MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n



Yüklə 362,16 Kb.
səhifə17/68
tarix05.01.2022
ölçüsü362,16 Kb.
#111242
1   ...   13   14   15   16   17   18   19   20   ...   68
Ekstensiv təkrar istehsal dedikdə bu onun ilkin meyarı olub, istehsalın miqyasının əlavə iqtisadi resursların cəlb olunması ilə fəaliyyətini əks etdirir. Əvvəlki texnologiyaya və işçilərin mövcud peşəsinə, ixtisasına əlavə əmək və kapital resurslarının cəlb olunması ilə, istehsalın miqyası genişləndirilir. Bu o deməkdir ki, hər əlavə məhsul vahidinin belə genişləndirilməsi çox davam edə bilməz. Çünki bütün resurslar məhduddur. Düzdür, bəzi hallarda tükənməz görünən əmək və təbii resurslar çox vaxt uyğun kapital və texnologiya resursunun olmasına görə istifadəsiz qalır.

Ona görə də çox hallarda ekstensiv təkrar istehsal şəraitində onun əsas inkişaf yolu, məşğul olanların sayının artırılması iş günlərinin çoxaldılması, əsaslı kapital qoyuluşlarının həcminin artırılması, yeni yararlı torpaq sahələrinin mənimsənilməsi, hasilat sənayesinin gücləndirilməsi, yeni enerji mənbələrinin tapılması və s. hesab olunur. Təsərrüfatçılığın bu metodla aparılması tam məqsədli xarakter daşıyır. Başqa sözlə geniş təkrar istehsalın miqyasının artımı, hər məhsul vahidinə sərf olunan resursların həcminin çoxalmasına səbəb olur. İstehsalın belə inkişafı əgər uzun müddət davam edərsə, onda hər il əldə olunan resursların qiyməti, əvvəlki illərə nisbətən mütləq çox alacaqdır. Deməli, cəmiyyət onsuz da məhdud olan resurslarını xərcləməklə, həm nisbətən az, həm də olduqca baha əmtəə və xidmətlər əldə edəcək. Belə bir vəziyyət Azərbaycan iqtisadiyyatı üçün inzibati – komanda sistemində xarakterik idi. Onun çətinlikləri hələ indi də mövcuddur. Keçid iqtisadiyyatı şəraitində iqtisadi resurslara olan tələbatın artımını nəzərə alsaq, bu çətinliklər hələ müəyyən müddət ərzində davam edəcəkdir. Göründüyü kimi geniş təkrar istehsalın bu meyarı – perspektiv təkrar istehsalın mütərəqqi meyarı intensiv təkrar istehsaldır. Belə şəraitdə ekstensiv meyardan fərqli olaraq istehsal amillərindən keyfiyyətcə yeni səviyyədə istifadə edilir. İstehsal, artıq texniki tərəqqi ilə bağlı texnoloji inkişaf üsuluna daxil olur.

Ümumiyyətlə intensiv təkrar istehsal öz inkişaf mərhələsində iki mərhələdən keçir. Birinci mərhələdə istehsal tədrici intensivləşdirilir. Başqa sözlə istehsalın yalnız bir amili intensivləşdirilir, digər amillər isə olduğu kimi fəaliyyət göstərir. Məsələn əl əməyi mexanikləşdirilir, yaxud avtomatlaşdırılır, ancaq məhsul vahidinə sərf olunan amillər olduğu kimi qalır. Qeyd etməliyik ki, intensivləşdirmənin tədrici mərhələsi üçün bir qayda olaraq iş qüvvəsindən istifadə də irəliləyişlər xarakterik hal alır. İntensiv təkrar istehsalın ikinci mərhələsi üçün onun hərtərəfli intensivləşdirilməsidir. Belə şəraitdə əmək məhsuldarlığının artımı hesabına, məhsul vahidinə sərf olunan digər resursların qənaəti baş verir. Başqa sözlə istehsalın bütün amilləri intensivləşdirilir. Belə şəraitdə elm və texnikanın nailiyyətlərini iqtisadiyyata cəlb etməklə mövcud olan resurslardan daha səmərəli və tam istifadə edilir. İqtisadi inkişafın nəticələri daha çox resurs qoruyucu olur.

Təkrar istehsalın qarışıq meyarı haqqında danışarkən, qeyd etməliyik ki, real həyatda intensiv və ekstensiv amillər daima qarışıq şəkildə fəaliyyət göstərir. Heç vaxt nə xalis ekstensiv, nə də intensiv geniş təkrar istehsal mövcud olmuşdur. Lakin burada iqtisadi inkişaf zəruri olan ekstensiv və intensiv amilləri payının çoxluğu ilə fərqlənir. Əgər ekstensiv amillər çox olursa, iqtisadiyyat ekstensiv və ya məsrəfli, əgər intensiv amillərə üstünlük təşkil edirsə, iqtisadiyyat resurs qoruyucu adlandırılıb. Əgər cəmiyyətin gəlirləri bərabər səviyyədə həm intensiv, həm də ekstensiv amillər hesabına əldə edilirsə, onda belə təkrar istehsalın meyarı qarışıq hesab olunur.

Qeyd etməliyik ki, müasir dövrün xarakterik xüsusiyyətlərindən biri, geniş təkrar istehsal prosesi üçün xarici iqtisadi əlaqələrin müstəsna əhəmiyyətə malik olmasıdır. Çünki, ölkədaxili iqtisadiyyatın böhranlı vəziyyəti, onun sağlamlaşdırılması imkanlarını məhdudlaşdırır. Belə şəraitdə xarici iqtisadi əlaqələrdən məqsədyönlü və qarşılıqlı faydalanma şəkildə istifadə etmək olduqca zəruri bir haldır. Son dövrlərdə ölkəmizdə bu istiqamətdə əsaslandırılmış işlər görülür. Belə ki, 1995-ci ildə respublikamız uzaq və yaxın xarici ölkələrdə əmtəə dövriyyəsi 1215 min amerika dolları həcmində olmuşdur. İdxal olunan məhsulların həcmi 668 min dollara ixrac olunan məhsulların həcmi isə 547 min dollar olmuşdur.

1995-ci ildə ixrac əməliyyatlarından Azərbaycanın əsas partnyorları İran (20 faiz), Rusiya (15 faiz), Türkiyə (14 faiz) olmuşdur. Yerdə qalan hissə isə Ukraynanın, Türkmənistanın, Gürcüstanın, İngiltərənin, Almaniyanın, Birləşmiş Ərəb Əmirliklərinin payına düşür. Aparılan hesablamalar göstərir ki, 1995-ci ildə ixracın payına əsasən dizel yanacağı (33,5 faiz), pambıq (19,1 faiz), maşın və elektrotexniki məhsullar (7,1 faiz), sürtkü yağları (6,4 faiz) düşür. İdxal olunan məhsullar arasında əsas yeri ərzaq şeyləri tütün məhsulları (41,5 faiz), maşın və elektrotexniki məhsullar (12,4 faiz), qara metal və prokat məmulatları (1,5 faiz) təşkil etmişdir. Təkcə belə bir faktı qeyd etməliyik ki, ərzaq məhsullarının həcmi 1995-ci ildə 1994-cü ilə nisbətən 26,4 faiz artmışdır. Əlbəttə belə vəziyyət xoşa gəlməz olsa da, bu bir daha respublika iqtisadiyyatının tənəzzülü vəziyyətini əks etdirir.

Ölkədə xarici ticarətin liberallaşdırılması xarici ticarətdə əmtəə dövriyyəsini xeyli artırmışdır. 1997-ci il ərzində onun ümumi həcmi 1557,6 milyon ABŞ dolları, o cümlədən idxal 794,3 milyon dollar, ixrac isə 781,3 milyon dollar təşkil etmişdir. 1997-ci ildə xarici ticarət sahəsində müsbət meyl ondan ibarətdir ki, 1996-cı ildə müqayisədə idxal olunan əmtəələrin həcmi 17,3 faiz azaldığı halda ixrac olunan əmtəələrin həcmi 23,8 faiz artmışdır. Nəticədə, mənfi saldonun həcmi 1996-cı ildəki 329,4 milyon dollardan 1997-ci ildə 13 milyon dollaradək (25 faiz) azalmışdır.

İqtisadi inkişaf yolu, yalnız təkrar istehsalın intensiv amillərə əsaslanan istiqamətidir. Özü də bu istiqamət təkrar istehsalın bütün fazalarını əhatə etməlidir və Respublika iqtisadiyyatın müvazinətli inkişafına şərait yaratmalıdır;

- iqtisadi idarəetmə sistemi təkmilləşdirilməlidir;

- adamların stimullaşdırılmasına və şəxsi mənafelərinin reallaşmasına təminat verən təşkilati tədbirlər görülməlidir;

- əmək intizamlı möhkəmlənməlidir;

- istehsalın texnoloji quruluşu yeniləşməlidir;

- bütün iqtisadi resurslardan yaxşı istifadə olunmalıdır;

- istehsalın texnoloji və sahə strukturunda mütərəqqi irəliləyişlər aparılmalıdır;

- maddi və maliyyə resurslarına qənaət edilməlidir;

- işçilərin peşə və ixtisas tərkibi yüksəldilməlidir;

- səmərəli və məqsədyönlü xarici iqtisadi əlaqələr qurulmalıdır.


Yüklə 362,16 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin