşdırılması mümkün olmayan obyektlər;
Mahiyyətcə bütün təşkiledicilərlə birgə ətraf mühit hansına ki, normativ tələblər və sertifikatlaşdırma proseduraları işlənməmişdir.
Üçüncü qrupun obyektlərinin vəziyyətinin qiymətləndirilməsində aydınlıq olmadığında, digər iki qrup obyektlərin sertifikatlaşdırılmasının inkişafı ləngiyir. Ətraf mühitin keyfiyyətinin qiymətləndirilməsini, bir başa xüsusiləşdirilmiş təbiəti mühafizə orqanlarını, təbiətdən istifadə edənləri və Elmlər Akademiyasının bəzi şöbələrini təmsil edən müxtəlif sahə təşkilatları aparır. Müxtəlif tərəflərin təqdim etdikləri qiymətləndirmə üçün verilənləri, bir qayda olaraq, müqayisə etmək mümkün deyildir. Səhvin qiyməti çox böyük ola bilər ki, bu da, uyğunluğun qiymətləndirilməsinin obyektiv və müstəqil üsulu kimi, sertifikatlaşdırmanın əhəmiyyətini göstərir. Bunun üçün ekoloji sertifikatlaşırma obyektlərinin daha dəqiq sinifləşdirilməsi aparılmalıdır (şəkil 1).
Sxemdən göründüyü kimi, dörd növ obyektlər ayrılırlar; ətraf mühitin obyektləri; ətraf mühiti çirkləndirən mənbələr; təbiəti mühafizə təyinatlı məhsullar; ekoloji informasiyalı resurslar, məhsullar və texnologiyalar.
Ekoloji sertifikatlaşdırmanın digər mühüm məsələsi iştirakçıların tərkibidir, xüsusilə əgər onların rolu birinci, ikinci və üçüncü tərəf planında təyin edilərsə. “Məhsulların və xidmətlərin sertifikatlaşdırılması haqqında” qanun bu halda məhsullara aid obyektlərə tətbiq oluna bilər. Digər obyektlər üçün isə ekoloji sertifikatlaşdırma haqqında qanun lazımdır. Bu da hələ ki, MDB ölkələrində yoxdur. Sertifikatlaşdırma xidmətlərinin kim tərəfindən maliyələşdiriləcəyi də həll olunmayıb. Fərz edilir ki, əsas ağırlıq təbiətdən istifadə edənlərin üzərinə düşəcəkdir.
Ekoloji sertifikatlşdırmanın aktual sahələrindən biri sferastullantılardır. Bu sahədə sertifikatlaşdırma tullantıların yaşayış mühitinə təhlükəli təsirinin aradan götürülməsinə və onlardan ikinci xammal kimi maksimum istifadə olunmasına yönəldilmişdir.
İçməli suyun sertifikatlaşdırılması probleminin həllində xeyli irəliləyişlər vardır ki, bu da sertifikatlaşdırma obyektinə texniki tələblərin normalaşdırılması ilə bağlıdır. 1995-ci ildə Rusiyada “Suyun keyfiyyəti. İçməli su. Keyfiyyətə nəzarət” dövlət standartı qəbul olunmuşdur, təsərrüfat-içməli su təchizatında istifadə olunan içməli suyun, materialların, texnoloji proseslərin və avadanlıqların sertifikatlaşdırılması sistemi işlənir. Müxtəlif qablara doldurulmuş içməli suyun sertifikatlaşdırılması aparılır, mərkəzləşdirilmiş su təchizatı sistemlərindən daxil olan içməli suyun sertifikatlaşdırılması problemi həll edilir.
Yeni növ məhsulların və proseslərin ekolojiliyinin qiymətləndirilməsinə böyük diqqət yetirilir. Məsələn, yeni konstruksiyalara və texnologiyalara ekoloji tələblərin standartlaşdırılması üzrə işlərə başlanmışdır.
Qərbi Avropa ölkələrində ekoloji sertifikatlaşdırma kifayət qədər geniş inkişaf etmişdir. Ekoloji sertifikatlaşdırma adi sertifikatlaşdırmanı tamamlayır və demək olar ki, həmişə məcburi xarakter daşıyır.
Dostları ilə paylaş: |