Mühazirə 9
Mövzu:Sertifikatlaşdırmanın normativ – metodiki təminatı
PLAN
1.Sertifikatlaşdırmanın normativ – metodiki təminatının strukturu
2. Texniki şərtlərə və texniki tələblərə standartlar
Ədəbiyyat
1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007
2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Sertifikatlaşdırmanın aparılması və inkişafı çoxlu sayda əsaslı sənədlərdən – hüquqi, metodiki və texniki sənədlərdən istifadə etmədən mümkün deyildir. Bunlara əlavə olaraq konkret sertifikatlaşdırma sisteminin çox saylı normativ-texniki bazasını məhsulun standartları (normalar), xidmətlər, sınaq metodları, saxlanma və daşınma şəraiti və s. təşkil edir.
Qeyd edək ki, İSO/BEK 2-nin təyininə görə “Standart müxtəlif növ fəaliyyətə, yaxud onların nəticələrinə aid olan və müəyyən sahədə qaydaya salınmanın optimal səviyyəsinə nail olmağa yönəldilmiş, dəfələrlə istifadə etmək üçün ümumi qaydalar, prinsiplər, yaxud xarakteristikaları müəyyən edən, konsensus əsasında işlənmiş və tanınmış orqan tərəfindən təsdiq olunmuş sənəddir”.
Dövlət standartlaşdırma sistemi standartların kateqoriyalara və növlərə bölünməsini nəzərdə tutur. Kateqoriya standartın yayılma sferasını təyin edir. Dövlət standartının (AZS), bütün müəssisələr, təşkilatlar və idarələr tərəfindən, onların fəaliyyəti, standartların tələblərinin təsiri altına düşürsə, tətbiq olunması məcburidir. Məcburi sertifikatlaşdırma, dövlət tərəfindən nəzarətdə olduğundan, bir qayda olaraq, dövlət standartlarının müddəalarına uyğun aparılır. Sahə standartı (SST) sənayenin və xidmətlər sferasının konkret sahəsinə tələblər qoyur. Sahə standartlarının uyğunluğuna könüllü sertifikatlaşdırmanı aparmaq olar. Müəssisə standartları sertifiktlaşdırma və akkreditasiya orqanlarında və həmçinin sınaq laboratoriyalarında istifadə olunan metodlara və proseslərə tələblər qoyur.
Məzmunundan asılı olaraq texniki şərtlərə, texniki tələblərə, parametrlərə və ölçülərə, metodlara və proseslərə, terminlərə və işarələrə, sənədlərə standartları fərqləndirirlər. Müəyyən növ məhsula aid olmayan standartlara, o cümlədən ümumi texniki və təşkilati-metodiki standartlara növlər müəyyən edilmir. Belə standartlara ümumi normalara, hesablama və layihələndirmə metodlarına standartlar, sinifləşdirmə və sənədləşdirmə sistemlərinə standartlar, fiziki kəmiyyət vahidlərinin standartları, müxtəlif iqlim şəraitində istismar üçün təchizat olunan məhsula ümumi tələblər, təhlükəsizlik üzrə tələblər, təbiətin mühafizəsi, məhsulun çeşidi və s. aiddir.
Dostları ilə paylaş: |